Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2124/2025 02.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 1* sentyabr 1983-cü il təvəllüdlü X4 3* sentyabr 2*25-ci il tarixdə ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun oğlu X1 Türkan Müşfiq qızı ilə *2.*9.2*14-cü il tarixdə rəsmi nikaha girmiş, birgə nikahlarından *9.*2.2*18-ci il təvəllüdlü X9 anadan olmuşdur. Oğlu 3*.*9.2*25-ci il tarixdə Bakı şəhərində Xətai rayonunda həyat yoldaşı Türkanın xalasıgilin evində işıq naqilini düzəltmək istəyərkən qısaqapanma nəticəsində baş vermiş hadisədə vəfat etmiş, Xətai rayon prokurorluğunda müstəntiq tərəfindən araşdırma aparılmış və cinayət işinin başlanılması rədd edilmişdir. Ona görə də o ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Şəhadətnaməni almaqda məqsədləri oğlunun pensiya məbləğinin həyat yoldaşı tərəfindən almasıdır. Ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi sənəd olmadığı üçün mərhum X4 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək bildirdi ki, oğlu işığı düzəltmək istəyərkən qısaqapanma nəticəsində rəhmətə getmişdir. Oğlu 3* sentyabr 2*25ci il tarixdə Bakı şəhərində vəfat etsə də, *1 oktyabr 2*25-ci il tarixdə Ağdaş şəhər Maşad qəbirstanlığında dəfn olunduğundan, onun qəbir daşında vəfat etdiyi tarix *1 oktyabr 2*25ci il qeyd edilmişdir. Ölüm faktını təsdiq edən şahidləri də vardır. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs rəisi ədliyyə müşaviri Teymur Mustafayev məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, mülki işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadə verərək bildirdi ki, Rafael xalasının yoldaşıdır. X2 ayının 3*-da tok vurma nəticəsində vəfat etmişdir. *1 oktyabr 2*25ci il tarixdə Maşad qəbirstanlığında dəfn edilmişdir. Onun ölüm faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək bildirdi ki, ərizəçi xalasının həyat yoldaşıdır. Nurlan xalası oğludur. Tok vurma nəticəsində Bakı şəhərində 3* sentyabr 2*25-ci il tarixdə rəhmətə getmişdir. Mərhum *1 oktyabr 2*25-ci il tarixdə dəfn olunmuşdur, dəfn mərasimində iştirak etmişdir. Onun ölüm faktını təsdiq edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan “Tibbi ərazi Bölmələrini idarəetmə birliyi” Publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 17 oktyabr 2*25-ci il tarixli 18-1-22/2-M-894-42-784/2*25 saylı məktubdan görünür ki, 17.1*.2*25-ci il tarixli ərizəyə əsasən övladınız M.Şeyxzadə küçəsi 36 saylı ünvanda qeydiyyada olan, 1*.*9.1938-cü il təvəllüdlü X4 3*.*9.2*25-ci il tarixdə Bakı şəhəri M.Hadi küçəsi 87 mənzil 57-də vəfat etdiyini bildirmişsiniz. N.Məmmədovun ölümünün araşadırılması Xətai rayon Prokurorluğu tərəfindən davam etdirildiyi üçün “Ağdaş RMX” PHŞ tərəfindən ölümün rəsmiləşdirilməsi mümkün deyil. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X5 məxsus qəbir daşı var, qəbir daşının üzərində doğum tarixi 1*.*9.1983, ölüm tarixi *1.1*.2*25 qeyd edilmişdir. İşin materiallarında olan 17 oktyabr 2*25-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X6 ölməsi faktı cinayət hadisəsi olmadığndan toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Ağdaş rayin İHB-nın Gürcuca kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 1* sentyabr 2*14-cü il tarixli AZ-İ 965845 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1* ilə X12 arasında *2 sentyabr 2*14cü il tarixdə 31 saylı akt qeydi ilə rəsmi nikah qeyd alınmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan AA44598*5 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1* 1* sentyabr 1983-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 16 oktyabr 2*25-ci il tarixli 3-16-5/8-15-M-119*/2*25 saylı məktubundan görünür ki, 1*.*9.1983-cü ildə Ağdaş rayonunda anadan olmuş övladınız X4 ölümünü təsdiq edən sənədin olmaması nəzərə alınaraq ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası Ağdaş rayon Ağdaş Bələdiyyəsi tərəfindən verilən 24 oktyabr 2*25-ci il tarixli, 329 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum oğlu X1* 1*.*9.1983-cü il tarixdə anadan olmuş, 3*.*9.2*25-ci il tarixdə vəfat etmişdir. Mərhum Ağdaş rayon Məşəd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.2 və 3*7.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*7.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 1* sentyabr 1983-cü ildə anadan olmuş X4 3* sentyabr 2*25-ci ildə vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2**3-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. əli Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-22*-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1* sentyabr 1983-cü ildə anadan olmuş X4 3* sentyabr 2*25-ci ildə ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X4 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-2124/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2124/2025
02.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver