Məhkəmə qərarları › İş №2(014)-22/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-22/2021

01.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-22/2021 01.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi X1 kаtibliyi, İlkin iddia üzrə iddiаçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzə iddiaçı Cavabdeh iştirаkı ilə İddiaçı Cavabdeh qarşı “əmlakın zəbtdən azad olması” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı "çəkilmiş xərcərinin ödənilməsi, və s." tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlakın zəbtdən azad olması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan əmlak kompleksi kimi müəəssisənin qanunsuz zəbt etdiyi 50 kv.m və 40 kv.m-lik Talvar sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddiаçı iddia tələbini onunla əsaslandırmışdır ki, ƏMDK-nın yanında DƏDRX-nın 17 saylı ərazi idarəsi tərəfindən RX ******* saylı seriya nömrəsi və n**********03-12301 saylı reyestr nömrəsi ilə ona ümumi sahəsi 0.6254 ha torpaq sahəsi olmaqla 559.2 kv.m tikili müəssisəsi olan əmlak kompleksinə mülkiyyət hüququna dair çıxarış verilmişdir. 5 ildən artıq bir müddətdir ki ona məxsus əmlak kompleksindən 50 kv.m və 40 kv.mlik örtülü əmlak kompleksinə aid Talvar sahələri zəbt olunmaqla onun razılığı olmadan cavabdeh tərəfindən istifadə edilmişdir. İllərdir ki, cavabdeh ona məxsus əmlak sahəsini heç bir kommunal və vergi ödəmədən istifadə edir. Onun əvəzinə həmin kommunal və vergi borclarını o ödəmişdir. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh zəbt etdiyi ona məxsus əmlak kompleksini tərk etməmişdir. Hazırda 5 ildən artıq bir müddətdir ki, cavabdeh əmlak sahəsini qanunsuz zəbt etmişdir və qanunsuz olaraq istifadə edərək qazanc götürür. O, isə onun yerinə əlavə xərc ödəyir. Cavabdehin sadalanan əməlləri öz növbəsində cinayət xaraktlidir. Hazırda onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, cavabdehin isə əlində heç bir hüquqverici sənəd mövcud deyildir.Hesab edir ki, əmlak sahəsini qanunsuz zəbtdən azad edilməsi məhkəmə qaydasında həllini tapmalıdır. Hazırda cavabdeh əmlak sahəsini qanunsuz zəbt etdiyindən illərdir ki ona xeyli miqdarda ziyanlıq vurur, o isə halal qazancından məhrum olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh "çəkilmiş xərclərin ödənilməsi, və s" tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, sərf etdiyi 13451 (on min üç yüz bdörd yüz əlli bir) manat məbləğin cavabdeh tərəfindən ona qaytarılması və ya iş fəaliyyətinin davam edilməsi, işıq və suyun bərpa edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ilin mart ayında atası İddiaçı öz təşəbbüsüylə ailəsini dolandırmaq üçün 9 x 6 =54 kv/m örtüklü əmlak kompleksindən yer verib, həmin yerə öz vəsaiti ilə təmir edib işlətməyini, ailəsini dolandırmaq üçün nə istəsə edə biləcəyini bildirmişdir. Adı gedən obyekti təmir edib, pul qazanmaqdan ötrü əmlak kompleksinə külli miqdarda vəsait qoyub işə başlamışdır. Obyekti təmir edib, pul qazanmaqdan ötrü əmlak kompleksinə külli miqdarda vəsait qoyub işə başlamışdır. Yəni əsas kompleks dəmir və beton üzərində olmuş və iş görmək üçün yararsız vəziyyətdə qalmışdır. Tikintidə çalışan mütəxəsislərin məsləhəti və iştirakı ilə həmin əmlak kompleksinə vəsait qoyub 3 ay ərzində yararlı vəziyyətə gətirəndən sonra işıq idarəsi tərəfindən texniki şərtlər alınıb və işıq çəkdirilib. Bundan başqa adı gedən obyektə, su-konolizasiya xətti çəkdirib işə başlamışdır. İşığın və suyun ödənişlərini özü ödəmiş və atası ilə aralarında heç bir narazılıq olmamışdır. Atası ilə onun arasında yaradılmış mübahisə varlanmaq məqsədi daşıyır. Obyekt real gəlir gətirdiyi səbəbindən əlindən almaq məqsədi ilə onun işlərinə maneəçilik yaradıb. Yəni işığını və suyunu kəsib. Ədalətsiz hərəkəti ilə onun tərəfindən yaradılan müştərili obytektin mənimsənilməsi qabaqcadan planlaşdırılıb. Mübahisəni kimin tərəfindən doğru dürüst aparılmasını sübut etmək məqsədiylə qiymətləndirici şirkətə müraciət edib obyektə qoyulan sərmayenin miqdarını rəsmi qaydada məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiаçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinə uyğun izahat verərək məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh məhkəmədən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasın xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, ilkin iddia tam, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən 10 sentyabr 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən 0.06254 hektar əmlak kompleksi kimi müəssisə mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli 2(014)-160/2020 saylı qərardadından görünür ki, məhkəmənin həmin qərardadı ilə iddiаçı İddiaçı Cavabdeh qarşı “əmlakın zəbtdən azad olunması” tələbinə dair iş üzrə işin düzgün və obyektiv həll edilməsi üçün məhkəmətikinti texniki ekspertiza təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası” 30 noyabr 2020-ci il tarixli 520 saylı ekspert rəyindən məlum olur ki, hüquqmüəyyənedici sənədlərdə Ağdaş şəhəri, N.Nərimanov küç 10 ünvanında İddiaçı istifadəsində olan torpaq sahəsi ümumi olaraq 0.0654 ha qeyd olunmuşdur. Natura üzrə faktiki istifadəsində isə 0.23724 ha təşkil edir. ünvan 1ünvanında yerləşən iddia predmeti olan mübahisəli torpaq sahəsi hüquqmüəyyənedici sənədə və koordinatlara əsasən iddiaçının istifadəsinə verilmiş torpaq sahəsində yerləşir və bu torpaq sahəsi RX seriyalı ******* saylı çıxarış əsasında əmlak kompleksi kimi müəssisə növü olaraq İddiaçı xidməti təyinatlı verilən torpaq sahəsidir. İddiaçı tərəfindən mübahisələndirilən, cavabdeh tərəfindən tikilən, təmin edilən 56 m2 talvar sahəsi iddiaçının xüsusi mülkiyyətinə verilmiş əmlak kompleksi kimi müəssisənin qeyri-yaşayış binası olan talvar altında yerləşir və bu torpaq sahəsi də iddiaçının məxsus çıxarışda qeyd olunan torpaq sahəsində yerləşir. Cavabdeh tərəfindən aparılan tikinti-təmir işləri zamanı tikinti norma və qaydalarına əməl edilmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən 30.10.2020-ci il tarixli Baxış aktından məlum olur ki, Ağdaş rayon məhkəməsinin hakimi Nizam Əliyevin icraatında olan 2(014)-160/2020 saylı mülki iş üzrə təyin olunmuş Məhkəmə tikinti-texniki ekspertizanın aparılması üçün tədqiq olunan ünvan 4 ünvanda yerləşən mübahisəli torpaq sahəsi və tikililərə baxış keçirilmiş, baxış zamanı tədqiq olunan mübahisəli torpaq sahəsinin və tikililərin mövcud vəziyyəti və koordinatları qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən Azərbaycan Respublikasının Vergilər Nazirliyində 08.11.2016-cı il tarixdı qeydiyyata alınmış “xxxx” MMC-nin (VÖEN **********) 14 mart 2019-cu il tarixli mütəxəssis rəyindən məlum olur ki, ünvan 5 ünvanda yaşayan Cavabdeh yumanın tikilməsi və ona çəkilən xərclər siyahı üzrə əmlakın qiymət qoyulması üçün müraciətinə əsasən iddia ərizəsində göstərilən əmlakına pərakəndə satış mağazalarından öyrənilərək və iddiaçının dediyinə görə həmin əmlakları hazırki bazar satışı qiyməti ilə qiymətləndirilmiş, cəmi 13451 manat xərc qoyulmuşdur. Verilən mütəxəssis rəyinə görə yuxarıdakı göstərilən əşyaların dəyəri orta bazar qiymətlərinə uyğundur. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(014)-22/2021 saylı qərardadından görünür ki, məhkəmənin həmin qərardadı ilə iddiаçı İddiaçı Cavabdeh qarşı “əmlakın zəbtdən azad olunması” tələbinə dair iş üzrə işin düzgün və obyektiv həll edilməsi üçün məhkəmətikinti texniki ekspertiza təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası” 19 aprel 2021-ci il tarixli 190 saylı ekspert rəyindən məlum olur ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən avtomobil təmirtikinti və quraşdırma işlərinin xərci (təmir-tikinti və quraşdırma işlərinə sərf ediləcək malmaterial və usta əmək haqqısı nəzərə alınmaqla) 13356.0 (on üç min üç yüz əlli altı) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən 09.04.2021-ci il tarixli Baxış aktından məlum olur ki, Ağdaş rayon məhkəməsinin hakimi Nizam Əliyevin icraatında olan 2(014)-22/2021 saylı mülki iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizanın aparılması üçün tədqiq olunan ünvan 4 ünvanda yerləşən mübahisəli torpaq sahəsi və tikililərə baxış keçirilmiş, baxış zamanı tikilinin mövcud vəziyyəti üzrə ölçüləri və məlumatları götürüldü. Tədqiq olunan mübahisəli tikili 6.2x10.60m ölçüdə olub 5.8 m hündürlükdə mişar daşından inşa edilmiş, üzəri taxta millər üzərində quraşdırılmış dəmir təbəqəli siferlərdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 241.3-cü maddəsinə əsasən bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin Həmin Məcəllənin 1092.1-ci maddəsinə əasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Həmin Məcəllənin 1092.2-ci maddəsinə əasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir Beləliklə, məhkəmədə müəyyən olundu ki, ƏMDK-nın yanında DƏDRX-nın 17 saylı ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən ilkin iddiaçının xüsusi mülkiyyətinə ünvan 2 yerləşən, ümumi sahəsi 559.2 kv.m olan "əmlak kompleksi kimi müəssisə", istifadəsinə isə ölçüsü 0.06254 ha olan torpaq sahəsi verilmişdir. İlkin iddiaçının sənəd üzrə istifadəsində olan torpaq sahəsi 0.0654 ha qeyd olunsa da, natura üzrə faktiki istifadəsində 0.23724 ha təşkil edir. ünvan 2 ünvanında yerləşən iddia predmeti olan mübahisəli torpaq sahəsi ilkin idiaçının istifadəsinə verilmiş torpaq sahəsində yerləşir və bu torpaq sahəsi əmlak kompleksi kimi müəssisə növü olaraq ilkin İddiaçı xidməti təyinatlı verilən torpaq sahəsidir. İlkin iddiaçı tərəfindən mübahisələndirilən, ilkin iddia üzrə cavabdeh tərəfindən tikilən, təmir edilən 56 kv.m talvar sahəsi ilkin iddiaçının xüsusi mülkiyyətinə verilmiş əmlak kompleksi kimi müəssisənin qeyri-yaşayış binası olan "Talvar" altında yerləşir və bu torpaq sahəsi də ilkin iddiaçıya məxsus çıxarışda qeyd olunan torpaq sahəsində yerləşir. İlkin iddia üzrə cavabdeh tərəfindən aparılan tikinti-təmir işləri zamanı tikinti norma və qaydalarına əməl edilmişdir. ilkin iddia üzrə iddiaçı tərəfindən əvvələr tikilin aparılmasına, təmirinə və sonradan istifadəsinə hər hansı maneəyə və ya etiraz edilməsə də, sonradan tərəflər arasında münasibətlərin kəskinləşməsi səbəbindən həmin tikilidən istifadəyə manelər yaradılmış və etiraz edilmişdir. İlkin iddia üzrə Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən avtomobil təmir-tikinti və quraşdırma işlərinin xərci (təmir-tikinti və quraşdırma işlərinə sərf ediləcək mal-material və usta əmək haqqısı nəzərə alınmaqla) 13356.0 (on üç min üç yüz əlli altı) manat təşkil edir. Məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, ilkin iddia təmin edilməli, Cavabdeh İddiaçı oluna məxsus ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan əmlak kompleksi kimi müəəssisənin "Talvar sahəsindən" çıxarılmalı, qarşılıqlı iddia qismən təmin edilməli, iddiaçının sərf etdiyi 13451 (on min üç yüz bdörd yüz əlli bir) manat məbləğ cavabdeh tərəfindən ona qaytarılmalı, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu və məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan hüquqlarinin və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir: «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ...məhkəmə vasitəsilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarı) qeyd etmişdir ki, qaçqın və məcburi köçkünlərlə əlaqədar işlərə baxılarkən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci və 6-cı maddələrinə ciddi riayət edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etbarı ilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X2rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İlkin iddia təmin edilsin. İlkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı RX seriyalı ******* nömrəli çıxarışla məxsus olan, əmlak kompleksi kimi xüsusi mülkiyyətində olan müəəssisəsinin istifadəsində olan, ünvan 1 ünvanında yerləşən, həmin müəssisənin tərkib hissə kimi "Talvar"ın yerləşdiyi torpaq sahəsindən çıxarılsın. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh sərf etdiyi 13451 (on min üç yüz bdörd yüz əlli bir) manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ona qaytarılsın, qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumları və çəkilmiş xərclər tərəflərin özlərinə aid edilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar