Məhkəmə qərarları › İş №2(014)-1665/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1665/2025

17.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1665/2025 17.09.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X5, məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işi Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 17 iyun 1947-ci ildə Ağdaş rayonu, Gürcuva kəndində doğulmuş X3nun 29 may 2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi və ölümün Maraqlı şəxsndə rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 ilə anası X7 ilə 16 avqust 1971-ci ildə nikah bağlayaraq evlənmişlər. O, xx xxxx 1974-cü ildə Ağdaş rayonunda anadan olmuşdur. X3 ağciyər xəstəliyindən əziyyət çəkmişdir. Həkimlərə aparsa da, nəticəsi olmamışdır. Belə ki, atası öz yaşadığı evdə yəni, Ağdaş rayonu, Gürcuva kəndində 29 may 2025-ci il tarixində səhər saatlarında vəfat etmişdir. Vəfat edən kimi təcilli tibbi yardıma zəng edərək məlumat verilmişdir. Atası Ağdaş rayonu, Gürcuva kənd qəbiristanlığında dəfn edilmişdir. Sonradan başı yas mərasiminə qarışdığı üçün atasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Sonradan müvafiq orqanlara müraciət etsə də, ona imtina məktubu verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizədə qeyd etdiyi hüquqi faktın yəni, atasının ölüm faktının müəyyən olunması mərhum atasının ölüm haqqında şəhadətnaməsinin alınması üçün istəyir. Atasının ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X14 "Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X15 müraciət etmiş və ona məktub ünvanlayaraq bildirildi ki, vətəndaşın ölümündən uzun müddət keçdiyinə görə ona Ağdaş Rayon Məhkəməsinə müraciət etməyi tövsiyə edilmişdir. Həmçinin bununla bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən mərhum atasının ölümünü təsdiq edən sənəd olmadığına görə şəhadətnamə verilməsinin mümkün olmaması və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, mərhum X6 onun atasıdır. Atası öz yaşadığı evində 29 may 2025-ci il tarixdə ölmüş və həmin vaxt təcili tibbi yardım əməkdaşlarına zəng vuraraq məlumat vermişdir. Lakin yas mərasiminə başı qarışdığından atasına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Bundan sonra atasının ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, qeyd olunanların nəzərə alınıb ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs rəisi Teymur Mustafayev məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının Qeydiyyat şöbəsinin əməkdaşının iştirakı olmadan baxılmasını və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək bildirdi ki, Ərizəçi onun həmkəndlisidir. Müşviqin atası X13 rayonu, Gürcuva kəndində yaşayırdı. Rəşid Abdullayev ölərkən dəfnində və yas mərasimində iştirak etmişdir. Rəşid 29 may 2025-ci il tarixdə ölmüş və Gürcuva kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək bildirdi ki, Rəşid Abdullayev onun əridir. Rəşid xərçəng xəstəsi idi. o, 29 may 2025-ci ci il tarixdə Ağdaş rayonu, Gürcuva kəndində yaşadığı evdə ölmüş və həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, Rəşid Abdullayev onun həmkəlisi olmuşdur. Rəşid xərçənk xəstəsi olduğundan bir neçə dəfə onun səhətini maraqlanmaq üçün evinə getmişdir. Rəşid 29 may 2025-ci il tarixdə ölmüş və Gürcuva kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE № 00762650 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 17 iyun 1947-ci il tarixdə Ağdaş rayonu, Gürcuva kəndində doğulmuşdur. 1 ədəd fotoşəkildən görünür ki, X1, adı, atasının adı, doğum və ölüm tarixi əks edilmiş qəbir mövcuddur. “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən Ərizəçi ünvanlanmış 18-1-22/2-A-677-42-590/2025 saylı, 24 iyul 2025-ci il tarixli məktubdan görünür ki, vətəndaşın ölümündən uzun müddət keçdiyi üçün tərəflərindən ölüm qeydiyyata alına bilmir və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-A-855/25 saylı, 25 iyul 2025ci il tarixli məktubdan görünür ki, X4 ölümünü təsdiq edən sənəd olmadığından ölümün dövlət qeydiyyatına alınması Qeydiyyat şöbəsi tərəfindən mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ağdaş rayon İcra Hakimiyyəti başçısının Gürcuva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32-12/2-131/2025 saylı, 25 iyul 2025-ci il tarixli arayışdan görünür ki, mərhum X2 şəhəri, H.Hacıyev küçəsi 1/46 nömrəli ev ünvanında qeydiyyatda olmasına baxmayaraq, Ağdaş rayonu, Gürcuva kəndində yaşamışdır. 29 may 2025-ci il tarixdə ölmüş və Ağdaş rayonu, Gürcuva kənd qəbiristanlığında dəfn etmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Şahid3 19 avqust 1971-ci il tarixdə nikah bağlayaraq evlənmişlər. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1974-cü il tarixdə anadan olmuş, X3, anası Şahid3dır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 17 iyun 1947-ci il tarixdə Ağdaş rayonu, Gürcuva kəndində doğulmuş X4 29 may 2025-ci il tarixdə ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. 17 iyun 1947-ci ildə Ağdaş rayonu, Gürcuva kəndində doğulmuş X4 29 may 2025-ci il tarixdə ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X4 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar