Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1768/2023 20.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.*962-ci ildə Ağdaş şəhərində doğulmuşdur. Hal-hazırda da Ağdaş şəhəri, Vaqif küçəsi *47 ünvanında yaşayır. X4 və X5 olmuşdur. X5 **.09.*93*-ci ildə doğulmuş, *5.06.2007-ci il tarixdə Rusiya Federasiyanın Nijniy Novqorod şəhərində ölmüşdür. Bundan sonra X* nəşi Rusiya Federasiyanın Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza bürosunun arayışına əsasən Rusiya Federasiyanın Nijniy Novqorod şəhərindən Azərbaycan Respublikasının Ağdaş şəhərinə gətirilərək Ağdaş şəhəri *8 saylı Tikinti idarəsinin qəbirstanlığında dəfn edilmişdir və qəbirin yeri məlumdur. Maraqlı şəxsnə gedərək X* ölüm haqqında şəhadətnaməsini alamaq istəmiş, lakin ala bilməmişdir. Ərizəyə əlavə edilmiş A3 seriyalı *52852 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi X4, X5 olmuşdur. Maraqlı şəxs tərəfindən X7 ölüm haqqında şəhadətnaməsi verilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyisi bildirilmişdir. Maraqlı şəxs 06.07 2023-cü il tarixli, 56* nömrəli məktubu ərizəyə əlavə edilmişdir. X* *5 iyun 2007-ci il tarixdə ölməsi faktını şahidlər də təsdiq edə bilər. Qeyd olunan ölümün qeyd edilmə faktının müəyyən edilməsi ona vərəsəlik işi ilə əlaqədar lazımdır. Göstərilənlərə əsasən **.09.*93*-ci il tarixdə doğulmuş X7 *5 iyun 2007-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək **.09.*93*-ci il tarixdə Ağdaş rayonunda doğulmuş X7 *5 iyun 2007-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid* ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. X5 *5 iyun 2007-ci il tarixdə Rusiyada ölmüş, nəşi Azərbaycana gətirilərək *5 iyul 2007-ci il tarixdə Ağdaş şəhərində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərmişdir ki, ərizəçi onun bacısıdır. Anası X2 qardaşı ilə Rusiyada yaşayırdılar. Mərhum anası *5 iyun 2007-ci il tarixdə Rusiyada ölmüş, nəşi Azərbaycana gətirdikdən sonra Ağdaş şəhərində dəfn edilmişdir. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 56* №-li, 06 iyul 2023-cü il tarixli məktubdan görünür ki, **.09.*93*-ci il tarixdə doğulmuş Ağdaş rayonunda X7 ölümünün qeydə alınması üçün zəruri olan ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşin materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən Ərizəçi ünvanlanmış *8-*-22/2-Ə-6*0-xx-xx/2023 №-li, *8 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, vətəndaşın ölümündən uzun müddət keçdiyi üçün tərəflərindən ölüm qeydiyyata alına bilmir və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşin materiallarında olan 28 fevral *962-ci il tarixdə Xaldan rayon Zaks bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X*0 ** sentyabr *93*-ci il tarixdə Xaldan rayonunda doğulmuş, atası X8, anası X6r. İşin materiallarında olan Rusiya Federasiyası Nijeqorod Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza Bürosu tərəfindən verilmiş *5 iyun 2007-ci il tarixli, 2205 nömrəli arayışdan görünür ki, *93*-ci il təvəllüdlü X*0 *5 iyun 2007-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan 20 iyun 2023-cü il tarixdə Ağdaş rayon Ağdaş Bələdiyyəsi tərəfindən verilmiş *85 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum X5 **.09.*93*-ci il tarixdə doğulmuş, *5.06.2007-ci il tarixdə ölmüşdür. Ağdaş şəhəri *8 saylı Tikinti idarəsinin qəbiristanlığında dəfn edilmişdir. İşin materiallarında olan * ədəd fotoşəkildən görünür ki, mərhum X3, adı, atasının adı, doğum və ölüm tarixi əks edilmiş qəbir mövcuddur. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin anası, **.09.*93*-ci il tarixdə Ağdaş rayonunda doğulmuş X*0 *5 iyun 2007-ci il tarixdə ölmüş və Ağdaş şəhəri *8 saylı Tikinti idarəsinin qəbiristanlığında dəfn edilmiş, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi anasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi anası, **.09.*93*-ci il tarixdə Ağdaş rayonunda doğulmuş X7 *5 iyun 2007-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.* və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi anası, **.09.*93*-ci il tarixdə Ağdaş rayonunda doğulmuş X7 *5 iyun 2007-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1768/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1768/2023
20.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver