Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1509/2020 18.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı Ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X3 xx xxxx 1963-cü ildə Ağdaş rayonu,Ağcayazı kəndində qızdırma xəstəliyindən ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, bacısı X8 xx xxxxxx 1962-ci ildə Ağdaş rayonu Ağcayazı kəndində anadan olmuşdur. X2 xx xxxx 1963-cü ildə 6 aylıq olarkən Ağdaş rayonu,Ağcayazı kəndində qəfil qızdırma xəstələyindən vəfat etmişdir. Mərhum bacısı X4 Ağdaş rayonu, Ağcayazı kənd qəbirstanlığında dəfn etmişlər. Lakin mərhum bacısı X5 müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamışdır. Hazırda bacısının ölmünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından ölüm şəhadətnaməsini almaq mümkün deyildir. Ona görə də mərhum bacısının ölümünün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Bu faktın təsdiqi ona vərəsəliklə bağlı lazımdır. Odur ki, ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid Fərrux Kərimov məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun həmkəndlisidir, ərizəçinin bacısı xx xxxxxx 1962-ci ildə X8 anadan olmuş, lakin həmin uşaq xx xxxx 1963-cü ildə Ağdaş rayonu,Ağcayazı kəndində qızdırma xəstəliyindən ölmüş və Ağdaş rayonu,Ağcayazı kənd qəbirstanlığında dəfn edilmişdir. İş üzrə şahid Vahidə Abduxalıqova məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun həmkəndlisidir, ərizəçinin bacısı xx xxxxxx 1962-ci ildə X8 anadan olmuş, lakin həmin uşaq xx xxxx 1963-cü ildə Ağdaş rayonu,Ağcayazı kəndində qızdırma xəstəliyindən ölmüş və Ağdaş rayonu,Ağcayazı kənd qəbirstanlığında dəfn edilmişdir. İş materialları ilə müəyyən edilir ki, X8 xx xxxxxx 1962-ci ildə Ağdaş rayonu Ağcayazı kəndində anadan olmuşdur. X1 və X6 olmuşdur. Ərizəçi xx xxxxx 1959-cu ildə Ağdaş rayonu Ağcayazı kəndində anadan olmuşdur. X1 və X6 olmuşdur. X8 xx xxxx 1963-cü ildə Ağdaş rayonunda vəfat etmişdir. X7 Ağdaş rayonu,Yuxarı Ağcayazı kənd qəbirstanlıqda dəfn etmişlər. X5 müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1962-ci ildə Ağdaş rayonu, Ağcayazı kəndində anadan olmuş X3 xx xxxx 1963-cü ildə Ağdaş rayonu, Ağcayazı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1509/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1509/2020
18.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver