Məhkəmə qərarları › İş №2(014)-1365/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1365/2023

22.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1365/2023 22.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı X4 27.*3.1973-cü il tarixdə ünvan 2ində doğulmuşdur. Elşad heç bir zaman evlənməmişdir. O, 31.*1.2**4-cü il tarixdə ünvan 2ində ölmüş və ünvan 2 qəbiristanlığında dəfn edilmişdir. Qardaşının adına mövcud olan ünvan 2ində yerləşən *,49 ha torpaq sahəsini dövlət qeydiyyatına aldırmaq istəyərkən məlum olmuşdur ki, onun ölümünü dövlət qeydiyyatına aldırmamışlar. Belə ki, qardaşı cavan, yəni 31 yaşında öldüyündən və başlarının onun dəfn və yas mərasiminə qarışdığından onun ölümünü dövlət qeydiyyatına aldırmaq yadlarından çıxmışdır. Maraqlı şəxsnə müraciət edib 27.*3.1973-cü il tarixdə ünvan 2ində doğulmuş X2 ölümünü qeyd etdirmək istəyərkən ona “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci müddiasına əsasən ölümün qeydə alınmasından imtina edilmişdir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, ərizəçini tanıyır. Ərizəçinin qardaşı X4 31 yanvar 2**4-cü il il tarixdə ünvan 2ində ölmüş ünvan 2 qəbiristanlığında dəfn edilmişdir. Dəfndə və yas mərasində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 və X9 da özlərindən əvvəl ifadə vermiş şahid X8 ilə eyni məzmunlu ifadə verdilər. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 628 №-li, 28 iyul 2*23-cü il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. İşin materiallarında olan *8 avqust 198*-ci il tarixdə Ağdaş rayonu Şəmsabad kəndi sovetliyi tərəfindən verilmiş Vİİ-ЖГ № 27472* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 198*-ci il tarixdə ünvan 2ində doğulmuş, atası X3, anası isə X5r. İşin materiallarında olan 28 iyul 2*23-cü il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş 627 saylı doğum haqqında arayışdan görünür ki, X4 27 mart 1973-cü il tarixdə ünvan 2ində doğulmuş, atası X3, anası isə X5r. İşin materiallarında olan Azərbaycan Respublikası Ağdaş rayonu Şəmsabad Bələdiyyəsi tərəfindən verilmiş 61 №-li, 31.*7.2*23-cü il tarixli arayışdan görünür ki, hal şahidlərinin iştirakları ilə ünvan 2 qəbiristanlığına baxış keçirilmiş, baxış zamanı Ərizəçi qardaşı X2 ünvan 2 qəbiristanlığında dəfn edildiyi, Elşada məxsus qəbr olduğu və qəbrin üstündə ölüm tarixi qeyd edildiyi müəyyən olumuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası Ağdaş rayonu Şəmsabad Bələdiyyəsi tərəfindən verilmiş 62 №-li, 31.*7.2*23-cü il tarixli arayışdan görünür ki,mərhum X2 adına ünvan 2ində *,49 ha torpaq var. İşin materiallarında olan 4 ədəd fotoşəkildən görünür ki, mərhum X1, adı, atasının adı, doğum və ölüm tarixi əks edilmiş qəbir mövcuddur. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin əri X4 31 yanvar 2**4-cü il tarixdə ölmüş və ünvan 2 qəbiristanlığında dəfn edilmiş, lakin ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi qardaşının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi qardaşı X2 31 yanvar 2**4-cü il tarixdə ünvan 2i ünvanında ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 3*7, 311 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi qardaşı X2 31 yanvar 2**4-cü il tarixdə ünvan 2i ünvanında ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar