Məhkəmə qərarları › İş №2(014)-1859/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1859/2025

05.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1859/2025 05.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16 iyun 1973-cü ildə Ağdaş rayonu, Pirəyir kəndində doğulmuş oğlu X3 21 yanvar 2015-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum övladı X4 21 yanvar 2015-ci il tarixdə xərçəng xəstəliyindən ölmüş və Ağdaş rayonu, Cücük kənd qəbrsanlığında dəfn edilmişdir. Müəyyən səbəblərdən övladının ölümünə dair şəhadətnamə almamışdır. Oğlunun ölümü ilə bağlı Ağdaş bələdiyyəsindən 09 sentyabr 2025-ci il tarixli arayış almışdır. Belə ki, övladının ölümünün qeyd edilmə faktı ona vərəsəlik işi ilə əlaqədar lazım olduğundan onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, mərhum X4 onun oğludur. Oğlu öz yaşadığı evində 21 yanvar 2015-ci il tarixdə ölmüş və Ağdaş rayonu, Cücük kəndi qəbirstanlığında dəfn edilmişdir. Lakin yas mərasiminə başı qarışdığından oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Onun yaşadığı ev atasının adına olduğundan və buna dair vərəsəlik işi açdırmaq istəyən zaman oğlunun ölüm haqqında şəhadətnaməsi tələb edilmiş, lakin qeyd edilən şəhadətnamə olmadığından ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, qeyd olunanların nəzərə alınıb ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs rəisi Teymur Mustafayev məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının Qeydiyyat şöbəsinin əməkdaşının iştirakı olmadan baxılmasını və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, Ərizəçi onun bacısının əridir. Sabir Ukraynadan gəldikdən sonra ölmüş və Cücük kənd qəbiristanlığında dəfn edilmişdir. Onun dəfnində və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadə verərək bildirdi ki, Ərizəçi tanıyır. Onun oğlu Sabir xərçəng xəstəliyindən 21 yanvar 2015-ci il tarixdə ölmüş və Pirəyir kənd qəbiristanlığında dəfn edilmişdir. Onun dəfnində və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadə verərək bildirdi ki, X4 ilə qonşu olmuşlar. Sabir xərçəng xəstəliyindən ölmüşdür. Onun dəfnində və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək bildirdi ki, Ərizəçi onun əmisi, mərhum Sabir isə əmisi oğlu olmuşdur. Sabir xərçəng xəstəliyindən əziyyət çəkmiş, son dövlər isə yataq xəstəsi olmuş və 21 iyun 2015-ci il tarixdə ölmüşdür. Onun dəfnində və yas mərasimində iştirak etmişdir. Sabir Cücük kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Maraqlı şəxs tərəfindən 19 avqust 2025-ci il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, X4 16 iyun 1973-cü il tarixdə Ağdaş rayonu, Pirəyir kəndində doğulmuş, atası Ərizəçi Qnyaz oğlu, anası X2r. Ağdaş rayon Polis Şöbəsi tərəfindən 16 iyun 2011-ci il tarixdə verilmiş AZE № 08771423 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 16 iyun 1973-cü il tarixdə Ağdaş rayonu, Pirəyir kəndində doğulmuşdur. “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 29 avqust 2025-ci il tarixli məktubdan görünür ki, X3 ölümündən uzun müddət keçdiyi üçün tərəflərindən ölüm qeydiyyata alına bilmir və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-939/25 saylı, 19 avqust 2025-ci il tarixli məktubdan görünür ki, X3 ölümünü təsdiq edən sənəd olmadığından ölümün dövlət qeydiyyatına alınması Qeydiyyat şöbəsi tərəfindən mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ağdaş rayon İcra Hakimiyyəti başçısının Gürcuva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32-12/2-152/2025 saylı, 19 avqust 2025-ci il tarixli arayışdan görünür ki, mərhum X1 şəhəri, Heydər Əliyev prospekti, dalan 1, ev 16 ünvanında yaşayıb, 21 yanvar 2015-ci il tarixdə ölmüş və ünvan 4ında dəfn edilmişdir. Ağdaş rayon Ağdaş bələdiyyəsi tərəfindən verilmiş 291 saylı, 09 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, mərhum X4 16 iyun 1973-cü il tarixdə doğulmuş, 21 yanvar 2015-ci ildə ölmüş və ünvan 4ında dəfn edilmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 16 iyun 1973-cü il tarixdə Ağdaş rayonu, Pirəyir kəndində doğulmuş X3 21 yanvar 2015-ci il tarixdə ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı "ölüm faktının müəyyən olunması" tələbinə dair ərizəsi təmin edilsin. 16 iyun 1973-cü ildə Ağdaş rayonu, Pirəyir kəndində doğulmuş X3 21 yanvar 2015ci il tarixdə ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X3 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar