Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-47/2025 10.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh tərəfindən zəbt etdiyi torpaq sahəsinin boşaldılması, cavabdeh tərəfindən onun evinin altına axıdılan suyun qarşısının alınması, evinin arxa hissəsindən torpağın təmizlənməsi və hasarın tikilməsinə edilən maneələrə son qoyulması, cavabdeh tərəfindən törədilən maneçilik hərəkətlərinin aradan qaldırılmasını bir vəızifə kimi cavabdehin üzərinə qoyulması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qonşu tərəfindən onun atasının mülkiyyətində olan və vərəsəlik yolu ilə ona keçmiş, hazırda istifadəsində olan Xaçmaz şəhəri, Əzizbəyov küçəsində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi 1956-cı ildən onlara məxsusdur. Atası sağ olan vaxt qonşu ilə aralarında heç bir mübahisə olmamışdır. Cavabdeh bilirdi ki, evin arxa tərəfində yerləşən bir metrəyə yaxın torpaq sahəsi onlara məxsusdur. Həmin vaxt onlar evin arxa tərəfinə torpaq tökmüşlər. Bir neçə müddətdir ki, qonşuya müraciət edərək, onun həyətində olan suların evinin altına axdığını evinin qəzalı vəziyyətə düşəcəyini bildirərək, evin arxa hissəsinə zabor çəkmək istəyini bildirdikdə əvvəl razı olmuş, sonradan isə onunla mübahisə edərək razı olmamış və həyətində olan bütün çirkab və suvarma sularının evinin altına axıtmasını davam etdirmişdir. Bu səbəbdən aralarında olan mübahisəni həll edə bilmədiklərindən məhkəməyə müraciət etməli olmuşdur. Onun evinin arxa hissəsində özünə məxsus torpaq sahəsində hasarın tikintisi və bərpası ilə əlaqədar cavabdehin maneçilik törədən hərəkətləri qonşuluq hüququnun pozulmasına səbəb olur və yolverilməzdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/7605 saylı rəyi ilə razı deyil. Çünki rəy qərəzli verilib, ölçülər düzgün göstərilməyib. Çıxarışla rəy arasında kəsin fərq var. Bununla bağlı müdiriyyətin yanında da olmuş, demişlər ki, səhv etmişlər. Cavabdeh tərəfdən evinin üstünə su axır. Hamam tikilib, su axıdılır, novçalar onun tərəfinə axıdılır, cavabdeh şlanqı onun tərəfə qoşur. 2 otaqda yaşamaq mümkün deyil. Bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək göstərmişdir ki, dəfələrlə ərazi ölçülüb, müəyyən olunub ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə heç bir müdaxilə yoxdur. İddiaçı müxtəlif orqanlara məsələ ilə bağlı müraciətlər edib, lakin hər dəfə yeri ölçüblər, cavabdehin iddiaçının torpağına müdaxilə etmədiyi müəyyən olunub. İddiaçının özünün heç sənədi yoxdur. Hakim, vəkil mütəxəssis deyil ki, zəbt olub olmadığını müəyyən etsin. Bu məsələ mütəxəssis, ekspert tərəfindən həll olunur, onlar da məhkəmə tərəfindən qoyulmuş suallara tam və hərtərəfli cavab verərək, rəylərini təqdim etmişlər. Hesab edir ki, iddia tələbinin əsassız olması, cavabdehin iddiaçının torpaq sahəsini zəbt etməməsi işdə olan rəylərlə sübuta yetirilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, İş materiallarında olan ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri Əzizbəyov küçəsində yerləşən 0.042 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-731 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2 vərəsələri İddiaçıdur və o miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarında olan Cavabdehyenin etiraz ərizəsindən görünür ki, İddiaçı Mürsəl oğlunun iddiası tam qanunsuz, məntiqsiz və absurt bir iddiadır. Belə ki, onlar həmin evdə 1964-cü ildən bu günə kimi yaşayırlar. Yəni onların valideynləri indi isə onlar cavabdeh ilə qonşudurlar. Onun həyət evinə dair çıxarışı və texniki pasportu mövcüddur, yəni 2011-ci ildə rəsmi almış və indiyə qədər aralarında heç bir mabahisə olmayıb. Axır bir ildir ki, qonşu ona qarşı iddia irəli sürüb bildirir ki, guya əlli il bundan əvvəl onların evlərinin arxasındakı torpağını 20-30 sm zəbt etmişlər. Bu sözləri əlində əsas tutaraq iddiaçı onu yaşlı olduğundan istifadə edərək qanunsuz həyətinə daxil olmuş və gecələr onun həyətində qazıntı işləri aparmışdır. Bunu ona nöqsan tutanda isə demişdir ki, “əcəb edirəm oğlum polisdə işləyir mən heç kimdən qorxmuram get hara istiyirsən şikayət et”. 1964-cü ildən bəri onlar heç nə zəbt etməmişlər, lakin indi müəyyən olub ki, onun evinin arxasındakı torpağı 20 sm zəbt etmişlər. Bu da onun həyətidir, buna dair onun texniki pasportu və çıxarışı vardır. İddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan ********** qeydiyyat nömrəli, **********22-10301 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 0.0574 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqinda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri Əzizbəyov küçəsində yerləşən, İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0,042 ha torpaq sahəsinin köhnə texniki pasportunun çizgilərinə əsasən müəyyən edilmişdir, (iddiaçıya tək çıxarış verilib). ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri Əzizbəyov küçəsində yerləşən, İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.042 ha torpaq sahəsi cavabdeh Livaye Smaiiova tərəfindən istifadə olunmur. ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri Əzizbəyov küçəsində yerləşən, İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0,042 ha torpaq sahəsi hüquqları daxilində cavabdeh tərəfindən hasarlama (daş hasar və sair) aparılmamışdır. ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri Əzizbəyov küçəsində yerləşən, İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.042 ha torpaq sahəsindən iddiaçının təyinatı üzrə istifadəsinə cavabdeh Livaye Smaiiova tərəfindən maneçilik törədilməsini müəyyən etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqinda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri Əzizbəyov küçəsində yerləşən, İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0,042 ha torpaq sahəsinin köhnə texniki pasportunun çizgilərinə əsasən müəyyən edilmişdir, (iddiaçıya tək çıxarış verilib). ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri Əzizbəyov küçəsində yerləşən, İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.042 ha torpaq sahəsi cavabdeh Livaye Smaiiova tərəfindən istifadə olunmur. ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri Əzizbəyov küçəsində yerləşən, İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0,042 ha torpaq sahəsi hüquqları daxilində cavabdeh tərəfindən hasarlama (daş hasar və sair) aparılmamışdır. ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri Əzizbəyov küçəsində yerləşən, İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.042 ha torpaq sahəsindən iddiaçının təyinatı üzrə istifadəsinə cavabdeh Livaye Smaiiova tərəfindən maneçilik törədilməsini müəyyən etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir. Göründüyü kimi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən də müəyyən olunmuşdur ki, ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqinda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri Əzizbəyov küçəsində yerləşən, İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0,042 ha torpaq sahəsinin köhnə texniki pasportunun çizgilərinə əsasən müəyyən edilmişdir, (iddiaçıya tək çıxarış verilib). ********** qeydiyyat nömrəli, **********92- 10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri Əzizbəyov küçəsində yerləşən, İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.042 ha torpaq sahəsi cavabdeh Livaye Smaiiova tərəfindən istifadə olunmur. ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri Əzizbəyov küçəsində yerləşən, İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0,042 ha torpaq sahəsi hüquqları daxilində cavabdeh tərəfindən hasarlama (daş hasar və sair) aparılmamışdır. Belə olan halda iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən maneələrin aradan qaldırılması tələbinə dair iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul İddiaçı alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-47/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-47/2025
10.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver