Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-95/2024 15.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi Cəbiyev Yaşar İlham oğlunun katibliyi İddiaçı1 Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı mülkiyyətlərində və qanuni istifadələrində olan əkin sahəsindən cavabdehin məcburi qaydada çxıarılmsı, torpaqdan istifadəyə edilən maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə qadağa qoyulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Xırdapay kəndində yerləşən mülkiyyətində və qanuni istifadəsində olan əkin sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması, cavabdeh tərəfindən torpaqdan istifadəyə edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 18 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə ailə üzvü ilə iddiaçıya 1.80 ha torpaq sahəsi ayrılmış, bu barədə onlara mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Torpaq sahəsi onlara məxsus olsa da cavabdeh onların torpaq sahəsini zəbt etmişdir. Bir neçə dəfə cavabdehə həmin sahəni təhvil verməsini bildirsədə heç bir nəticəsi olmamışdır. Cavabdeh həmin torpaq sahəsini boşaltmadığı üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək bildirdi ki, JN-282 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən mülkiyyətində olan torpaq sahəsinə daşınmaz Əmlakın dövlət reystr xidməti tərəfindən baxış keçrilmiş və elektron xəritəyə uyğun olaraq ölçülmüş və sərhədləri ona tanıdılmışdır. Cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu bildirsə də bununla bağlı məhkəməyə hər hansı sənəd təqdim edə bilmir. Cavabdeh həmin torpaq sahəsini boşaltmadığı üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Odur ki, məhkəmədən iddia tələblərinin təmin edilməsin xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qəbul etməyərək izahatında göstərdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 18 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə onlara 1.2513 ha torpaq sahəsi ayrılmış, bu barədə onlara mülkiyyət hüququna dair çıxarış verilmişdir. İddiaçının tələb etdiyi torpaq sahəsinin hazırda onun istifadəsində olan torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Əvəllər həmin torpaq sahəsini onlar əkib becərmiş, iddiaçını heç vaxt orada görməmiş, bu barədə mübahisələri olmamışdır. Cavabdeh göstərilənləri nəzərə iddia tələblərinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş, xx.xx.1999-cu ildə verilmiş JN 282 KPOD 90616018 nömrəli dövlət aktından görünür ki, İddiaçı3 5 nəfərdə ibarət ailə üzvlərinin mülkiyyətinə 1.80 ha torpaq sahəsi verilmişdir. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışdan görünür ki, X1 və 4 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə 1.2513 ha toraq sahəsi verilmiş və bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. Mübahisənin ədalətli həll edilməsi və xüsusi bilik tələb olunan sualları izah etmək üçün xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı və JN-282 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində iddiaçılara ayrılmış 1.80 ha torpaq sahəsinin və xx.xx.2021-cü il tarixdə ********** nömrə ilə qeyd edilmiş çıxarışa əsasən Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində cavabdehlərə ayrılımış 1.2513 ha torpaq sahəsinin koordinatları müəyyən edilsin. 2.2. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı və JN-282 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində iddiaçılara ayrılmış 1.80 ha torpaq sahəsinin və cavabdehin mülkiyyətində olan xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeyd edilmiş çıxarışa əsasən Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində olan 1.2513 ha torpaq sahəsi elektron xəritəyə və faktiki vəziyyətinə görə üst-üstə düşürmü? Üst-üstə düşürsə, zəbt edilmiş torpaq sahəsinin koordinat nöqtələri və ölçüsü müəyyən edilsin. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3977 saylı ekspert rəyində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşanmaz Əmlakın Dövlət reystri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-1860/2024 nömrəli mütəxəssis rəyinə əsasən qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşanmaz Əmlakın Dövlət reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 03,05.2024-cü il tarixli 3-21-3-36/2-1860/2024 nömrəli mütəxəssis rəyinə əsasən torpaqların elektron uçot məlumatlarında göstərilən **********6 reystr nömrəli çıxarışla X2, Cavabdeh və ailə üzvlərinin mülkiyyətin əverilmiş 1.25 ha torpaq sahəsi ilə **********05 reystr nömrəli çıxarışla İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.80 ha torpaq sahəsi üst-üstə düşmür. Qərardadın ikinci sualı üzrə: Mütəxəssi rəyinə əsasən qeyd edilən torpaqların elektorn uçot məlumatlarında göstərilən **********6 reystr nömrəli çıxarışla X2, Cavabdeh və ailə üzvlərinin mülkiyyətin əverilmiş 1.25 ha torpaq sahəsi ilə **********05 reystr nömrəli çıxarışla İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.80 ha torpaq sahəsi üst-üstə düşmür. İddiaçın baxış zamanı naturada göstərdiyi 3.19 ha torpaq sahəsinin 0.076 ha (760 kv.metr) hissəsi **********06 nömrəli çıxarışla X2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.25 ha torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyindən və işdə olan digər sübutlarla yanaşı qiymətləndirilərək məhkəmə belə qənaətə gəlir ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3977 nömrəli ekspert rəyində mütəxəssi rəyinə əsasən torpaqların elektron uçot məlumatlarında göstərilən **********6 reystr nömrəli çıxarışla X2, Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.25 ha torpaq sahəsi ilə **********05 reystr nömrəli çıxarışla İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.80 ha torpaq sahəsi üst-üstə düşmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən nəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə mübahisənin obyektiv həll edilməsi ilə bağlı iş üzrə digər mötəbər sübutun olmadığını nəzərə alaraq, hazırki vəziyyətdə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. İş üzrə məhkəmə xərcləri 50 manat ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu və 50 manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Kürdəmir rayon Xırdapay kəndində yerləşən əkin sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması, cavabdeh tərəfindən torpaqdan istifadəyə edilən maneələrin aradan qaldırılması barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 50 (əlli) manat ekspertiza xərci İddiaçı3 tutularaq Məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-95/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-95/2024
15.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver