Məhkəmə qərarları › İş №2(014)-1373/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1373/2024

16.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1373/2024 16.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölümüş elan edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.*973-cü ildə Ağdaş rayonunda anadan olmuşdur. Hal-hazırda da ünvan 1 ünvanda yaşayır. X4 onun əridir. O, 03 iyul *969-cu ildə Ağdaş rayonunda doğulmuşdur. Son vaxtlar səhhətinin vəziyyəti ilə əlaqədar xəstə idi. X4 05 oktyabr 2020-ci il tarixdə yaşadığı ünvan 2 ünvanda vəziyyəti ağırlaşaraq infaktdan vəfat etmişdir. X* şəhəri, Nəsimi küçəsində yerləşən Padar qəbirstanlığında dəfn edilmişdir və qəbirin yeri məlumdur. Maraqlı şəxsnə gedərək həyat yoldaşı X2 ölümü barədə şəhadətnamə alınmamışdır. Həyat yoldaşı X2 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası ‘Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X*0 müraciət etmiş və ona məktub ünvanlayaraq bildirildi ki, vətəndaşın ölümündən uzun müddət keçdiyinə görə Ağdaş Rayon Məhkəməsinə müraciət etməyi tövsiyə edilmişdir. Həmçinin bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs tərəfindən X2 ölümü barədə şəhadətnamə verilməmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Həyat yoldaşı, 03 iyul *969-cu ildə Ağdaş rayonunda doğulmuş X2 05 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində infaktdan ölməsi faktını şahidlər də təsdiq edə bilər. Qeyd olunan ölümün qeyd edilmə faktının müəyyən edilməsi ona vərəsəlik məsələsinin həlli ilə əlaqədar lazımdır. 03 iyul *969-cu ildə ünvan 5 ünvanda yaşamış X2 05 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində infaktdan vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in *85.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid* ifadə verərək göstərdi ki, X4 onun qonşusudur, 05 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində infaktdan vəfat etmiş və Ağdaş şəhəri, Nəsimi küçəsində yerləşən Padar qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, ərizəçi və X4 onun qohumudur. 05 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində infaktdan vəfat etmiş və Ağdaş şəhəri, Nəsimi küçəsində yerləşən Padar qəbirstanlığında dəfn edilmişdir. İşin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 03.07.*969-cu il tarixdə anadan olmuşdur. İşin materiallarında olan 22.*0.*99*-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X5 22 oktyabr *99*-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Yolçuyev, arvada Yolçuyeva soyadı verilmişdir. İşin materiallarında olan Bakı şəhər Təcili və X3 Stansiyasının 8 saylı bölməsi tərəfindən verilmiş məktubdan görünür ki, 05 oktyabr 2020-ci il tarixdə, saat 20:0*-də ünvan 2 ünvanında X2 adına çağrış olunmuş, Çağrışı 8 saylı bölmənin həkimi A.Məhərrəmova yerinə yetirmiş, həmin xəstəyə həkimə qədər ölüm diaqnozu qoyulmuşdur. İşin materiallarında olan Ağdaş rayon Mərkəzi xəstəxanası Publik Hüquqi şəxs tərəfindən verilmiş məktubdan görünür ki, X2 05.*0.2020-ci il tarixdə Bakı şəhərində ölümü Bakı şəhərində ərazi üzrə Poliklinikada rəsmiləşdirilməli olduğu üçün həmin Poliklinikaya yaxınlaşmağı və ya ölümündən uzun müddət keçdiyi üçün Ağdaş Rayon Məhkəməsinə müraciət etməyi tövsiyə olunmuşdur. İşin materiallarında olan iki ədəd foroşəkildən görünür ki, X2 05.*0.2020-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış № 3-*6-5/8-Y- 8**/2024 saylı, 04 iyul 2024-cü il tarixli məktubdan görünür ki, X2 ölümü Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydasfnm 8.*-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınır. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.Odur ki, 03.07.*969-cu ildə Ağdaş şəhərində anadan olan, əri X2 ölümünü təsdiq edən sənədin olmaması nəzərə alınaraq ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunmuşdur. İşin materiallarında olan Ağdaş bələdiyyəsi tərəfindən verilmiş 04 iyul 2024-cü il tarixli, *02 saylı arayışdan görünür ki, X2 05.*0.2020-ci il tarixdə vəfat etmiş və Ağdaş şəhəri, Nəsimi küçəsində yerləşən qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin əri X4 03 iyul *969-cu il tarixdə Ağdaş şəhəində anadan olmuşdur. X4 05 oktyabr 2020-ci il tarixdə ölmüş, bundan sonra Ağdaş şəhəri, Nəsimi küçəsində yerləşən qəbirstanlıqda dəfn edilmiş, lakin ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi qızının ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi əri 03 iyul *969-cu il tarixdə doğulmuş X2 05 oktyabr 2020-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.* və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi əri 03 iyul *969-cu il tarixdə doğulmuş X2 05 oktyabr 2020-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar