Məhkəmə qərarları › İş №2(014)-237/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-237/2022

07.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-237/2022 07.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərzəçi Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1967-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Hal-hazırda Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 77-də yaşayır. X3 25.06.1955-ci ildə Ağdaş rayonu, Maşad kəndində doğulmuş, Ağdaş rayonu, Maşad kəndində qerydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 21 noyabr 1998-ci il tarixdə Ağdaş rayonu, Maşad kəndində yaşadığı ünvanda vəziyyəti ağırlaşaraq infarktdan vəfat etmişdir. X3 Ağdaş rayonu, Maşad kənd qəbirstanlığında fən edilmişdir. X1 ölümü barədə şəhadətnamə alınmamışdır. Hal-hazırda da Maraqlı şəxs tərəfindən X5 ölümü barədə şəhadətnamə verilmir və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. X1 21 noyabr 1998-ci il tarixdə Ağdaş rayonu, Maşad kəndində infarktdan ölməsi faktını şahidlər də təsdiq edə bilir. Qeyd olunan ölümün qeyd edilmə faktının müəyyən edilməsi ona vərəsəlik məsələsinin həlli ilə əlaqədar lazımdır. Odur ki, 25.06.1955-ci ildə Ağdaş rayonu, Maşad kəndində doğulmuş, Ağdaş rayonu. Maşad kəndində yaşamış X5 21 noyabr 1998-ci il tarixdə Ağdaş rayonu, Maşad kəndində infarktdan vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifalərəini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid X8 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi qonşusudur və onlar ailədə 4 bacı 2 qardaş olublar. Gülöşənin qardaşı Mayıs Məmmədov 21 noyabr 1998-ci ildə Maşad kəndində vəfat edib və həmin kənddə dəfn edilib. İş üzrə şahid X10 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi qonşusudur. Onlar 4 bacı, 2 qardaş olublar. Gülöşənin qardaşı Mayıs Məmmədov 21 noyabr 1998-ci ildə Ağdaş rayonu, Maşad kəndində vəfat edib və Maşad kəndində dəfn edilib. İş materialları ilə müəyyən edilir ki, X7 25.06.1955-ci ildə Ağdaş rayonu, Maşad kəndində anadan olmuşdur. X2 Gülöşə Dursun qızının bacısıdır. X7 21.11.1998-ci ildə Ağdaş rayonu, Maşad kəndində vəfat etmiş və Maşad kənd qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25.06.1955-ci ildə Ağdaş rayonu, Maşad kəndində anadan olmuş X5 21.11.1998-ci ildə Ağdaş rayonu, Maşad kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar