Məhkəmə qərarları › İş №2(014)-1321/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1321/2021

29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1321/2021 29.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi Hüseyinova Fəzilə Əlisalam qızının iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Hüseyinova Fəzilə Əlisalam qızı Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 25 iyul 1985-ci ildə X22 ilə ailə həyatı qurmuşdur. Mərhum övladları 04 mart 1992-ci ildə anadan olmuş X18 və 07 dekabr 1989cu ildə anadan olmuş X6 rayonunun Dəhnə kəndində anadan olmuşdular. Hər iki övladları Ağdaş rayonunun Dəhnə kəndi ərazisində yerləşən qəbiristanlıqda dəfn olunmuşlar. Qızı Minayə anadan olandan 20 gün sonra qıcolma keçirib rəhmətə getmiş, oğlu Səxavət isə anadan olandan 3 ay sonra qıcolma keçirib rəhmətə getmişdir. Bu fakt 21 may 2021-ci il tarixli Ağdaş rayon Dəhnəxəlil bələdiyyəsinin 78 saylı arayışında və aktında öz əksini tapmışdır. Lakin övladlarına müəyyən səbəblərdən ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda övladları X18 və X11 ölümlərini təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından ölüm haqqında şəhadətnamələrini almaq mümkün deyildir. Ona görə də mərhum övladlarının ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Qeyd olunan ölüm faktının müəyyən edilməsi ona vərəsəlik hüququnun əmələ gəlməsi ilə əlaqədar lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəyişdirilməsinə dair ərizə təqdim edərək övladları 07 dekabr 1989-cu ildə anadan olmuş X12 07 mart 1990-cı ildə və 04 mart 1992ci ildə anadan olmuş X18 24 mart 1992-ci ildə Ağdaş rayonunun Dəhnə kəndində ölməsi faktlarının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçi biri qız, digəri isə oğlan olmaqla iki övladı vəfat etmişdir. Mərhum oğlu X19 07.12.1989-cu ildə anadan olmuş, təqribən 3 ay sonra vəfat etmişdir. Mərhum qızı X18 04.03.1992-ci ildə anadan olmuş 20 gün sonra vəfət etmişdir. Onları Ağdaş rayonunun Dəhnəxəlil kəndində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək göstərdi ki, Ərizəçi onun qonşusudur. Onun təqribən 30 il əvvəl iki övladı vəfat etmişdir. Belə ki, mərhum qızı X18 1992-ci ilin mart ayında anadan olmuş və cəmi 20 gün sonra vəfat etmişdir. Mərhum oğlu X19 isə 1989-cu ilin dekabrında anadan olmuş və 3 ay sonra vəfat etmişdir. Hər iki uşaq Ağdaş rayonunun Dəhnəxəlil kəndində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X23 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. Onun bir qardaşı və bir bacısı o, uşaq olarkən vəfat etmişdir. X3 07.12.1989-cu ildə anadan olmuş, 3 ay sonra vəfat etmişdir. X4 isə 04.03.1992-ci ildə anadan olmuş, 20 gün sonra vəfat etmişdir. İşin materiallarınada olan Ağdaş rayonu Qolqəti kəndi Qolqəti kənd soveti tərəfindən verilmiş 25 iyul 1985-ci il tarixli, İİİ-JQ seriyalı, 376296 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X22 ilə X15 25.07.1985-ci il tarixdə 29 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ağdaş rayonu Dəhnəxəlil kənd bələdiyyəsi tərəfindən verilmiş 78 saylı, 21.05.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi 07.12.1989-cu ildə Ağdaş rayonunun Dəhnə kəndində anadan olmuş övladı X19 və 04.03.1992-ci ildə Ağdaş rayonunun Dəhnə kəndində anadan olmuş övladı X18 həqiqətən vəfat etmiş və şəxsin vəfat etmiş hər iki övladı Ağdaş rayonunun Dəhnəxəlil kənd qəbiristanlığında dəfn olunmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası Ağdaş rayonu Dəhnəxəlil kənd bələdiyyəsi tərəfindən verilmiş 21.05.2021-ci il tarixli aktdan görünür ki, 07.12.1989-cu ildə Ağdaş rayonunun Dəhnə kəndində anadan olmuş X19 və 04.03.1992-ci ildə Ağdaş rayonunun Dəhnə kəndində anadan olmuş X1 sakinləri X24, X28, X16, X33, X17 iştirakları ilə Ağdaş rayonunun Dəhnəxəlil kəndində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Qəbiristanlıq ərazisinə yerində baxış keçirən zaman hər iki mərhumun qəbirlərinin Dəhnəxəlil kənd qəbiristanlığında olduğu aşkar olundu. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 19 may 2021-ci il tarixli, AZ-İV seriyalı, 1907 saylı doğum haqqında arayışdan görünür ki, X18 04.03.1992-ci il tarixdə anadan olmuşdur. X10, anası X8r. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 19 may 2021-ci il tarixli, AZ-İV seriyalı, 1908 saylı doğum haqqında arayışdan görünür ki, X19 07.12.1989-cu il tarixdə anadan olmuşdur. X10, anası X8r. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Hüseyinova Fəzilə Əlisalam qızına ünvanlanmış 1880 saylı, 17.05.2021-ci il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin övladları X19 və X7 rayonu Dəhnə kəndində vəfat etmiş və Ağdaş rayon Dəhnəxəlil kənd qəbiristanlığında dəfn edilmişlər, lakin ərizəçi övladlarının ölüm haqqında şəhadətnamələrini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi uşaqlarının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi övladları 07 dekabr 1989-cu ildə anadan olmuş X12 07 mart 1990-cı ildə və 04 mart 1992-ci ildə anadan olmuş X18 24 mart 1992-ci ildə Ağdaş rayonunun Dəhnə kəndində ölməsi faktları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Ərizəçi övladları 07 dekabr 1989-cu ildə anadan olmuş X12 07 mart 1990-cı ildə və 04 mart 1992-ci ildə anadan olmuş X18 24 mart 1992-ci ildə Ağdaş rayonunun Dəhnə kəndində ölməsi faktları müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar