Məhkəmə qərarları › İş №2(014)-1635/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1635/2022

23.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1635/2022 23.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair işə 23 noyabr 2022-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Nehrəxəlil kəndində yaşamış *4 iyun *978-ci ildə anadan olmuş X5 22 iyul 2022-ci il tarixdə yaşadığı evdə elektrik cəryanı vurulması nəticəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X4 *4 iyun *978-ci ildə X3 anadan olmuşdur. Mərhum atası 22 iyul 2022-ci il tarixdə evdə elektrik cərəyanı vurulması nəticəsində vəfat etmişdir. Mərhum atası Ağdaş rayon Nehrəxəlil kənd ərazisində yerləşən qəbristanlığında 22 iyul 2022-ci ildə dəfn etmişlər. Lakin ona müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamışdır. Hazırda mərhum X4nun ölümünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından ölüm şəhadətnaməsini almaq mümkün deyildir. Ona görə də mərhum atasının ölümünü qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Qeyd olunan ölümün qeyd edilmə faktın müəyyən edilməsi ona vərəsəlik hüququnun əmələ gəlməsi ilə əlaqədar lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək məhkəmdən ərizəsinin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı orqanın nümayəndəsi Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən, maraqlı orqanın məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə maraqlı orqanın izahatını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 avqust 2022-ci il tarixli *937 saylı arayışdan məlum olur ki, X7 *4.06.*978-ci il tarixdə anadan olmuşdur. Bu barədə Yevlax rayon Aran qəsəbəsin İN-yində 30.06.*978-ci il tarixli 43 saylı qeyd aparılmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli *60 saylı arayışdan məlum olur ki, Ərizəçi 2000-ci ildə anadan olub Ağdaş rayon Nehrəxəlil kəndində yaşayır, mərhum X4 xx.xx.2022-ci il tarixdə evdə elektrik cərəyanı vurması nəticəsində vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiqi edilən Ağdaş rayon Kotanarx Bələdiyyəsi tərəfindən *6.08.2022-ci il tarixli 7* saylı arayışdan məlum olur ki, Ərizəçi mərhum X4 *4.06.*978-ci ildə anadan olub, xx.xx.2022-ci il tarixdə Nehrəxəlil kəndində özünə məxsus həyətində elektrik cərəyanı vurması nəticəsində vəfat etmişdir. Mərhum Nehrəxəlil kənd qəbirstanlığında dəfn edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiqi edilən Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş *5.08.2000-ci il tarixli İ-AZ *92564 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi xx.xx.2000-ci il tarixdə Ağdaş rayon Nehrəxəlil kəndində anadan olmuşdur. X4, anası X2r. Mülki işdə olan və məhkəmə iclasında tədqiqi edilən Ağdaş rayon prokurorluğu tərəfindən verilmiş 0*.08.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, *4.06.*978-ci il təvəllüdlü Ağdaş rayonunun Nehrəxəlil kənd sakini X7 xx.xx.2022-ci il tarixdə saat *6 radələrində yaşadığı Nehrəxəlil kəndində yerləşən evin həyətində elektrik cərəyanı vuraraq ölməsi faktı ilə bağlı toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiqi edilən Maraqlı şəxs tərəfindən verilmiş 06 avqust 2022-ci il tarixli 05/Q-*372 saylı məktubdan məlum olur ki, X5 ölüm haqqında şəhadətnaməsinin istənməsi barədə ərizəyə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3* oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktının təsdiq edən tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq “Elektron Məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. X* ölüm haqqında tibbi şəhadətnaməsi olmadığı üçün Qeydiyyat şöbəsində ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Beləliklə məhkəmədə aydın oldu ki, Ərizəçi mərhum atası *4.06.*978-ci il təvəllüdlü Ağdaş rayonunun Nehrəxəlil kənd sakini X7 xx.xx.2022-ci il tarixdə Ağdaş rayonunun Nehrəxəlil kəndində vəfat etmişdir. Ərizəçinin atasının ölüm faktı ilə bağlı vaxtında müvafiq orqanlara müraciət etmədiyindən ölümün qeydiyyatı başqa formada mümkün olmadığından rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında ifadə verən şahidlər ölüm faktını təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 2*7.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 2*3, 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *4.06.*978-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə Ağdaş rayonunun Nehrəxəlil kəndində elektrik cərəyanı vurması nəticəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar