Məhkəmə qərarları › İş №2(014)-1683/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1683/2023

30.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1683/2023 30.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 ərizəçinin bacısıdır. X2 08 dekabr *967-ci il tarixdə Ağdaş şəhərində doğulmuşdur. X2 22 noyabr 2022-ci il tarixdə Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev * ünvanında kəskin miokard infarktı səbəbindən ölmüşdür. X6 öldüyü günədək Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev * ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamışdır. X3 şəhəri, M.İsayev küçəsində yerləşən qəbiristanlığında qonşuların və qohumlarının iştirakı ilə dəfn edilmiş, eyni zamanda yas mərasimində də qonşular və qohumlar iştirak etmişlər. Ərizəçi mərhum bacısının ölüm haqqında şəhadətnaməsinin bu günədək almamışdır. Belə ki, o, mərhum bacısı ilə birlikdə yaşamışlar və ikisi də evlənməmişdir. Bacısının ölümündən sonra o, evdə tək qalmış və depressiyaya düşmüşdür. Həmin vaxtlarda yadına heçnə düşmürdü. Başı bacısının yas mərasimlərinə qarışdığından və sonrada qeyd etdiyi hallara görə ölüm haqqında şəhadətnaməni vaxtında ala bilməmişdir. Eyni zamanda savadsız olduğundan ölüm haqqında şəhadətnamənin alınma müddəti barədə də məlumatı olmamışdır. Sonradan mərhum X2nın 22.**.2022-ci il tarixdə ölməsi barədə “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə ərizə ilə müraciət etmişdir. Lakin “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs bacısının ölümündən uzun müddət keçdiyi üçün qeydiyyata alınmasının olmadığını bildirmiş, daha sonra bacısının 22.**.2022-ci il tarixdə ölüm qeydini aparılması ilə bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və qeydiyyat şöbəsi də bacısının ölmünün qeydə alınmasından imtina etmişdir. Hər iki qurum ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Odur ki, hazırda bacısının ölümünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunan faktın müəyyən edilməsi ona vərəsəlik hüququnun əmələ gəlməsi və digər hallar ilə əlaqədar lazımdır. Göstərilənlərə əsasən mərhum X5 22 noyabr 2022-ci il tarixdə Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev * ünvanında kəskin miokard infarktından ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid* ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin bacısı mərhum X3 şəhər Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbdə işləyib. Ərizəçi mərhum bacısı ilə birlikdə yaşayıb və 22 noyabr 2022-ci ildə xəstəliyi səbəbindən ölmüşdür. Həmin vaxt qohumlarında yas mərasimi olduğundan Aidə Səmədovanın dəfnində iştirak etməmiş, lakin yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərmişdir ki, ərizəçini tanıyır. Ərizəçinin heç vaxt evlənməmişdir. Mərhum X2 ilə birlikdə yaşamışdır. Sonradan ərizəçinin bacısı Səidənin xəstə olduğunu və 2022-ci ilin noybar ayında öldüyünü eşitmişdir. Həmin vaxt qardaşı öldüyündən Səidənin dəfn və yas mərasimlərində iştirak etməmişdir. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-*6-5/8-833 №-li, 26 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşin materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən Ərizəçi ünvanlanmış *8-*-22/2-3-570-xx-xx/2023 №-li, 2* sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, vətəndaşın ölümündən uzun müddət keçdiyi üçün tərəflərindən ölüm qeydiyyata alına bilmir və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşin materiallarında olan xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Ağdaş Bələdiyyəsi tərəfindən verilmiş 334 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum X2 08.*2.*967-ci il tarixdə doğulmuş, 22.**.2022-ci il tarixdə ölmüşdür. Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən şəhər qəbiristanlığında dəfn edilmişdir. İşin materiallarında olan 22 dekabr *967-ci il tarixdə Ağdaş rayon VVAQ bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi 08 dekabr *967-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası X7, anası X4r. İşin materiallarında olan *3 mart *963-cü il tarixdə Ağdaş rayon VVAQ bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi 3 dekabr *962-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası X7, anası X4r. İşin materiallarında olan * ədəd fotoşəkildən görünür ki, mərhum X*, adı, atasının adı, doğum və ölüm tarixi əks edilmiş qəbir mövcuddur. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin X2 22 noyabr 2022-ci il tarixdə ölmüş və Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən qəbiristanlığında dəfn edilmiş, lakin ərizəçi bacısının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi bacısının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi X2nın 22 noyabr 2022-ci il tarixdə Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev * ünvanında ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.* və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi bacısı, 08 dekabr *967-ci il tarixdə Ağdaş şəhərində doğulmuş X5 22 noyabr 2022-ci il tarixdə Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev * ünvanında ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar