Məhkəmə qərarları › İş №2(014)-1469/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1469/2025

28.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1469/2025 28.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 22 mart 1943-cü il tarixdə anadan olmuş X4 10 iyul 2019-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası X13 22 mart 1943-cü ildə Ağdaş rayonunda anadan olmuşdur. Mərhum anası X13 10 iyul 2019-cu ildə vəfat etmişdir. Vəfat etdiyi günədək onunla birgə ünvan 1 ünvanında birgə yaşamışdır. Mərhum anası X4 ölümünə səbəb ağır sürən ürək-damar xəstəliyi olmuşdur. Mərhum anası X2 şəhəri, M.İsayev küçəsində yerləşən qəbirstanlığında qonşu və qohumlarının iştirakları ilə dəfn edilmiş, yas mərasimi də onun tərəfindən götürülmüşdür. Lakin həmin vaxt müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamışdır. Bununla bağlı heç bir orqana da müraciət edilməmişdir. Hazırda mərhum anasının ölümünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından ölüm şəhadətnaməsini almaq mümkün deyildir. Ona görə də mərhum anası X4 ölümünün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X14 ərizəni müdafiə edərək bildirdi ki, nənəsinin ölüm haqqında şəhadətnaməsini almaq istəyir, sənədlər üçün ona lazımdır. Ölüm faktını təsdiq edən şahidləri də vardır. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs rəisi ədliyyə müşaviri Teymur Mustafayev 14 iyul 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, mülki işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, Etibarı çoxdan tanıyır. Onun anası xx.xx.2019-cu il tarixdə rəhmətə getmişdir. Dəfn mərasimində iştirak etmişdir. Onun ölüm faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, Etibar qohumlarıdır. Roza Etibarın anasıdır. xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun ölüm faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadə verərək bildirdi ki, Roza Hacıyevanı tanıyır. Roza ilə 35 il qonşuluq etmişlər. Etibarın anasıdır. Roza xx.xx.2019-cu il tarixdə rəhmətə getmişdir. Dəfn mərasimində iştirak etmişdir. Onun ölüm faktını təsdiq edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş 23 sentyabr 2005-ci il tarixli AZE 03059592 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 22 mart 1943-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəh., M.Şeyxzadə küç ¾-də qeydiyyatda olmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X10 məxsus qəbir daşı var, qəbir daşının üzərində doğum tarixi xx.xx.1943, ölüm tarixi xx.xx.2019 qeyd edilmişdir. İş materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 28 oktyabr 1971-ci il tarixli İ-ЖГ 279071 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1971-cı il tarixdə anadan olmuşdur. X1, anası X11r. İş materiallarında olan “Tibbi ərazi Bölmələrini idarəetmə birliyi” Publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli PHŞ-6-22/2-H-509-xx-xx/2023 saylı məktubdan görünür ki, Ərizəçi anası mərhum X4 xx.xx.2019-cu il tarixdə evində vəfat etdiyi gündən uzun müddət keçdiyi üçün tərəflərindən qeydiyyata alına bilmir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16- 5/8-896/2023 saylı məktubundan görünür ki, xx.xx.1943-cü ildə Ağdaş şəhərində anadan olan ananız X4 ölümünü təsdiq edən sənədin olmaması nəzərə alınaraq ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Ağdaş Zaks Bürosu tərəfindən verilmiş 27 mart 1943-cü il tarixli AA-236033 saylı doğum şəhadətnamənin surətindən görünür ki, X16 22 mart 1943cü il tarixdə anadan olmuşdur. X8, anası X7r. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 22 mart 1943-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş X4 10 iyul 2019-cu il tarixdə vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 22 mart 1943-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş X4 10 iyul 2019-cu il tarixdə ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X4 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar