Məhkəmə qərarları › İş №2(014)-2390/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2390/2021

10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2390/2021 10.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddasına dair mülki iş üzrə verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 15R000004666 saylı kredit razılaşması üzrə 9019.51 ABŞ dolları məbləğində kredit borcu, 12229.44 ABŞ dolları məbləğində faiz borcu və 12465.74 BAŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 33714.69 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 261.95 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alıması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, ünvan 1 ünvanında yerləşən 0.069 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılması, 33714.69 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 261.95 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 ümumi qaydada tutulması, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmə iclasında baxılarkən iş üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh4 banka olan borcunu tam olaraq ödədiyini, onun bank qarşısında öhdəliyinin olmadığını bildirmiş və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmiş, iş üzrə cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iş üzrə iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iş üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə qəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar