Məhkəmə qərarları › İş №2(014)-125/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-125/2024

09.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-125/2024 09.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi etibarnamə üzrə nümayəndəsi – qızı X* iştirakları ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "şəxsin vəfat etməsi faktının müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, *8 fevral *973-cü il tarixdə Ağdaş rayonu Yuxarı Qəsil kəndində anadan olmuş qardaşı X4 *8.05.2003-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X*0 *8.02.*973-cü il tarixdə (doğum haqqında şəhadətnamə) Ağdaş rayonu Yuxarı Qəsil kəndində anadan olmuşdur. Qardaşı Səbir heç bir zaman evlənməmişdir. O, Qazaxstan Respublikasının Almaata şəhərində yaşamışdır. Bundan sonra Səbir 2003-cü il tarixdə Qazaxstan Respublikasının Almaata şəhərində ölmüş, daha sonra Azərbaycana gətirilmiş və Ağdaş rayonu Yuxarı Qəsil kənd qəbirstanlığında (Ağdaş rayonu Yuxarı Qəsil kənd bələdiyyəsinin arayışı və fotoşəkil) dəfn edilmişdir. Ailənin və oğlunun adına mövcud olan Ağdaş rayonu Yuxarı Qəsil kəndində yerləşən 0.9* ha torpaq sahəsini (dövlət aktı) vardır. Oğlunun adına vərəsəlik işi açdırmaq istəyən zaman müəyyən edildi ki, oğlunun ölümü dövlət qeydiyyatına alınmamışdır. Belə ki, oğlunun Qazaxstandan gətirən zaman sənədləri olsa da sonradan həmin sənədlər itdiyindən onun ölümünə dair sənədi tapa bilməmişlər. Bundan sonra Maraqlı şəxsnə müraciət edib oğlu *8.02.*973-cü il tarixdə Ağdaş rayonu Yuxarı Qəsil kəndində andan olmuş X4 ölümünü qeyd etdirmək istəyəndə ona “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci müddəasına əsasən ölümün qeydə alınmasından imtina edilmişdir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Oğlunun *8.05.2003-cü il tarixdə rəhmətə getməsini kənd sakinləri təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi qızı X2 iddia tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək qardaşının qəbir daşında ölüm tarixinin səhv olaraq *8 oktyabr 2003-cü il qeyd olunduğunu, bunun rəssamın səhvi olduğunu, özlərinin də qəbir daşı düzəldikdən sonra bu səhvi gördüklərini, lakin yenidən dəyişdirməyə maddi imkanları olmadığından, ölüm tarixini qəbir daşında olduğu kimi saxladıqlarını bildirərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, o, 74 ildir Qəsil kəndində yaşayır, ərizəçiləri tanıyır. X*0 orta məktəbi qurtarandan sonra Qazaxstana qardaşının yanına getmişdir. 2003-cü ildə Qazaxstanda xəstəlikdən rəhmətə getmişdir. *8 may 2003-cü ildə Qəsil kənd qəbirstanlığında dəfn edimişdir. O, özü dəfn mərasimində iştirak etmişdir. O, həqiqətən Səbirin 2003-cü ilin may ayında dəfn olunduğunu xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*5 bildirdi ki, ərizəçi onun qonşusudur, evlərinin arasında bir çəpər var. Ərizəçinin qardaşı 2003-cü ildə Qazaxstanda xəstəlikdən rəhmətə getmiş, Səbirin cənazəsinin gəlməsini öz gözləri ilə görmüşdür. O, həmçinin Səbirin dəfn mərasimində iştirak etmişdir. Səbirin məzarı Ağdaş rayon Yuxarı Qəsil qəbirstanlığındadır. İş materiallarında olan Ağdaş rayon Yuxarı Qəsil bələdiyyəsinin *7 noyabr 2023-cü il tarixli **3 saylı arayışından görünür ki, Ağdaş rayon Yuxarı Qəsil kənd sakini X9 *8 may 2003-cü il tarixdə vəfat etmiş və Ağdaş rayon Yuxarı Qəsil kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş *7 noyabr 2023-cü il tarixli 3-*6-5/8-*006/2023 saylı məktubundan görünür ki, X8 ölüm haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi bildirilərək imtina cavabı verilmişdir. İş materiallarında olan Ağdaş rayon Mərkəzi Xəstəxanasının *8 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, X5 *8 may 2003-cü il tarixdə Qazaxstan Respublikasının Almaata şəhərində vəfat etdiyi bildirilmişdir. Vətəndaşın ölümündən uzun müddət keçdiyi və Azərbaycan Respublikasının sərhədi xaricində vəfat etdiyi üçün tərəflərindən qeydiyyata alına bilmir. İş materiallarında olan doğum hqqında şəhadətnamənin surətindən görünür ki, X9 *8 fevral *973-cü ildə Ağdaş rayonunda anadan olmuşdur. İş materiallarında olan qəbir daşındakı şəkildə olan doğum və ölüm tarixlərindən görünür ki, X5 doğum tarixi *8 fevral *973-cü il, ölüm tarixi isə *8 oktyabr 2003-cü il kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, *8 fevral *973-cü ildə Ağdaş rayonu Yuxarı Qəsil kəndində anadan olmuş X9 *8 may 2003-cü ildə vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *8 fevral *973-cü il tarixdə Ağdaş rayonu Yuxarı Qəsil kəndində anadan olmuş X5 *8 may 2003-cü il tarixdə ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X5 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar