Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-219/2024 26.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs qarşı “barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi, Maraqlı şəxs qarşı “barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi, Maraqlı şəxs ilə xx.xx.2021-ci il tarixdə Borc müqaviləsi bağlanılmışdır. Müqavilə üzrə öhdəliklər 12 ay ərzində icra edilib bitəcəkdi. Lakin Maraqlı şəxs ödənişdən yayınmış və müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının mülki prosesual qanunvericiliyinin tələblərinə uyğun mediasiya prosessinə müraciət edilmişdir. Medisaiya prosessinin sonunda Maraqlı şəxsla barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən ümumi borc məbləği 6881 (altı min səkkiz yüz səksən bir) manat təsdiqlənmişdir. Həmin məbləğin 381 (üç yüz səksən bir) manatı onun etibarnamə üzrə debet kartına göndərilmişdir. Növbəti ay üzrə 500 (beş yüz) manat pulun ödənilməsi xx.xx.2023-cü il tarixinə həyata keçirilməli olduğu halda hələ də icra edilməmişdir. Maraqlı şəxsla sonuncu dəfə danışıq zamanı bildirmişdir ki, o ödəmək istəmir bununla bağlı məhkəməyə müraciət edək. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, xüsusi icraat qaydasında təqdim etdiyi ərizə üzrə təqdim edəcəyi yeni sübut olmadığını, eyni zamanda yeni vəsatəti olmadığını, səhhətidə yaranmış problemdən dolayı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ona vermiş olduğu hüquqlardan istifadə edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarxidə borc müqaviləsindən görünür ki, Ərizəçi Maraqlı şəxs 10000 manat məbləğində pul borca vermiş, Maraqlı şəxs müqavilə üzrə öhdəliklər xx.xx.2023-cü il tarixədək borcverənə qaytaracağını öhdəsinə götürmüşdür. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞB/0330 nömrəli Barışıq sazişindən görünür ki, 2.1 Tərəflər razılığa gəlir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən “borc alan” kimi çıxış edən Maraqlı şəxs müqavilə üzrə ödənilməmiş 6881 (alt min səkkiz yüz səksən bir) AZN borc pul məbləğini “borc verən” kimi çıxış edən Ərizəçi ümumilikdə 12 ay müddətinə ödəməyi öhdəsinə götürür. Ödəniş tərəflərin razılaşdığı aşağıdakı vaxt aralığında ödəniləcəkdir. 381 (üç yüz səksən bir) AZN-xx.xx.2023-cü il tarixədək; 500 (beş yüz) AZN-xx.xx.2023-cü il tarixədək; 6000 (altı min) AZN-xx.xx.2023-cü il tarixdən etibarən növbəti 10 ay ərzində hər ayın 25-dən gec olmamaqla aylıq 600 (altı yüz) AZN ödənilməklə. 2.2 Tərəflər razılığa gəlir ki, könüllü medisaiya sessiyası Bakı 6 saylı Mediasiya Təşkilatında keçirilsin. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarxidə borc müqaviləsi bağlanmış, həmin müqavilə üzrə Ərizəçi Maraqlı şəxs 10000 manat məbləğində pul borca vermiş, Maraqlı şəxs müqavilə üzrə öhdəliklər xx.xx.2023-cü il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüş, lakin Maraqlı şəxs ödənişdən yayınmış və müqavilə üzrə üzərinə düşən öhdəliklərini icra etməmişdir. Bundan sonra tərəflər arasında xx.xx.2023-cü il tarixli, MŞB/0330 nömrəli Barışıq sazişi bağlanılmış və barışıq sazişinin şərtlərinə görə tərəflər razılığa gəlmişlər ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən “borc alan” kimi çıxış edən Maraqlı şəxs müqavilə üzrə ödənilməmiş 6881 (alt min səkkiz yüz səksən bir) AZN borc pul məbləğini “borc verən” kimi çıxış edən Ərizəçi ümumilikdə 12 ay müddətinə ödəməyi öhdəsinə götürür. Ödəniş tərəflərin razılaşdığı 381 (üç yüz səksən bir) AZN-xx.xx.2023-cü il tarixədək, 500 (beş yüz) AZN-xx.xx.2023-cü il tarixədək, 6000 (altı min) AZN-xx.xx.2023-cü il tarixdən etibarən növbəti 10 ay ərzində hər ayın 25-dən gec olmamaqla aylıq 600 (altı yüz) AZN ödənilməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən Barışıq sazişinə əməl edilməmişdir. Аzərbаycаn Respublikasının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibati qаydаdа və məhkəmədə müdаfiəsinə təminat verilir. Аzərbаycаn Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/0330 nömrəli Barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/0330 nömrəli Barışıq sazişi təsdiq edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-219/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-219/2024
26.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver