Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1691/2022 16.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi X5 *936-ci ildə Ağdaş rayonunun Gürcüva kəndində anadan olmuş, 30 mart 2022-ci ildə isə vəfat etmişdir. X5 vəfat etdiyi günədək Ağdaş rayonunun Gürcüva kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamışdır. Ərizəçinin ulu babasının adı Məcid olmuşdur. Babası isə X8 olmuşdur. O və digər bacı və qardaşları İbrahimov soyadını daşıyırlar. Mərhum atası babasının adı ilə Məcidov soyadını daşımışdır. Ağdaş rayonunun Gürcüva kəndində atası və ulu babasından başqa Məcid və Məlik adlı şəxslər olmamışdır. X5 el qaydasında Ağdaş rayonu Gürcüva kənd qəbiristanlığında qonşuların və qohum-əqrəbaların iştirakları ilə dəfn edilmiş, eyni zamanda yas mərasimində də qonşular və qohum-əqraba iştirak etmişlər. Həmin vaxtlar atasının ölümü haqqında şəhadətnaməni ala bilməmişdir. Atası vəfat edən vaxtlarda ruhi xəstə olan bacısı X9 qorxmuş və qorxudan xəstəliyi daha da ağırlaşmışdır. Onun bacısına başı qarışdığından onun ölümü haqqında şəhadətnaməni vaxtında ala bilməmişdir. Eyni zamanda ölüm haqqında şəhadətnamənin alınma müddəti barədə də məlumatı olmamışdır. Sonradan mərhum X5nun xx.xx.2022-ci il tarixdə ölməsi barədə X*9 “Ağdaş Rayon Mərkəzi Xəstəxanası”na ərizə ilə müraciət etmişdir. Lakin “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X*9 atasının ölümündən uzun müddət keçdiyi üçün qeydiyyata alınmasının mümkün olmadğını bildirmiş, daha sonra X5nun xx.xx.2022-ci il tarixdə ölüm qeydinin aparılması ilə bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və Qeydiyyat şöbəsi də X5nun ölümü haqqında Maraqlı şəxsndə qeydiyyat aparılmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Hər iki qurum ölüm faktının müyyən ediməsi üçün məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Hazırda X5nun ölümünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunan faktın müəyyən edilməsi ona vərəsəlik hüququmun əmələ gəlməsi ilə əlaqədar lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X* ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin X5 30 mart 2022-ci il tarixdə vəfat etmişdir. Ağdaş rayon Gürcüva kənd qəbiristanlıqında dəfn edilmişdir. Yas mərasimində və dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, ərizəçi onun iş yoldaşıdır. Onlar Ağdaş Rayon Mərkəzi Xəstəxanası X*9də işləyirlər. Ərizəçinin X5 30 mart 2022-ci il tarixdə vəfat etmişdir. O işlədiyi kollektivlə birlikdə yas mərasimində iştirak etmişdir. İşin materiallarında olan Ağdaş rayon Qaradağlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2022-ci il tarixli, AZ-İV № 75309* saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx xxx *968-cü il tarixdə Ağdaş rayonunun Gürcüva kəndində anadan olmuş, X5, anası isə X2r. İşin materiallarında olan Ağdaş rayon Qaradağlı kənd soveti tərəfindən verilmiş *6 noyabr *964-cü il tarixli, İ-İE № 438955 saylı evlənmək haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X*2 ilə X4 *6 noyabr *964-cü il tarixdə 20 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış *038 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ağdaş rayon Gürcüva bələdiyyəsi tərəfindən verilmiş 65 №-li, *6.**.2022-ci il tarixli arayışdan görünür ki, vəfat etmiş X3 rayon Gürcüva kənd qəbiristanlıqında dəfn edilmişdir. İşin materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X*9 tərəfindən verilmiş *8 may 2022-ci il tarixli, 652 saylı arayışdan görünür ki, X*0 ölümündən uzun müddət keçdiyi üçün qeydiyyata alına bilmir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin X5 30 mart 2022-ci il tarixdə vəfat etmiş və Ağdaş rayon Gürcüva kənd qəbiristanlıqında dəfn edilmiş, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi X5nun 30 mart 2022-ci il tarixdə Ağdaş rayonunun Gürcuva kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.* və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Ərizəçi X5nun 30 mart 2022-ci il tarixdə Ağdaş rayonunun Gürcuva kəndində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1691/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1691/2022
16.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver