Məhkəmə qərarları › İş №2(014)-230/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-230/2023

27.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-230/2023 27.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı “Ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərzəçi Ərizəçi Maraqlı şəxsnə qarşı “Ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X* 29 fevral *952-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. X* ilə anası X2 ilə *0 aprel *97*-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Nikah bağlandıqdan sonra anası “Rasulova” soyadını qəbul etmişdir. O, *0 mart 2004-cü ildə X6 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Nikah bağlandıqdan sonra “Hacıyeva” soyadını qəbul etmişdir. X* 09 oktyabr 2002-ci ildə, anası X4 isə 25 sentyabr 20*2-cü ildə Ağdaş şəhərində vəfat etmişdir. Atası və anası hər ikisi Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən şəhər qəbiristanlığında dəfn olunmuşdur. X* yaşadıqları evdə vəfat etdiyinə görə ona ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Atasının ölümündən sonra müəyyən səbəblərdən adına ölüm haqqında şəhadətnamə alınmamışdır. Valideynlərinin ölümündən sonra vərəsəliyin açılması ilə əlaqədar onun ölümünü təsdiq edən sənədi başqa formada əldə etmək mümkün olmadığından ölüm şəhadətnaməsini almaq mümkün deyildir. Ona görə də mərhum X*nun ölümün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Belə ki, o, mərhum atasının adına ölüm haqqında şəhadətnamə verilməsi üçün maraqlı orqan Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı orqan Maraqlı şəxs ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsindən çıxarış olmadığına görə mərhumun ölümünün qeydə alınmasının mümkün olmadığını bildirmiş, mübahisənin həlli məqsədi ilə aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Qeyd olunan ölümün qeyd edilmə faktının müəyyən edilməsi ona vərəsəlik hüququnun əmələ gəlməsi ilə əlaqədar lazımdır. Buna görə də 29 fevral *952-ci ildə Ağdaş rayonunda anadan olmuş X*nun 09 oktyabr 2002-ci ildə Ağdaş şəhərində ölməsi faktının müəyyən edilməsinə və ölümün maraqlı orqan Maraqlı şəxsndə qeydə alınmasına dair qətnamə çıxarılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.6-cı maddəsinə əsaslanaraq iş üzrə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə qismən təmin edilməlidir. İş üzrə şahid X8 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X*6 Birliyində sədr müavini vəzifəsində işləyir. Ərizəçi Zöhrə Nəbiyevanın qardaşıdır. Zöhrə Nəbiyevanın mərhum həyat yoldaşı Rauf Nəbiyev 24 yanvar 2002-ci ildə ölmüş, 25 yanvar 2002-ci il tarixdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində dəfn edilmişdir. İş materialları ilə müəyyən edilir ki, X*4 0* iyul *95*-ci ildə Ağdaş rayonu, Yuxarı Ləki kəndində anadan olmuşdur. Ərizəçi X*0 arvadıdır. X*4 24 yanvar 2002-ci il tarixdə vəfat etmiş və Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ailə Məcəlləsinin *93.*-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin *93.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 29 fevral *952-ci ildə Ağdaş rayonunda anadan olmuş X3 09 oktyabr 2002-ci ildə Ağdaş şəhərində ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar