Məhkəmə qərarları › İş №2(014)-2/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2/2024

17.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2/2024 17.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılma, torpaq sahəsindən istifadələrinə yaradılan süni maneələrin aradan qaldırılması və torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılma, torpaq sahəsindən istifadələrinə yaradılan süni maneələrin aradan qaldırılması və torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində olan Ağdaş rayonu, Xınaxlı kəndində yerləşən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 0,359 ha və ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 0,8197 ha sahəsi var. Həmin torpaq sahələri Zərdab rayonu, Yuxarı Seyidlər kənd sakinləri Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 özbaşına zəbt edərək özləri istifadə edirlər. Torpaq sahələrinə görə torpaq vergisini hər il ödəyir, lakin buna baxmayaraq həmin torpaq sahələrinin mülkiyətçisi kimi həmin torpaq sahələrindən təyinatı üzrə istifadə edə bilmir. Belə ki, cavabdehlər ona məxsus həmin torpaq sahəsinə buraxmırlar və özləri əkib- becərirlər. Bununla da, cavabdehlər qanunsuz hərəkətləri ilə mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə süni maneələr yaradırlar. Cavabdehlərdən dəfələrlə özbaşına zəbt edərək istifadə etdikləri torpaq sahələrindən könüllü çıxmaları barədə və torpaq sahələrindən istəklərinə uyğun istifadəyə törətdikləri qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş və tələb etsə də, onlar, torpaq sahələrindən könüllü çıxmaq istəmirlər. Cavabdehlər mülkiyyətlərində olan həmin torpaq sahələrini özbaşına tutaraq istifadə etməklə mülkiyyətçi kimi qanunla qorunan hüquqlarını pozur, qeyd etdiyim özbaşına və qanunsuz hərəkətləri bu gün də davam etdirirlər. Ona görə də onlara qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən İddiaçı mülkiyyətində olan Ağdaş rayonu, Xınaxlı kəndində yerləşən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 0,359 ha və ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 0,8197 ha torpaq sahələrindən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılmalarına, həmin torpaq sahəsindən istifadələrinə yaradılan süni maneələrin aradan qaldırılmasına və həmin torpaq sahələri ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında iddianı qəbul etmədiklərini, Zərdab rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 21 yanvar tarixli qərarı ilə və JN-0004 kod 90504028 №-li torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı əsasında ona Zərdab rayonu, Yuxarı Seyidlər kəndində 0,75 ha torpaq sahəsinin, Zərdab rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 21 yanvar tarixli qərarı ilə və JN-0003 kod 90504028 №-li torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı əsasında ona və ailə üzvlərinə Zərdab rayonu, Yuxarı Seyidlər kəndində 5,36 ha torpaq sahəsinin verildiyini, mütəxəssislər tərəfindən torpaq sahəsinin koordinatlarının müəyyən edilərək onlara təhvil verildiyini, torpaq sahələrindən onun koordinatlarına uyğun istifadə edildiyini, onların iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiklərini, istifadələrində olan torpaq sahələrinin özlərinə məxsus olduğunu, dəfərlərlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin mübahisə predmeti olan torpaq sahələrinin Zərdab rayonuna aid olduğunun bildirildiyini, buna görə də iddiaçının iddiasının əsassız olduğunu bildirərək iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək izahatında iddianı qəbul etmədiklərini, Zərdab rayonu Aqrar İslahat Komissiyasının 21 yanvar 1998-ci il tarixli qərarı ilə və torpağın mülkiyyətə verilməsinə dair JN-0002 kod 90504028 №-li Dövlət Aktı əsasında Zərdab rayonu, Yuxarı Seyidlər kəndində yerləşən 5,86 hektar torpaq sahəsinin əri X7 və ailə üzvlərinin mülkiyyətinə verildiyini, sonradan onun və ailə üzvlərinin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən ******* №-li və ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Ççıxarış verildiyini, torpaq sahəsinin koordinatlarının müəyyən edilərək onlara təhvil verildiyinir, torpaq sahəsindən onun koordinatlarına uyğun istifadə etdiklərini, heç bir şəxsin torpaq sahəsini zəbt etmədiklərini, mülkiyətlərində olan torpaq sahəsinin Zərdab rayonuna aid olduğunu, iddiaçının iddiasının əsassız olduğunu bildirərək iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında digər Cavabdeh4 özündən əvvəl izahat vermiş Cavabdeh3 izahatı ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Xınaxlı kəndində yerləşən 0,359 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 146 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, A № 716791 torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayonu, Xınaxlı kəndində yerləşən 0,359 ha kənd təsərrüfatı təyinatlı torpaqlar Ağdaş rayon Notariat ofisinin Qanun üzrə vərəsəlik hüququ haqqında 2V-496 nömrəli şəhadətnaməyə əsasən İddiaçı adına rəsmiləşdirilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Xınaxlı kəndində yerləşən 0,8197 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 154 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində xx.xx.2022ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, A № 716612 torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayonu, Xınaxlı kəndində yerləşən 0,8197 ha kənd təsərrüfatı təyinatlı torpaqlar DTXK Ağdaş rayon şöbəsinin Torpağa mülkiyyət hüququna dair xx.xx.1998-ci il tarixli, JN-66B nömrəli Dövlət Aktının, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-402/2022 nömrəli qətnaməsinə əsasən İddiaçı adına rəsmiləşdirilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Zərdab rayonu, Yuxarı Seyidlər kəndində yerləşən 4,4818 ha torpaq sahəsi Cavabdeh2 və ailə üzvləri Cavabdeh1, X8, X9, X3 ümumi birgə mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Zərdab rayonu, Yuxarı Seyidlər kəndində yerləşən 0,8804 ha torpaq sahəsi Cavabdeh2 və ailə üzvləri Cavabdeh1, X8, X9, X3 ümumi birgə mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, A № 771964 torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, Zərdab rayonu, Yuxarı Seyidlər kəndində yerləşən 4,4818 ha kənd təsərrüfatı təyinatlı torpaqlar Zərdab DTXK, Torpağa mülkiyyət hüququna dair xx.xx.1998ci il tarixli, JN-3 nömrəli Dövlət Aktınına əsasən Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İşin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, A № 771965 torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, Zərdab rayonu, Yuxarı Seyidlər kəndində yerləşən 0,8804 ha kənd təsərrüfatı təyinatlı torpaqlar Zərdab DTXK, Torpağa mülkiyyət hüququna dair xx.xx.1998ci il tarixli, JN-3 nömrəli Dövlət Aktınına əsasən Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, Zərdab rayonu, Yuxarı Seyidlər kəndində yerləşən 0,88 ha torpaq sahəsi Cavabdeh3 və X12, X16, X19, Cavabdeh4 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində qeydə alınmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, Zərdab rayonu, Yuxarı Seyidlər kəndində yerləşən 4,98 ha torpaq sahəsi Cavabdeh3 və X12, X16, X19, Cavabdeh4 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində qeydə alınmışdır. İşin materillarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)- 1077/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı, X4, X6, X13 və X2 cavabdehlər Cavabdeh4, Cavabdeh3, X12, X16, X20, Cavabdeh1, X8, X10, X9 və Cavabdeh2 qarşı torpaq sahəsindən məcburi çıxarılma və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması tələbi haqqında iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş xərcin iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 16 dekabr 2022-ci il tarixli, **********54 saylı rəyindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(014)-1338/2022 nömrəli Qərardadında mütəxəssis qarşınında qoyulmuş sualların cavabları aşağıdakı kimidir:  İddiaçı və Cavabdeh1 naturada göstərdikləri torpaq sahələrinin koordinatları, döngə nöqtələri, ölçüsü, konfiqurasiyası müəyyən edilmişdir.  Torpaq sahələrinin sərhədləri sənəd üzrə üst-üstə düşmür.  İddiaçının torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə etmir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tədqiqat obyektinə baxışda iştirakları təmin edilmədiyindən, iddiaçının torpaq sahəsindən istifadəsini müəyyən etmək olmadı.  İddiaçı və cavabdehlərə məxsus olan torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur.  Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 4-cü hissəsinə əsasən yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərin sifarişi ilə aparılır və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən maliyyələşdirilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi təsərrüfat hesablı qurum olmaqla, görülən işlərdən, göstərilən xidmətlərdən, habelə təsərrüfat fəaliyyətinin digər növlərindən əldə edilən gəlirlərdən və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər hesabına maliyələşir. Mülkiyyətçilər torpaq sahələrinə dair hüquqmüəyyənedici və texniki sənədlərin təqdim ediləcəyi təqdirdə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli 02 saylı qərarı ilə təsdiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən göstərilən xidmətlərin tariflərinə uyğun olaraq görüləcək işlərə dair hesablanacaq xidmət haqqı ödənildikdən sonra işin icrası təmin ediləcəkdir.  Torpaq sahələrinin sərhədlərinin naturada tanıdılması zamanı digər torpaq sahiblərinin hüquqları pozulmur.  Hüquqlar pozulmadığı üçün sual üzrə tədqiqat aparılmadı.  İddiaçının iddia etdiyi və cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi 1,20 ha təşkil edir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 fevral 2023-cü il tarixli, 10/647 nömrəli ekpsert rəyindən görünür ki,  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı və Cavabdeh1 naturada göstərdikləri torpaq sahələrinin koordinatları, döngə nöqtələri, ölçüsü, konfiqurasiyası müəyyən edilmişdir. Torpaq sahələrinin sərhədləri sənəd üzrə üst-üstə düşmədiyi müəyyən olunur.  Mütəxəssis rəyinə əsasən, iddiaçının torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə etmir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tədqiqat obyektinə baxışda iştirakları təmin edilmədiyindən, iddiaçının torpaq sahəsindən istifadəsini müəyyən etmək olmadı.  Mütəxəssis rəyinə əsasən, iddiaçı və cavabdehlərə məxsus olan torpaq sahələrinin hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur.  Mütəxəssislər tərəfindən qərardadın bu sualı cavablandırılmadığından həmin sual üzrə tədqiqat aparılmamışdır.  Mütəxəssis rəyinə əsasən, torpaq sahələrinin sərhədlərinin naturada tanıdılması zamanı digər torpaq sahiblərinin hüquqları pozulmur. Hüquqlar pozulmadığı üçün qərardadın yeddinci sualı üzrə tədqiqat aparılmadı.  Mütəxəssis rəyinə əsasən, iddiaçının iddia etdiyi və cavabdehin fakitiki istifadəsində olan torpaq sahəsi 1,20 ha təşkil edir. İşin materiallarında olan Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli, 410 nömrəli mütəxəssis rəyinin surətindən görünür ki, Ağdaş rayonu, Xınaxlı kəndi ərazisində yerləşən mübahisəli torpaq sahəsinə iddiaçıların və cavabdehlərin iştirakı ilə baxış keçirilərək cavabdehlərin istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edildi. Həmin koordinatları Ağdaş rayonu, Xınaxlı kəndi təsərrüfatında aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində yerləşdirildikdə, İddiaçı və ailə üzvlərinin “Torpağa mülkiyyət hüququna dair” JN-0066/4.44 nömrəli Dövlət Aktının 66 B hissəsində göstərilən 0,95 ha torpaq sahəsinin 0,76 ha hissəsi cavabdehlərin istifadə etdiyi torpaq sahəsi ilə, iddiaçı X1 və ailə üzvlərinin “Torpağa mülkiyyət hüququna dair” JN-0065/0.78 nömrəli Dövlət Aktının 65 B hissəsində göstərilən 0,36 ha torpaq sahəsinin 0,27 ha hissəsi cavabdehlərin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli, 3-21-3-35/2-2808/2023 saylı mütəxəssis rəyindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(014)-26/2023 nömrəli Qərardadında mütəxəssis qarşınında qoyulmuş sualların cavabları:  Tədqiq olunan mülki iş materiallarına əlavə edilmiş İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu, Xınaxlı kəndində yerləşən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0,359 ha və 06 06.2022-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0,8197 ha torpaq sahələrinin, Zərdab rayonu, Yuxarı Seyidlər kəndində yarləşən RX seriyalı ******* saylı çıxarışla Cavabdeh3 ümumibirgə mülkiyyətində olan 0,88 ha torpaq sahəsinin Cavabdeh2 ümumibirgə mülkiyyətinə verilmiş, Zərdab rayonu Yuxarı Seyidlər kəndində yefləşən 14.06 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli 0.8804 ha və 14 06 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli 4,4818 ha torpaq sahələrinin DVJ xəritəsinə, dövlət aktına və çıxarışa əsasən koordinatları, döngə nöqtələri, ölçüsü, konfiqurasiyası sənəd və məkan göstəriciləri üzrə müəyyən edilmişdir.  Torpaq sahələrinin sərhədləri koordinatları döngə nöqtələri, ölçüsü, konfiqurasiyası DVJ xəritəsində və torpaqların elektron uçotu xəritəsinə əsasən müəyyən edilməklə orto-foto planda əks etdirilmiş sxem mütəxəssis rəyinə əlavə edilmişdir.  Torpaq sahələrinin faktiki istifadə vəziyyətini tərtib edilmiş yerquruluşu planında göstərilmişdir Xəritələr üzrə müəyyən edilmiş mübahisəli torpaq sahəsi ərazi hüdudları daxilində istifadə edilmir. Ağdaş rayon hüdudları daxilidə yerləşən torpaq sahəsi Zərdab rayonu, Yuxarı Seyidlər kənd sakinləri cavabdehlər tərəfindən istifadə edilir.  Yuxarıda qeyd edilən torpaq sahələri sənəd üzrə üst-üstə düşmür.  İddiaçının mülkiyyətinə verilmiş 1,1787 ha torpaq sahəsi naturada cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən istifadə edilir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7674 nömrəli ekpsert rəyindən görünür ki,  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsininin mühəndisi Fərid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, tədqiq olunan mülki iş materiallarına əlavə edilmiş İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu, Xınaxlı kəndində yerləşən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0,359 ha və 06 06.2022-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0,8197 ha torpaq sahələrinin, Zərdab rayonu, Yuxarı Seyidlər kəndində yarləşən RX seriyalı ******* saylı çıxarışla Cavabdeh3 ümumibirgə mülkiyyətində olan 0,88 ha torpaq sahəsinin Cavabdeh2 ümumibirgə mülkiyyətinə verilmiş, Zərdab rayonu Yuxarı Seyidlər kəndində yefləşən 14.06 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli 0.8804 ha və 14 06 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli 4,4818 ha torpaq sahələrinin DVJ xəritəsinə, dövlət aktına və çıxarışa əsasən koordinatları, döngə nöqtələri, ölçüsü, konfiqurasiyası sənəd və məkan göstəriciləri üzrə müəyyən edilmişdir.  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsininin mühəndisi Fərid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, torpaq sahələrinin sərhədləri koordinatları döngə nöqtələri, ölçüsü, konfiqurasiyası DVJ xəritəsində və torpaqların elektron uçotu xəritəsinə əsasən müəyyən edilməklə orto-foto planda əks etdirilmiş sxem mütəxəssis rəyinə əlavə edilmişdir.  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsininin mühəndisi Fərid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, torpaq sahələrinin faktiki istifadə vəziyyətini tərtib edilmiş yerquruluşu planında göstərilmişdir Xəritələr üzrə müəyyən edilmiş mübahisəli torpaq sahəsi ərazi hüdudları daxilində istifadə edilmir. Ağdaş rayon hüdudları daxilində yerləşən torpaq sahəsi Zərdab rayonu, Yuxarı Seyidlər kənd sakinləri cavabdehlər tərəfindən istifadə edilir.  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsininin mühəndisi Fərid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, yuxarıda qeyd edilən torpaq sahələri sənəd üzrə üst-üstə düşmür.  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsininin mühəndisi Fərid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının mülkiyyətinə verilmiş 1,1787 ha torpaq sahəsi naturada cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən istifadə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı adına Ağdaş rayonu, Xınaxlı kəndində yerləşən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 0,359 ha və ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 0,8197 ha torpaq sahəsi var. Hazırda iddiaçı həmin torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini iddia etsə də, mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,8197 hissəsi cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən naturada istifadə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Ağdaş rayonu, Xınaxlı kəndi ərazisində yerləşən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0,359 hektar və xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0,8197 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən məcburi qaydada çıxarılmalı, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən həmin torpaq sahəsindən İddiaçı istifadəsinə yaradılan süni maneələr aradan qaldırılmalı və cavabdehlərin həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,  QƏT ETDİ:  İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Ağdaş rayonu, Xınaxlı kəndi ərazisində yerləşən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0,359 hektar və xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0,8197 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən məcburi qaydada çıxarılsınlar. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən həmin torpaq sahəsindən İddiaçı istifadəsinə yaradılan süni maneələr aradan qaldırılsın və cavabdehlərin həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.  Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar