Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1270/2025 08.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X9 Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 04 sentyabr 1979-cu il tarixdə Ağdaş rayonu Qolqəti kəndində anadan olmuş X4 04 may 2004-cü il tarixdə Ağdaş rayonu Qolqəti kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X10 04 sentyabr 1979-cu il tarixdə (arayışdan) Ağdaş rayonu Qolqəti kəndində anadan olmuşdur. O, 04 may 2004-cü il tarixdə Ağdaş rayonu Qolqəti kəndində ölmüş və Ağdaş rayonu Qolqəti kənd qəbirstanlığında (Ağdaş rayonu Pirəzə kənd bələdiyyəsinin arayışı və 4 ədəd fotoşəkil) dəfn edilmişdir. Başları qarışıq olduğu üçün qardaşının rəhmətə getməsini dövlət qeydiyyatına aldıra bilməmişdir. Sonrada maraqlı orqan Maraqlı şəxsnə müraciət edib qardaşı 04 sentyabr 1979-cu il tarixdə Ağdaş rayonu Qolqəti kəndində anadan olmuş X4 ölümünü qeyd etdirmək istəyəndə ona “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən ölümün qeydə alınmasında imtina edilmiş və ona məhkəməyə müraciət etməyi tövsiyyə edildi. Hətta Ağdaş RMX-na müraciət etsə də ona Ağdaş rayon məhkəməsinə müraciət etməyi tövsiyyə edilmişdir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi X9 ərizəyə uyğun izahat verərək bildirdi ki, qardaşının ölüm haqqında şəhadətnaməsini almaq istəyir, vərəsəlik işi üçün ona lazımdır. Qardaşı 04 may 2004-cü il tarixdə vəfat etmişdir. Ölüm faktını təsdiq edən şahidləri də vardır. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs rəisi ədliyyə müşaviri Teymur Mustafayev 17 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, mülki işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadə verərək bildirdi ki, Nurlanın dayısıdır. Onlar 3 oğlan bir qız olmuşlar. Nurlanın qardaşı Ruslan 2004-cü il tarixdə Qolqəti kəndində rəhmətə getmişdir. Dəfn mərasimində iştirak etmişdir. Onun ölüm faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək bildirdi ki, Nurlanın anası baldızı olmuşdur. Nurlangil 3 oğlan bir qız olmaqla 4 uşaq olmuşlar. Ruslan 2004-cü ilin may ayında rəhmətə getmişdir. Yas mərasimində iştirak etmişdir. Qolqəti kəndində dəfn edilmişdir. Onun ölüm faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək bildirdi ki, Nurlangil 4 uşaqdırlar. Ruslan 2004-cü il tarixdə rəhmətə getmişdir. Qolqəti kəndində dəfn edilmişdir. Onun ölüm faktını təsdiq edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 19 iyul 2016-cı il tarixli AZ-İ 815158 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 07 iyul 2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli AZ-İİ 338916 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 30 noyabr 2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X7 məxsus qəbir daşı var, qəbir daşının üzərində doğum tarixi 1980, ölüm tarixi 2004 qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 05 may 2025-ci il tarixli 3- 16-5/8-69-C-520/2025 saylı arayışdan görünür ki, X10 04 sentyabr 1979-cu il tarixdə anadan olmuşdur. X1, anası X5r. İş materiallarında olan Ağdaş RİHB-nın Qolqəti kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 fevral 2025-ci il tarixli 5-32-12/2-94/2025 saylı arayışdan görünür ki, Qolqəti kənd sakini olmuş X13 2024-cü ildə vəfat etmiş və Ağdaş rayon Qolqəti kənd qəbirtanlığında dəfn olunmuşdur. İş materiallarında olan Ağdaş RİHB-nın Qolqəti kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 may 2025-ci il tarixli 5-32-12/2-181/2025 saylı arayışdan görünür ki, X13 1980-ci ildə Ağdaş rayonu Qolqəti kəndində anadan olmuş 2004-cü il tarixdə Qolqəti kəndində vəfat etmişdir. İş materiallarında olan “Tibbi ərazi Bölmələrini idarəetmə birliyi” Publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 13 may 2025ci il tarixli 18-1-22/2-C-428-42-381/2025 saylı məktubdan görünür ki, X2 qardaşı mərhum X8 2004-cü il tarixdə evində vəfat etdiyi gündən uzun müddət keçdiyi üçün tərəflərindən qeydiyyata alına bilmir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 05 may 2025-ci il tarixli 3- 16-5/8-15-C-521/2025 saylı məktubundan görünür ki, 04 sentyabr 1979-cu ildə Ağdaş rayonu Qolqəti kəndində anadan olan qardaşınız X4 ölümünü təsdiq edən sənədin olmaması nəzərə alınaraq ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 04 sentyabr 1979-cu il tarixdə Ağdaş rayonu Qolqəti kəndində anadan olmuş X4 04 may 2004-cü il tarixdə Ağdaş rayonu Qolqəti kəndində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi X2 ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04 sentyabr 1979-cu il tarixdə Ağdaş rayonu Qolqəti kəndində anadan olmuş X4 04 may 2004-cü il tarixdə Ağdaş rayonu Qolqəti kəndində ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X4 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1270/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1270/2025
08.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver