Məhkəmə qərarları › İş №2(014)-1627/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1627/2022

01.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1627/2022 01.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməs barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərzəçi Ərizəçi Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X4 0* iyul *95*-ci ildə anadan olmuşdur.Mərhum həyat yoldaşı X4 ilə 26 noyabr *973-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Həyat yoldaşı X4 24 yanvar 2002-ci il tarixdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində ürək çatışmamazlığından ölmüşdür. Mərhum həyat yoldaşı Ağdaş rayonu, Yuxarı Ləki kənd ərazisində yerləşən qəbirstanlığında dəfn edilmişdir. Lakin ona müəyyən səbəblərdən ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda mərhum həyat yoldaşı X2 ölümün təsdqi edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından ölüm haqqında şəhadətnamə almaq mümkün deyildir. Odur ki, mərhum həyat yoldaşı X2 ölümünün qeyed edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Qedy olunan ölümün qeyd edilmə faktının müəyyən edilməsi ona vərəsəlik hüququnun əmələ gəlməsi ilə əlaqədar lazımdır. Buna görə də mərhum həyat yoldaşı X2 24 yanvar 2002-ci ildə ölməsi faktının müəyyən edilməsi və ölümün müvafiq icra orqanında (Qeydiyyat şöbəsində) qeydə alınması barədə qətnamə çıxarılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.6-cı maddəsinə əsaslanaraq iş üzrə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə qismən təmin edilməlidir. İş üzrə şahid X* məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X6 Birliyində sədr müavini vəzifəsində işləyir. Ərizəçi qardaşıdır. Ərizəçi mərhum həyat yoldaşı Rauf Nəbiyev 24 yanvar 2002-ci ildə ölmüş, 25 yanvar 2002-ci il tarixdə Ağdaş rayonu, Yuxarı Ləli kəndində dəfn edilmişdir. İş materialları ilə müəyyən edilir ki, X4 0* iyul *95*-ci ildə Ağdaş rayonu, Yuxarı Ləki kəndində anadan olmuşdur. Ərizəçi X2 arvadıdır. X4 24 yanvar 2002-ci il tarixdə vəfat etmiş və Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ailə Məcəlləsinin *93.*-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin *93.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 0* iyul *95*-ci ildə Ağdaş rayonu, Yuxarı Ləki kəndində anadan olmuş X2 24 yanvar 2002-ci ildə Ağdaş rayonu, Yuxarı Ləki kəndində ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar