Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-198/2024 08.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi, Maraqlı şəxs2 rəisi X5 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs2nə və Ağdaş şəhər Qeydiyyat şöbəsinə qarşı “ölümün qeyd edilmə faktın müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "ölümün qeyd edilmə faktın müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 27 fevral *998-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş X8 **.*3.*998-ci ildə Ağdaş rayonunun Şıxlı kəndində vəfat etməsi faktının müəyyən edilməsinə və ölümünün maraqlı orqan Maraqlı şəxs2ndə qeydə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, O, 2* dekabr *99*-ci ildə Əliyeva (Rəhimova) Tahirə Məcid qızı ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 27 fevral *998-ci ildə “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” public hüquqi şəxsdə (keçmiş Mingəçevir şəhər Mərkəzi Xəstəxanası) anadan olmuş və övladı X*4 ** mart *998-ci il tarixədək Mingəçevir şəhər №ana və uşaq” Müalicə Sağlamlıq Mərkəzinin Reanimasiya şöbəsində müayinə və müalicə olunsa da, həmin tarixdə yəni ** mart *998-ci ildə vəfat etmişdir və Ağdaş rayonunun Şıxlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Mərhum uşağının adına Maraqlı şəxs2 tərəfindən doğum haqqında şəhadətnamə verilsə də, müəyyən səbəblərdən mərhumun adına ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda mərhum uşağının ölümünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından adına ölüm haqqında şəhadətnamə almaq mümkün deyildir. Ona görə də mərhum övladı X8 ölümünün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Belə ki, o mərhum övladının adına ölüm haqqında şəhadətnamə verilməsi xahişi ilə Maraqlı şəxs2nə müraciət etmişdir. Maraqlı şəxs Mingəçevir Qeydiyyat şövəsi 3-*65/7-R-*5-79-23 saylı, *7 noyabr 2*23-cü il tarixli məktubu ilə bildirmişdir ki, ölüm faktının təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə mörhumun ölümünün qeydə alınmasının mümkün olmadığını bildirilmiş, mübahisənin həlli məqsədi ilə aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Mərhum oğlunun ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə dair ərizə ilə “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” public hüquqi şəxsə müraciət etmişdir. “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” public hüquqi şəxs 2* noyabr 2*23-cü il tarixli, *8- *6*/3-294/2*23 saylı arayışı ilə bildirilmişdir ki, Mingəçevir şəhəri, 2* Yanvar küçəsi, ev-35, mənzil-38 ünvanında qeydiyyatda olan 27.*2.*998-ci il təvəllüdlü X*4 *6.*3.*998-ci il tarixdən **.*3.*998-ci il tarixədək Mingəçevir Şəhər “ana və uşaq” Müalicə Sağlamlıq Mərkəzinin Reanimasiya şöbəsində müayinə və müalicə olunmuşdur. Göründüyü kimi o mərhum oğlunun qeyd edilən tarixdə vəfat etməsi təsdiq edən sənədləri başqa formada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburtiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək bildirdi ki, X*4 onun oğludur. Oğlu 27 fevral *998-ci il tarixdə Mingəçevir şəhər uşaq xəstəxanasında doğulmuş və 3-4 gün xəstəxanada qaldıqda sonra evə göndərilmişdir. Lakin uşağın səhhətində problemlər olduğundan uşağı Mingəçevir şəhər uşaq xəstəxanasına aparmışlar. Uşaq orada 2-3 gün müalicə aldıqdan sonra ** mart *998-ci il tarixdə həmin xəstəxanada ölmüşdür. Həmin vaxt anlayışı olmadığından uşağın ölməsinə dair sənəd almamışdır.Oğlunun ölümünə dair sənəd almaq üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona ölmün qeydiyyata alınmasına dair imtina məktubu verilərək məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hazırda kiçik oğlu Nicatın işə düzəlməsi üçün oğlu Sərxanın ölüm haqqında şəhadətaməsi lazım olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin Maraqlı şəxs2 nümayəndəsi X** ərizəçinin **.*3.*998-ci ildə vəfat etmiş oğlu X8 (27.*2.*998-ci il təvəllüdlü) ölümü haqqında şəhadətnamənin istənilməsi ilə bağlı Maraqlı şəxs2nə daxil olmuş ərizəsinə baxılmışdır. Bildirilir ki, **.**.*998 – 3*.*2.2***-ci illər üzrə Maraqlı şəxs2 akt qeydləri arxivində, həmçinin “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində *7.**.2*23-cü il tarixədək yoxlama aparılarkən oğlunuz X8 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmadı. Göstərilənlərlə əlaqədar izah edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2**3-cü il tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, o, ərizəçinin qonşusudur, evlərinin arasında bir çəpər var. 35-38 ildir ki ərizəçinin qonşuluğuna gəlin köçmüşdür. Sahilin 2-ci uşağı olduqdn sonar uşaq xəstələnmiş, xəstəxanaya aparmışlar, Mingəçevirdə yerləşən xəstəxanada uşaq dünyasını dəyişmişdir. Daha sonar Sahil və arvadı uşağı xəstəxanadan evə gətirmiş, Sahilin anası uşağı yuyub kəfənləmişdir. O, həmin anı görmüşdür. Daha sonar uşağı Ağdaş rayon Şıxlı kəndində dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, ərizəçi onun qonşusudur. O, *987-ci ildə kəndə gəlin köçmüşdür. Sahil kişinin 3 uşağı olmuş, təxminən *998-ci ildə Sahilin 2-ci uşağı Mingəçevirdə xəstəxanada xəstəlikdən dünyasını dəyişmişdir. Uşağın rəhmətə getdiyini eşidən kimi yas həyətinə getmişdir. Onlar yas həyətinə getdikdə mərhumun kəfənləndiyini görmüşdür. Daha sonar Sərxan Ağdaş rayon Şıxlı kəndində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*5 bildirdi ki, o, ərizəçinin kəndçisidir. Evlərinin arasında 5** metr məsafə var. Sahilin 2ci oğlan övladı doğulduqdan bir neçə gün sonra vəfat etmişdir. Sahilin oğlu *998-ci ildə rəhmətə getmişdir. Onun işi qəbir qazmaqdır, uşaq dəfn olunacağı gün o, balaca qəbir qazmış və ağ kəfənə bürünmüş uşaq cəsədini o, özü qəbirə qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*2 bildirdi ki, 2-ci oğlu Sərxan Mingəçevir şəhərində doğum evində təbii yolla andan olmuşdur. Evə gətirəndən sonra uşaq bir neçə gün yaşamış, lakin xəstələndiyindən uşağı xəstəxanaya yerləşdirmişlər. Ümumilikdə Sərxan *2 gün yaşamış, sonra xəstəxanada ölmüşdür və Ağdaş rayon Şıxlı kəndində dəfn edilmişdir. İş materiallarında olan Ağdaş rayon Mürsəl bələdiyyəsinin *4 dekabr 2*23-cü il tarixli 2** nömrəli arayışından görünür ki, X*4 27 fevral *998-ci ildə Mingəçevir şəhərində andan olmuş, doğulduğu gündən on iki gün sonra, ** mart *998-ci il tarixində vəfat etmişdir. Kənd sakinləri X*2, X*, X6 və X3 iştrakları ilə Ağdaş rayon Şıxlı kənd qəbristanlığında dəfn edilmişdir. Hal-hazırda həmin qəbiristanlıqda qəbrin üzərində heç bir tanıdıcı lövhə yoxdur. Dəfndən sonra ölüm şəhadətnaməsi qeydə alınmamışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 noyabr 2*23-cü il tarixli, 5-32-*2/2- 487/2*23 nömrəli arayışdan görünür ki, xx.xx.*965-ci ildə Ağdaş rayon Şıxlı kəndində andan olmuş Ərizəçi öndan ötrü ki, o həqiqətən Ağdaş rayonu Şıxlı kəndində qeydiyyatdadır, yaşayır və ailə tərkibi aşağıdakı kimidir. X2 - 3*.*8.*96*-cı il təvəllüdlü, oğlu X*6 - *5.**.*992-ci il təvəllüdlü, oğlu X*7 – *9.*2.2**2-ci il təvəllüdlüdür. İş materiallarında olan Maraqlı şəxs2 tərəfindən verilmiş *7 noyabr 2*23-cü il tarixli 3-*6-5/7-R-*5-79/23 saylı məktubundan görünür ki, X** ölüm haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi bildirilərək imtina cavabı verilmişdir. İş materiallarında olan Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının 2* noyabr 2*23-cü il tarixli, *8-*-6*/3-294/2*23 saylı arayışdan görünür ki, Mingəşevir şəhəri, 2* Yanvar keçəsi, ev-35, mənzil-38 ünvanında qeydiyyatda olan, 27.*2.*998-ci il təvəllüdlü X** ondan ötəri ki, həqiqətən o, *6.*3.*998-ci il tarixdən **.*3.*998-ci il tarixə kimi Mingəçevir şəhər “Ana və uşaq” Müalicə Sağlamlıq Mərkəzinin Reanimasiya şöbəsində müayinə və müalicədə olmuşdur. İş materiallarında olan doğum hqqında şəhadətnamənin surətindən görünür ki, X*4 27 noyabr *998-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. İş materiallarında olan * ədəd fotoşəkildən görünür ki, X8 qəbir qəbirin üzərində heç bir tanıdıcı lövhə yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.2 və 3*7.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*7.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 27 fevral *998-ci ildə Mingəçevir şəhərində anadan olmuş X*4 ** mart *998-ci ildə vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2**3-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-22*-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 fevral *998-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş X8 ** mart *998-ci il tarixdə ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X8 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-198/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-198/2024
08.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver