Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1666/2025 07.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qızı 30 sentyabr 1984-cü ildə Ağdaş rayonu Qolqəti kəndində anadan olmuş, 07 yanvar 2004-cü ildə əmin kənddə vəfat etmiş qızı X7 Ağdaş rayonunun Qolqəti kəndində ölməsi faktının müəyyən edilməsinə və ölümünün maraqlı orqan Maraqlı şəxsndə qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri X12 ilə birgə nikahlarından 3 nəfər uşaqları- xx.xx.1984-cü il təvəllüdlü X13, 10 dekabr 1985-ci il təvəllüdlü X20, 28 may 1990-cı il təvəllüdlü X14 anadan olmuşlar. X2 10 oktyabr 2017-ci ildə, qızı X13 07.01 2004-cü ildə Ağdaş rayonunun Qolqəti kəndində vəfat etmişlər və kənd qəbirstanlığında dəfn olunmuşlar. X1 ölümündən sonra, ölüm haqqında şəhadətnamə alınmış, qızının ölümündən sonra müəyyən səbəblərdən adına ölüm haqqında şəhadətnamə alınmamışdır. Mərhum əri X12 ölümündən sonra vərəsəliyin açılması ilə əlaqədar mərhum qızının ölümünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından adına ölüm haqqında şəhadətnamə almaq mümkün deyildir. Ona görə də mərhum qızı X7 ölümünün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Belə ki, o mərhum qızı X7 adına ölüm haqqında şəhadətnamə verilməsi xahişi ilə maraqlı orqan Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı orqan Maraqlı şəxs ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə mərhumun ölümünün qeydə alınmasının mümkün olmadığını bildirmiş, mübahisəinin həlli məqsədi ilə aidiyyati üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. “Ağdaş RMX” PHŞ-də mərhum qızının ölüm haqqında tibbi şəhadətnaməsi tapılmamışdır. Qeyd olunan ölümün qeyd edilmə faktının müəyyən edilməsi ona vərəsəlik hüququnun əmələ gəlməsi ilə əlaqədar lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək bildirdi ki, qızı 07.01 2004cü ildə Ağdaş rayonunun Qolqəti kəndində rəhmətə getmişdir. Ağdaş rayon Qolqəti kəndində dəfn olunmuşdur. Ölüm faktını təsdiq edən şahidləri də vardır. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs rəisi ədliyyə müşaviri Teymur Mustafayev məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, mülki işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadə verərək bildirdi ki, Zeynab ilə bir kəndçidirlər. Zeynabın 2 oğlu bir qızı var idi. Qızı 07 yanvar 2004-cü ildə böyrək xəstəliyindən vəfat etmişdir. Dəfn mərasimində iştirak etmişdir. Onun ölüm faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, Zeynab xalası qızıdır. Zeynabın 2 oğlu bir qızı var idi. Qızı 07 yanvar 2004-cü ildə böyrək xəstəliyindən vəfat etmişdir. Dəfn mərasimində iştirak etmişdir. Onun ölüm faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, Zeynab onun balaca bacısıdır. Bacısının 2 oğlu bir qızı var idi. Qızı 07 yanvar 2004-cü ildə böyrək xəstəliyindən vəfat etmişdir. Onun ölüm faktını təsdiq edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X10 məxsus qəbir daşı var, qəbir daşının üzərində doğum tarixi 1984, ölüm tarixi 2004 qeyd edilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qolqəti kənd ərazi İcra nümayəndəliyi tərəfindən verilmiş 08 noyabr 2017-ci il tarixli AZ-İ 904245 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 10 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ağdaş rayon Qolqəti Bələdiyyəsi tərəfindən verilən 17 mart 2025-ci il tarixli, 07 nömrəli arayışdan görünür ki, X20 xx.xx.2004-cü il tarixdə vəfat edən bacısı X13 ilə bir təsərrüfatda yaşamış və mərhumə bacısı Ağdaş rayon Qolqəti kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan “Tibbi ərazi Bölmələrini idarəetmə birliyi” Publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli 18-1-22/2-İ-541-42-471/2025 saylı məktubdan görünür ki, X15 xx.xx.2004-cü il tarixdə vəfat edən bacısı X7 vəfat etdiyi gündən uzun müddət keçdiyi üçün tərəflərindən qeydiyyata alına bilmir. Vətəndaşın ölüm şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün Ağdaş rayon Məhkəməsinə müraciət etməkləri tövsiyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 13 mart 2025-ci il tarixli 3- 16-5/8-15-İ-315/2025 saylı məktubundan görünür ki, 30 sentyabr 1984-cü ildə Ağdaş rayonu Qolqəti kəndində anadan olmuş bacınız X7 ölümünü təsdiq edən sənədin olmaması nəzərə alınaraq ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş Rayon Dövlət Arxivi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli 90 saylı arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qolqəti kənd nümayəndəliyinin Qolqəti kəndinə aid olan 2001-2002-2003-2004-2005-ci illərin 01 təsərüfatbaşına kitabının 14 saylı təsərrüfatı X3 adına olmaqla təsərrüfatında X12(ailə başçısı), X5 (həyat yoldaşı), X19 adının üstündən xətt çəkilmiş 07 yanvar 2004-cü ildə vəfat etməsi göstərilmişdir, X20 və X8 olması göstərilmişdir. İş materiallarında olan Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən verilmiş 30 oktyabr 1984-cü il tarixli 254970 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 30 sentyabr 1984-cü il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində anadan olmuşdur. İş materiallarında olan Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən verilmiş 31 oktyabr 1983-cü il tarixli 327774 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X11 arasındakı nikah 31 oktyabr 1983-cü il tarixdə 33 saylı akt ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 30 sentyabr 1984-cü ildə anadan olmuş X7 07 yanvar 2004-cü ildə Ağdaş rayonunun Qolqəti kəndində yaşadığı ünvanda vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. əli Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30 sentyabr 1984-cü ildə anadan olmuş X7 07 yanvar 2004-cü ildə Ağdaş rayonunun Qolqəti kəndində yaşadığı ünvanda ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X7 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1666/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1666/2025
07.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver