Məhkəmə qərarları › İş №2(014)-178/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-178/2023

18.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-178/2023 18.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı “Ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı “Ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri X2 *2 avqust *976-cı ildə ailə həyatı qurmuşlar. Mərhum əri X2 *0 avqust *954-cü ildə anadan olmuşdur. Mərhum əri 0* iyun 20*7-ci il tarixdə Beyninə qan sızması nəticəsində vəfat edib. Mərhum ərini Ağdaş rayon Ağzıbir kənd qəbiristanlığında 0* iyun 20*7-ci il tarixdə dəfn etmişlər. Lakin ona müəyyən səbəblərdən ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda mərhum ər X* ölümün təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından ölüm şəhadətnaməsini almaq mümkün olmamışdır. Ona səbəbdən də mərhum ərinin ölmün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Qeyd olunan ölümün qeyd edilmə faktının müəyyən edilməsi ona vərəsəlik hüququnun əmələ gəlməsi ilə əlaqdar lazımdır. Ağdaş rayon Azğıbir Bələdiyyəsinin *57 saylı arayışlarında öz əksini tapmışdır. Buna görə də Ağdaş rayon Ağzıbir kəndində yaşamış *0 avqust *954-cü ildə anadan olmuş X* beyninə qan sızması nəticəsində 0* iyun 20*7-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.6-cı maddəsinə əsaslanaraq iş üzrə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, mərhum Nəriman Zamanov atasıdır. Atası 0* iyun 20*7-ci ildə vəfat edib və 0* iyun 20*7-ci il tarixdə Ağdaş rayon Ağzıbir kənd qəbiristanlığında dəfn edilmişdir. İş üzrə şahid X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, mərhum Nəriman Zamanovla həmkəndli olub. Nəriman Zamanov 0* iyun 220*7-ci ildə vəfat edib və yaşadıqları Ağdaş rayon Ağzıbir kənd qəbiristanlığında da dəfn edilib. İş materialları ilə müəyyən edilir ki, X2 *0 avqust *954-cü ildə Ağdaş rayonu, Ağzıbir kəndində anadan olub. X2 Ərizəçi əridir. X2 0* iyun 20*7-ci il tarixdə vəfat etmiş və Ağdaş rayon Ağzıbir kənd qəbiristanlığında dəfn edilmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ailə Məcəlləsinin *93.*-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin *93.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *0 avqust *954-cü ildə Ağdaş rayonu, Ağzıbir kəndində anadan olmuş X* 0* iyun 20*7-ci ildə Ağdaş rayonu, Ağzıbir kəndində “Beynə qansızma” nəticəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar