Məhkəmə qərarları › İş №2(014)-1783/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1783/2025

09.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1783/2025 09.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi XX.XX.1903-cü ildə anadan olmuş X2 10 iyul 1976-cı il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək bildirdi ki, X7 onun anasının anası, yəni nənəsi olmaqla XX.XX.1903-cü il tarixdə Ucar rayonu Ramal kəndinə anadan olmuşdur. O, 10 iyul 1976-cı il tarixdə Gəncə şəhərində müalicə olunduqdan sonra xəstəxanada ölmüş, daha sonra elə Gəncə şəhərində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Hazırda vərəsəlik işi ilə əlaqədar sənədlər toplanarkən nənəsinin ölümünü qeydə aldırmadıqları aşkar edilmişdir. Bundan sonra Maraqlı şəxsnə müraciət edib XX.XX.1903-cü il tarixdə Ucar rayonu Ramal kəndinə anadan olmuş nənəsi X2 10 iyul 1976-cı il tarixdə Gəncə şəhərində vəfat etməsini qeydə aldırmaq istəyəndə ölümün qeydə alınmasından imtina edilmişdir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, ərizəsinin təmin olunmasını, nənəsi X2 10 iyul 1976-cı il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsndən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda işə şöbənin əməkdaşının iştirakı olmadan baxılması və iş üzrə müvafiq qərar qəbul olunması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, X7 onun qonşusu Suriyə Məmmədovanın anası olmuş, Gülarə 1975-1976-cı illərə qədər qızının evin gedib-gəlmiş, yaşamış, sonradan xəstəlik səbəbindən Gəncəyə aparmışlar. Bir müddətdən sonra onun orada ölməsi və Gəncə şəhər qəbirstanlığında dəfn olması xəbərini eşitmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AЗ 442026 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxx 1963-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş, anası X3r. İş materiallarında olan İ-ИЕ 339719 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 1938-ci ildə anadan olmuş, anası X4r. AZ 088423 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. xx.xx.2017-ci il tarixli, 106 nömrəli Ucar rayonu İcra Hakimiyyəti Başçısının Əlikənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Ucar rayonu Ramal kənd sakini olmuş X1 ağsaqqallarının deməsinə görə 1976-cı ilin iyul ayında vəfat etmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, XX.XX.1903-cü ildə Ucar rayonu Ramal kəndinə anadan olmuş X2 ölümünü təsdiq edən sənədin olmaması nəzərə alınaraq, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ərizəçinin nənəsinin, XX.XX.1903-cü ildə Ucar rayonu Ramal kəndinə anadan olmuş X2 10 iyul 1976-cı il tarixdə Gəncə şəhərində vəfat etməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, XX.XX.1903-cü ildə Ucar rayonu Ramal kəndinə anadan olmuş X2 10 iyul 1976-cı il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. XX.XX.1903-cü ildə Ucar rayonu Ramal kəndinə anadan olmuş X2 10 iyul 1976-cı il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar