Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1226/2023 20.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 *2 may *957-ci ildə ünvan 2ində doğulmuşdur. X4 09 dekabr 20*3-cü ildə ölmüşdür. X** öldüyü günədək ünvan 2ində Ərizəçi ilə birlikdə nikahda olmuş və onunla birlikdə yaşamışdır. X6 ölümünə səbəb ağır sürən xəstəlik olmuşdur. X5 rayonu, Qülbəndə kənd qəbiristanlığında qonşu və qohumlarının iştirakı ilə dəfn edilmişdir. Lakin həmin vaxt müəyyən səbəblərdən ölüm haqqında şəhadətnamə alınmamışdır. Bununla bağlı heç bir orqana müraciət edilməmişdir. Hazırda mərhum ərinin ölümünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından ölüm haqqında şəhadətnaməni almaq mümkün deyildir. Ona görə də mərhum əri X6 ölümünün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X*2 izahat verərək göstərdi ki, ərizəçi onun qohumdur. Ərizəçinin əri X** 09 dekabr 20*3-cü il tarixdə ölmüş və Ağdaş rayonu Qülbəndə kənd qəbiristanlığında dəfn edilmişdir. Dəfndə və yas mərasində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X*3 da özündən əvvəl izahat vermiş şahid X*2 ilə eyni məzmunlu izahat vermişdir. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 507 №-li, 2*.06.2023-cü il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ağdaş rayonu Qülbəndə Bələdiyyəsi tərəfindən verilmiş *06 №-li, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, *2 may *957-ci il tarixdə ünvan 2ində X9 və X3 birgə nikahından doğulmuş X** 09 dekabr 20*3-cü il tarixdə ünvan 2ində ağır sürən xəstəlikdən ölmüşdür. Mərhum Ağdaş rayonu Qülbəndə kənd qəbiristanlığında dəfn olunmuşdur və hal-hazırda qəbri tanınır. İşin materiallarında olan ünvan 2 sakinləri tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiqlənmiş 2* iyun 2023-cü il tarixli aktdan görünür ki, ünvan 2 sakini olmuş X4 *2 may *957ci il tarixdə ünvan 2ində X9 və X3 birgə nikahından doğulmuşdur. X** 09 dekabr 20*3-cü il tarixdə ünvan 2ində ağır sürən xəstəlikdən ölmüşdür. Mərhum Ağdaş rayonu Qülbəndə kənd qəbiristanlığında dəfn olunmuşdur və hal-hazırda qəbri tanınır. İşin materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X*7 22 iyun 2023-cü il tarixli, HPŞ-6-22/2-S-366-xx-xx/2023 saylı arayışından görünür ki X6 ölümündən uzun müddət keçdiyi üçün qeydiyyata alına bilmir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşin materiallarında olan 2* iyun 2023-cü il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş 508 nömrəli nikah haqqında arayışdan görünür ki, X2 Şamba Abuzər qızı ilə 26 oktyabr *978ci il tarixdə 4*4 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Salehov, arvada Salehova soyadı verilmişdir. İşin materiallarında olan 2 ədəd fotoşəkildən görünür ki, mərhum X*, adı, atasının adı, doğum və ölüm tarixi əks edilmiş qəbir mövcuddur Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin əri X** 09 dekabr 20*3-cü il tarixdə ölmüş və Ağdaş rayon Qülbəndə kənd qəbiristanlığında dəfn edilmiş, lakin ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi ərinin ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi əri X6 09 dekabr 20*3-cü il tarixdə ünvan 2i ünvanında ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.* və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Ərizəçi əri X6 09 dekabr 20*3-cü il tarixdə ünvan 2i ünvanında ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1226/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1226/2023
20.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver