Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1284/2025 05.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 13 fevral 1938-ci ildə anadan olmuş X5 23 mart 2025-ci ildə Ağdaş şəhərində yaşadığı ünvanda vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1977-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. X8 doğma atasıdır. X16 xx.xx.1938-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. X16 23 mart 2025-ci il tarixdə Ağdaş şəhərində vəfat etmişdir. Mərhum atası X2 şəhəri, 20 Yanvar küçəsində yerləşən Məşəd qəbirstanlığında dəfn edilmişdir. Vəfat etmiş atasının ölümü müvafiq orqanlarda qeyd etdirilmədiyi üçün hal-hazırda onların ölümü barədə heç bir sənəd əldə etmək olmur. Maraqlı şəxsnə gedərək X5 ölümü barədə şəhadətnamə alınmamışdır. X5 ölümünün qeydiyyatda alınması barədə Azərbaycan Respublikası “Tibbi ərazi Bölmələrini idarəetmə birliyi” Publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsə müraciət etmiş və ona məktub ünvanlayaraq bildirdi ki, vətəndaşın ölümündən uzun müddət keçdiyinə görə qeydiyyata alına bilmir və Ağdaş rayon Məhkəməsinə müraciət etməyi tövsiyyə edilmişdir. Həmçinin bununla bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən X5 ölümünü təsdiq edən sənəd olmadığına görə şəhadətnamə verilməsinin mümkün olmaması və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. xx.xx.1938-ci ildə anadan olmuş X8 23 mart 2025-ci il tarixdə Ağdaş şəhərində yaşadığı ünvanda vəfat etmişdir və Ağdaş şəhəri 20 Yanvar küçəsində yerləşən Məşəd qəbisrtanlığında dəfn edilmişdir. X5 ölməsi faktını şahidlər də təsdiq edə bilər. Qeyd olunan ölümün qeyd edilmə faktının müəyyən edilməsi ona vərəsəlik məsələsinin həlli ilə əlaqədar lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək bildirdi ki, atası 23 mart 2025-ci il tarixdə rəhmətə getmişdir. Atası ürək çatışmazlığından vəfat etmişdir. Ağdaş şəhəri 20 Yanvar küçəsində yerləşən Məşəd qəbisrtanlığında dəfn olunmuşdur. Ölüm faktını təsdiq edən şahidləri də vardır. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs rəisi ədliyyə müşaviri Teymur Mustafayev 19 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, mülki işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək bildirdi ki, Ərizəçi qonşusudur. X3 23 mart 2025-ci il tarixdə rəhmətə getmişdir. Onun ölüm faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, Ərizəçi qonşusudur. X1 dəfn və yas mərasimlərində iştirak etmişdir. Ağdaş rayonu Maşad kənd qəbirstanlığında dəfn olunmuşdur. Onun ölüm faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, Ərizəçi onun iş yoldaşıdır. X1 dəfn və yas mərasimlərində iştirak etmişdir. Ağdaş rayonu Maşad kənd qəbirstanlığında dəfn olunmuşdur. Onun ölüm faktını təsdiq edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X6 məxsus qəbir daşı var, qəbir daşının üzərində doğum tarixi 1938, ölüm tarixi xx.xx.2025 qeyd edilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZE 1******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci ildə ünvan 4 ünvanda qeydiyyatda olmuşdur. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZE 03559607 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1938-ci ildə ünvan 4 ünvanda qeydiyyatda olmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası Ağdaş şəhəri Ağdaş Bələdiyyəsi tərəfindən verilən 15 may 2025-ci il tarixli, 131 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum X3 xx.xx.1938-ci ildə anadan olmuş, xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Mərhum Ağdaş şəhər 20 Yanvar küçəsində yerləşən Məşəd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan “Tibbi ərazi Bölmələrini idarəetmə birliyi” Publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 07 may 2025ci il tarixli 18-1-22/2-F-407-42-357/2025 saylı məktubdan görünür ki, Ərizəçi X1 xx.xx.2025-ci ildə vəfat etdiyi gündən uzun müddət keçdiyi üçün tərəflərindən qeydiyyata alına bilmir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 16 may 2025-ci il tarixli 3- 16-5/8-15-F-574/2025 saylı məktubundan görünür ki, xx.xx.1938-ci ildə anadan olmuş atanız X5 ölümünü təsdiq edən sənədin olmaması nəzərə alınaraq ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Ağdaş TTTYB tərəfindən verilmiş 4208 saylı xx.xx.2025-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, X8 onlar gedəndə vəfat etmişdi. Yaxınlarının deməsinə görə uzun müddət ürək çatışmazlığından əziyyət çəkirmiş. İş materiallarında olan qəbzidən görünür ki, Ərizəçi 100 (yüz) manat dövlət rüsumu, 0.40 (qırx qəpik) manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 13 fevral 1938-ci ildə anadan olmuş X5 23 mart 2025-ci ildə Ağdaş şəhərində yaşadığı ünvanda vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. əli Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 13 fevral 1938-ci ildə anadan olmuş X5 23 mart 2025-ci ildə Ağdaş şəhərində yaşadığı ünvanda ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X5 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1284/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1284/2025
05.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver