Məhkəmə qərarları › İş №2(014)-1252/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1252/2022

12.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1252/2022 12.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1961-ci ildə ünvan 1 ünvanında yaşayır. X5 və X3 olmuşdur. X3 xx.xx.1932-ci ildə Ağdaş rayonunun Cücük kəndində doğulmuş, ünvan 2 ünvanda yaşamışdır. 28 oktyabr 2020-ci il tarixdə yaşadığı Ağdaş şəhəri, 20 Yanvar küçəsi ev 66 ünvanında infarktdan vəfat etmişdir. Anası X2 rayon Maşad kənd qəbirstanlığında dəfn edilmiş və qəbirinin yeri məlumdur. Maraqlı şəxsnə gedərək X1 ölümü barədə şəhadətnamə alınmamışdır. 07 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X18ə müraciət edərək X1 ölümünün qeydiyyata alınmasını xahiş etmişdir. Ona anasının ölümündən uzun müddət keçdiyinə görə qeydiyyata alınması mümkün olmadığı bildirilmişdir. Bundan sonra ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Həmçinin, bununla bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən X4 ölümü barədə şəhadətnamə verilməmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. X1 28 oktyabr 2020-ci il tarixdə Ağdaş rayonunun Maşad kəndində infarktdan ölməsi faktını şahidlər də təsdiq edə bilərlər. Qeyd olunan ölümün qeyd edilmə faktının müəyyən edilməsi ona vərəsəlik məsələsinin həlli ilə əlaqədar lazımdır. Ərizəçi məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, xx.xx.1932-ci ildə Ağdaş rayonunun Cücük kəndində doğulmuş, Ağdaş şəhəri, 20 Yanvar küçəsi ev 66-da yaşamış X4 28 oktyabr 2020-ci il tarixdə Ağdaş şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, ərizəçi onun iş yoldaşıdır. Onun anası 28 oktyabr 2020-ci il tarixdə yaşadığı Ağdaş şəhəri, 20 Yanvar küçəsi ev 66 ünvanında infarktdan vəfat etmiş və ünvan 5qda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 da özündən əvvəl ifadə vermiş şahid X14 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05/Q-1336 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ağdaş şəhər bələdiyyəsi tərəfindən verilmiş 121 №-li, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, vəfat etmiş X2 rayonu Maşad kənd qəbirstanlığında dəfn olunmuşdur. İşin materiallarında olan “Ağdaş rayon Mərkəzi xəstəxanası” X18i tərəfindən Ərizəçi ünvanlanmış PHŞ 16.22-2-2022-260 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X4 ölümündən xeyli müddət keçdiyi üçün qeydiyyata alınması mümkün olmamışdır. İşin materiallarında olan Ağdaş rayon VVAQ bürosu tərəfindən verilmiş 05 may 1961-ci il tarixli, İİ-İE seriyalı, № 160077 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx xxxx 1961-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, X5, anası isə X6r. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin X3 28 oktyabr 2020-ci il tarixdə Ağdaş şəhəri, 20 Yanvar küçəsi ev 66 ünvanında vəfat etmiş və ünvan 7 anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi anasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi X1 28 oktyabr 2020-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Ərizəçi X1 28 oktyabr 2020-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar