Məhkəmə qərarları › İş №2(102)-1130/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1130/2024

09.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1130/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh x və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasınin hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-335/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. JN-290 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətinə əsasən, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə X1 mülkiyyətinə 0,10 ha torpaq sahəsi verilmişdir.

2. Xaçmaz rayonu, Mürşüdoba bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 saylı qərarı ilə Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızına Xaçmaz rayonu, Mürşüdoba kənd ərazisindən 1200 kv.metr torpaq sahəsinin satılması qərara alınmışdır. 3. xx.xx.2003-cü il tarixli “Torpaqların alqı-satqısına dair” Akta əsasən cavabdeh tərəfindən torpaq sahəsinə görə bələdiyyənin hesabına 1.344.000 manat (AZM) pul ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh X qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayo nu, Mürşüdoba kəndində yerləşən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı əsasında ona fərdi yaşayış evi tikmək üçün ayrılmış JN-290A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0.10 ha torpaq sahəsindən cavabdeh və digər şəxslərin çıxarılması, ərazinin boşaldılması, cavabdeh tərəfindən torpaqdan istifadə və sahiblik hüquqlarının həyata keçirilməsi üçün yaradılmış maneələrin aradan qaldırılması, torpağın cavabdehin qanunsuz sahibliyindən alınaraq istifadəsinə qaytarılması, torpağın ona təhvil verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı, iddia tələbini onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı əsasında ona fərdi yaşayış evi tikmə k üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır. JN-290A saylı, kodu 30217048 olan şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən 0,10 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin 13 iyul 2017-ci il tarixli məktubu ilə müəyyən olunmuşdur ki, onun adına olan 0.10 ha torpaq sahəsinə dair verilmiş JN-290A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş, şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Nərəcan kənd İƏD-də nümayəndəsinin 19 dekabr 2017-ci il tarixli arayışı ilə müəyyən olunur ki, onun adına 0,10 ha həyətyanı torpaq sahəsi qeydə al ınmışdır. Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsinin torpaq sahəsi almış vətəndaşların siyahısından çıxarışdan görünür ki, 290- cı sırada onun adına 0.10 ha torpaq sahəsi vardır. Xaçmaz rayon Mürşüdoba kəndinin baş planından Azərbaycan Respublikası DT və XK Xaçmaz rayon şöbəsinin müdirinin və Mürşüdoba bələdiyyəsinin sədrinin imzaları və möhürləri ilə təsdiqlənmiş çıxarışda qonşu X2 ayrılmış torpaq sahəsinin yanında 290 nömrəli torpaq sahəsi, yəni ona məxsus torpaq sahəsi göstərilmişdir.

6. Cavabdeh iddiaya qarşı etiraz verərək göstərmişdir ki, göstərilən torpaq sahəsi ilə bağlı iddiaçı ona və ailə üzvlərinə qarşı əsassız iddialara 2016-cı ildən başlamışdır. İddiaçı ilk əvvəl iddianı Xaçmaz Rayon məhkəməsində onun anası X3 qarşı qaldırmış və həmin iddia tələbi ilə bağlı sonuncu dəfə Sumqayıt A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş və qətnamədə iddianın rədd edilməsi üçün əsaslardan biri də o göstərilmişdir ki, iddiaçı iddianı ona cavab verməli olan şəxsə qarşı qaldırmışdır. İş üzrə keçirilmiş məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi adına verilmiş JN-290 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə elektron baza məlumatlarında əks olunmamışdır. İş üzrə keçirilmiş ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının adına verilmiş həmin şəhadətnamədə göstərilən torpaq sahəsinin yerini dəqiqləşdirmək mümkün olmadığından, həmin torpaq sahəsinin zəbt olunub-olunmadığını və Xaçmaz rayonu, Mürşüdoba bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 saylı qərar ına əsasən onun qanuni istifadəsində olan 1200 kv.metr torpaq sahəsi ilə üst-üstə düşübdüşmədiyini müəyyən etmək mümkün olmamışdır. 1200 kv.metr torpaq sahəsi Xaçmaz rayonu, Mürşüdoba bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 saylı qərarı ilə mülkiyyətinə verilməzdən əvvəl, yəni 1996-cı ildən onun istifadəsində olmuş, o vaxtdan da həmin torpaq sahəsini dəmir torla hasara alaraq istifadə etməyə başlamış meyvə bağı əkmişdir. 2016-cı ilə kimi həmin torpaq sahəsi ilə bağlı hər hansı dövlət orqanı yaxud fiziki şəxs heç bir iradını bildirməmiş, 2016-cı ildə Xaçmaz Rayon Məhkəməsindən rəsmi məktub gəldikdən sonra məlum olmuşdur ki, iddiaçı bu torpaq sahəsinə iddialıdır. İddiaçının 2003cü ildən başlayaraq bələdiyyə tərəfindən ona satılmış torpaq sahəsinin yerləşdiyi cərgədə 0,10 ha torpaq sahəsi ndən istifadə edir, o həmin yeri hasara alaraq bağ salmışdır. Onda olan məlumata əsasən iddiaçı 2017-ci ildə həmin 0,10 ha torpaq sahəsinə Xaçmaz rayonu, Mürşüdoba bələdiyyəsindən 40 il müddətinə icarəyə götürmüşdür. İddiaçının adına verilmiş JN 290 A saylı şəhadətnamə məhz həmin 0,10 ha torpaq sahəsinədir, iddiaçının əsassız iddialarla bağlı çəkişmələri vaxtı onun tələbinin əsassız olduğu üzə çıxdığından o, çox güman həmin torpaq sahəsinə icarə müqaviləsini yazdırmışdır ki, əlindəki şəhadətnamə ilə əlavə 0,10 ha torpaq sahəsini də əldə edə bilsin. İddiaçının əvvəlki iddia ərizəsinin baxılması ərəfəsində o, məhkəmədə xeyrinə qərar çıxarmaq məqsədi ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-dən arayış almışdır ki, adına olan JN 290 A s aylı şəhadətnamənin koordinatları elektron baza məlumatlarına daxil edilməsi məqsədəmüvafiqdir. Məsələ ilə bağlı həmin MMC-yə müraciət edildikdən sonra 31 may 2020-ci il tarixli məktubla cavab verilmişdir ki, Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində istifadələrində olan (koordinatları təqdim olunmuş) 0,12 ha torpaq sahəsinin elektron baza məlumatlarında mülkiyyət növü və yeni işlənmiş elektron uçot xəritəsində kimin adına qeydə alınması barədə məlumatın verilməsilə bağlı xx.xx.2020-ci tarixli müraciətdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-də baxılmışdır. Elektron baza məlumatlarına əsasən təqdim edilən koordinatlarda göstərilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Yeni işlənmiş elektron uçot məlumatlarında isə həmin torpaq sahəsinin onları n istifadəsində olması qeyd edilmişdir. Onu da qeyd edir ki, iddiaçının adına olan şəhadətnamədə 0.10 ha torpaq sahəsinin onun adına hansı dövlət orqanı tərəfindən və hansı tarixdə verilməsi barədə heç bir rəsmi sənəd yoxdur. Yəni həmin şəhadətnamənin hansı əsasla verilməsi dəqiq məlum deyil. Xaçmaz Rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı protokolu ilə Xaçmaz rayonu, İliç yolu sovxozu AİK-nin Mürşüdoba kəndindən torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 76-cı iddiaçının adına həyətyanı torpaq sahəsi qeyd olunmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Eksper tiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilmişdir ki, Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində X=313345; Y=4597977, X=313321; Y=4597970, X=313310; Y=4598024, X=313335; Y=4598029 koordinatlarda yerləşən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir və hal-hazırda cavabdehin istifadəsindədir. Daha sonra mütəxəssis rəyində qeyd edilmişdir ki, JN 290A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən 0.10 ha torpaq sahəsi elektron baza məlumatlarında əks olunmadığına görə, torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün deyil. Həmçinin, Xaçmaz rayonu, Mü rşüdoba bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 saylı qərarı ilə cavabdehə Mürşüdoba kənd ərazisindən satılmış 1200 kv.metr torpaq sahəsinin naturada koordinatları müəyyən edildi. JN 290A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən 0.10 ha torpaq sahəsinin hər hansı bir hissəsi cavabdeh tərəfindən zəbt olunmamışdır. JN 290 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən 0.10 ha torpaq sahəsi ilə Xaçmaz rayonu, Mürşüdoba bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 saylı qərarı ilə cavabdehə Mürşüdoba kəndi ərazisindən satılmış 1200 kv.metr torpaq sahəsi ilə JN 290A saylı torpağın mülkiyyətə verilməsinə d air şəhadətnamə elektron baza məlumatlarında əks olunmadığına görə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları və ölçüsü müəyyən edildi (sxem əlavə olunur).

8. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2219/2022 nömrəli iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) iddianın təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçının iddia etdiyi 0,10 ha torpaq sahəsinə dair verilmiş JN-290 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun soy adı Hüseyinov əvəzinə Hüseynov, ata adı Hüseyinbala əvəzinə Hüseynbala kimi qeyd edilmi şdir.

10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 157.2-ci maddələrinin, Torpaq Məcəlləsinin 84, 11-ci maddələrinin, habelə Mülki Prosessual Məcəllənin 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış, tətbiq edilməli olan maddi və prosessual hüquq normaları tətbiq edilməmiş, təqdim edil miş sübutları qiymətləndirməmiş, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları sübut kimi qəbul etməmiş, formal mülahizələrlə hüquq müəyyənedici sənəddə Hüseyinov əvəzinə, səhvən Hüseynov yazılmasını bəhanə gətirərək sənədin iddiaçıya mənsub olmaması qənaətinə gələrək iddianı rədd etmişdir. Eləcə də, eyni tələb üzrə əvvəllər aparılmış məhkəmə icraatı zamanı qəbul edilmiş məhkəmə aktlarında Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Nərəcan kənd İƏD-də nümayəndəsinin 19 dekabr 2017-ci il tarixli arayışı ilə müəyyən olunur ki, iddiaçının adına 0,10 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsinin torpaq sahəsi almış vətəndaşların siyahısından çıxarışdan da görünür ki, 290-cı sırada iddiaçının adına 0.10 ha torpaq sahəsi vardır. Xaçmaz rayon Mürşüdoba kəndinin baş planından Azərbaycan Respublikası DT və XK Xaçmaz rayon şöbəsinin müdirinin və Mürşüdoba bələdiyyəsinin sədrinin imzaları və möhürləri ilə təsdiqlənmiş çıxarışda qonşu X2 ayrılmış torpaq sahəsinin yanında 290 nömrəli torpaq sahəsi, yəni iddiaçıya məxsus torpaq sahəsi göstərilmişdir. Göründüyü kimi, iddiaçının adına verilmiş şəhadətnamənin məhz iddiaçının adına verilmiş şəhadətnamə olması mötəbər dəlillərlə sübut olunur. Bütün bunlar isə onu sübut edir ki, Xaçmaz Rayon Məhkəməsi qətnaməsində hüquqmüəyyənedici sənəddə, yəni JN-290 A saylı Şəhadətnamədə hüquq sahibinin ad və ata adında (i) hərfinin yazılmaması Hüsey(i)nov Fəxrəddin Hüsey(i)nbala oğlu kimi qeyd olunmasını bəhanə gətirərək iddiaçının subyektiv hüququ olmamasını əsas gətirərək iddianı rədd etməsi tam qanunsuzdur. Belə ki, h əmin torpaq sahəsinin məhz iddiaçıya verilməsi hüquq müəyyənedici sənədin verilməsinə əsas olmuş sənədlərlə də təsdiq olunur. Bundan əlavə, bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi də mövcuddur, həmin məhkəmə qətnamə ilə müəyyən edilmiş faktlar sübuti əhəmiyyətə malikdir, məhkəmə isə bunu nəzərə almamışdır. Bundan əlavə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 may 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş halları da sübut kimi dəyərləndirmədən, məhkəmə, guya iddiaçının məhkəməyə heç bir sübut təqdim edə bilməməsi əsası ilə iddiaya qiymət vermişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(105)-335/2023 saylı qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Gülnar Cabbarova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Xaçmaz rayon məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı iş üzrə iddiaçının, mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin məhz cavabdehə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi və cavabdeh tərəfindən iddiaçıya məxsus torpağın qanunsuz olaraq istifadə edilməsi müəyyən edilməmişdir.

15. Məhkəmə kollegiyası t ərəfindən ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, JN 290 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən 0,10 ha torpaq sahəsinin hər hansı bir hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi aşkar olunmamışdır.

16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ekspertin rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı iddiaçının subyektiv hüququnun olmaması əsası ilə rəd d etməkdə haqlı olmamışdır.

17. İşin hallarını nəzərə almaqla məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iddiası onun qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilmış torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə etməsini sübut etdiyi təqdirdə təmin edilə bilər.

18. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı öz apellyasiya şikayətinin əsaslarına dair dəlillərini tam sübut edə bilməmiş, iddiaçı tələbinin əsaslı olmasına dair mötəbər, əsaslı şübhələrdən kənar sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Bununla belə əldə edilmiş ekspert rəyi ilə də tələbin əsassız olması öz təsdiqini tapmışdır.

19. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyası 13, 29-cu maddələrini n, Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə, habelə MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etmklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı, (vəkili Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin iddianı rədd etməsinin yeganə əsası o, olmuşdur ki, guya ekspert cavabdehin həmin torpaq sahəsini zəbt etməməsini müəyyən edib. Lakin, məhkəmə nəzərə almayıb ki, ekspert rəyi digər sübutlarla birlikdə təhlil olunaraq qiymətləndirilməli. Ekspert rəyində ziddiyyətlər, çatışmamazlıqlar olarsa təkrar və əlavə ekspertizalar təyin etməklə bunlar aradan qaldırılmalıdır. Məhz belə bir araşdırmanın nəticəsində məhkəmə obyektiv həqiqəti araşdır üzə çıxara bilərdi. Lakin, ekspertin rəyi biri-biri ilə ziddiyyətli məqamlarla doludur, bu səbəbdən məhkəməyə vəsatət verərək ekspert rəyində 4-cü sualın cavabı 5-ci sualın cavabına ziddir, biri-birini təkzib edir. Bu ziddiyyətlərin aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixində elektron məhkəmə sistemi vasitəsi ilə rəsmi vəsatət də verilmişdir. Bundan əlavə əvvəllər Ali Məhkəmə tərəfindən bu məsələnin araşdırılmasını və həqiqətən iddiaçının torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasını da apellyasiya instansiya sı məhkəməsinin nəzərinə çatdırmışdır. Mübahisəli torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olması artıq yuxarı instansiya məhkəməsi yəni Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə artıq qiymət verilib və həmin qərarda göstərilən hallar yenidən apellyasiya qaydasında işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır və yenidən mübahisələndirilmir. Ali Məhkəmənin qərarında göstərilmişdir ki, torpaq sahəsi həqiqətən cavabdeh tərəfindən zəbt olunub, lakin iddia cavabdehin anasına qarşı qaldırıldığından rədd edilmişdir. Cavabdehə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, cavabdeh Çıxarış almaq üçün DƏDRX-nə müraciət etsə də ona bildirilmişdir ki, həmin torpaq sahəsi elektron baza kadastr məlumatları əsasında digər şəxsin yəni iddiaçının torpaq sahəsi ilə üst-üst ə düşür. Bundan əlavə, 2015-ci ildə onun müraciəti əsasında JN-290 A saylı torpağın mülkiyyətə verilməsi haqqında Dövlət Aktına aid olan məlumatlar elektron bazaya daxil edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən qeyd olunan halları nəzərə almamış və bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edərək, iş üzrə apellyasiya insğansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu

25. Maddə

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti hə yata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

29. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

30. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənil mədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhk əmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü mad dəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğ v edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

43. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

44. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, JN-290 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən 0,10 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Həmçinin, Xaçmaz rayon Mürşüdoba bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 saylı qərarı ilə Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən 12 00 kv.metr torpaq sahəsi Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızına satılmışdır və xx.xx.2003-cü il tarixli “Torpaqların alqı-satqısına dair” Akta əsasən sonuncu tərəfindən torpaq sahəsinə görə bələdiyyənin hesabına 1.344.000 manat (AZM) pul köçürülmüşdür.

45. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır.

46. Belə ki, iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı iş üzrə iddiaçının, mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin məhz cavabdehə məxsus olan to rpaq sahəsi ilə üst-üstə düşməsi və cavabdeh tərəfindən iddiaçıya məxsus torpağın qanunsuz olaraq istifadə edilməsi müəyyən edilmir.

47. Apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş ekspert rəyini digər sübutlarla müqayisəli şəkildə təhlil edib qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, JN 290 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, iddiaçının mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən 0,10 ha torpaq sahəsinin hər hansı bir hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi aşkar olunmamışdır.

48. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ekspertin rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə qərardadı əsa sında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı iddiaçının subyektiv hüququnun olmaması əsası ilə rədd etməkdə haqlı olmamışdır.

49. İşin hallarını nəzərə almaqla apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddiası onun qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilmış torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə etməsini sübut etdiyi təqdirdə təmin edilə bilər.

50. Hazırkı halda iddiaçı, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin əsaslarına dair dəlillərini tam sübut edə bilməmişdir və iddiaçı tələbinin əsaslı olmasına dair mötəbər, əsaslı şübhələrdən kənar sübutlarını nə birinci instansiya məhkəməsinə, n ə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir.

51. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, yeni qətnamə çıxarmaqla iddianı rədd etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(105)-335/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar