Məhkəmə qərarları › İş №2(014)-245/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-245/2022

22.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-245/2022 22.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Maraqlı tərəf X2 iştirakı ilə, Ərizəçi maraqlı tərəflər Bayramov Elburus Əziz oğlu, Maraqlı şəxs2, X3 və Maraqlı şəxs4nə qarşı «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəflər Bayramov Elburus Əziz oğlu, Maraqlı şəxs2, X3 və Maraqlı şəxs4nə qarşı «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonunun Sadavat kəndində 23.09.1966-cı ildə anadan olmuş X1 14 iyul 2015-ci il tarixdə Ağdaş rayonun Sadavat kəndində qeyd edilən vaxt və şəraitdə ölməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1961-ci ildə Ağdaş rayonu Sadavat kəndində anadan olmuşdur. X9 1998-ci il tarixdə anası X16 isə 29 mart 2001-ci il tarixdə vəfat etmişdir. Ondan və bu ərizədə maraqlı tərəf kimi qeyd edilən şəxslərdən başqa valideynlərinin 23.09.1966-cı ildə anadan olmuş X13 adlı övladları olmuşdur. Onun bacısı doğulduğu andan daimi olaraq Ağdaş rayonunun Sadavat kəndində qeydiyyatda olaraq yaşamışdır. Bacısı 14 iyul 2015-ci il tarixdə öz evində uzun sürən xəstəlikdən sonra vəfat etmiş və dini adətlərlə onların kənd qəbristanlığında dəfn edilmişdir. O yataq xəstəsi olduğundan və hüquqi savadsızlığından bacısının ölümü barədə tibb müəssəsinə müraciət etməyərək ölüm haqqında müvafiq sənəd əldə etməmişdir. Buna görə də bacısının ölümündən sonra onun müvafiq icra orqanına ölümlə bağlı şəhadətnamə verilməsinə dair müraciətinə məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Yuxarıda qeyd olunan və digər səbəblərdən bacısının ölməsi faktı bugünədək sənədləşdirilməmiş qalmışdır. X1 həqiqətən ölməsi onun dəfn mərasimində şəxsən iştirak etmiş şəxslərin ifadələri və digər sübutlarla təsdiq oluna bilər. Ağdaş rayon Xosrov Bələdiyyəsinin sədri E.Kərimovun verdiyi 08.07.2019-cu il tarixli 30 saylı arayışa əsasən 1966-cı il təvəllüdlü X13 14 iyul 2015-ci ildə vəfat edib və Ağdaş rayon Sadavat kənd qəbiristanlığında dəfn edilmişdir. Bacısının ölüm faktını təsdiq edən sənədləri başqa formada əldə etmək qeyri mümkün olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, ərizəçi məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Maraqlı tərəf X7 məhkəmə iclasında ərizə verərək bildirdi ki, Ərizəçi onun qardaşıdır. X5 23.09.1966-cı ildə Ağdaş rayon Sadavat kəndində anadan olmuş, 14 iyul 2015-cı ildə Ağdaş rayon Sadavat kəndində xərçəng xəstəliyindən vəfat etmişdir. Maraqlı tərəfin nümayəndəsi Maraqlı şəxs4nə və maraqlı tərəflər Bayramov Elburus Əziz oğlu və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs4 nümayəndəsi və maraqlı tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, maraqlı tərəfin nümayəndəsinin və maraqlı tərəflərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında şahid qismində ifadə verən X14 bildirdi ki, Ərizəçi onun qonşusudur. X13 23.09.1966-cı ildə Ağdaş rayon Sadavat kəndində anadan olmuş, 14 iyul 2015-cı ildə Ağdaş rayon Sadavat kəndində xərçəng xəstəliyindən vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X19 bildirdi ki, Ərizəçi onun əmisi oğludur. Əmisi qızı X13 23.09.1966-cı ildə Ağdaş rayon Sadavat kəndində anadan olmuş, 14 iyul 2015-cı ildə Ağdaş rayon Sadavat kəndində xərçəng xəstəliyindən vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X17 bildirdi ki, Ərizəçi onun həyat yoldaşıdır. X4 23.09.1966-cı ildə Ağdaş rayon Sadavat kəndində anadan olmuş, 14 iyul 2015-cı ildə Ağdaş rayon Sadavat kəndində xərçəng xəstəliyindən vəfat etmişdir. Xəstə olduğu müddətdə ona özü baxmışdır. Məhkəmə maraqlı tərəfin izahatını dinləyib və şahid ifadələrini nəzərə alıb, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs4 tərəfindən verilmiş 07.05.2018-ci il tarixli AZ-945379 saylı ölüm haqqında şəhadətnamədən məlum olur ki, X16 23.09.2001-ci il tarixdə Ağdaş rayon Sadavat kəndində vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs4 tərəfindən verilmiş 07.05.2018-ci il tarixli AZ-945380 saylı ölüm haqqında şəhadətnamədən məlum olur ki, X22 07.11.1998-ci il tarixdə Ağdaş rayon Sadavat kəndində vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs4 tərəfindən verilmiş 01 oktyabr 2019-cu il tarixli 2044 saylı doğum haqqında arayışdan məlum olur ki, X13 23.09.1966-cı il tarixdə Ağdaş rayon Sadavat kəndində anadan olmuşdur. Atası X22, X6r. Bu barədə 30.09.1966-cı il tarixdə 148 saylı Ağdaş rayon Xosrov kənd İ/N-yi tərəfindən akt qeydi tərtib olunmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Şəmsabad kənd İ/N-yi tərəfindən verilmiş 07.09.2019-cu il tarixli AZ-T 113756 saylı doğum haqqında şəhadətnamdən məlum olur ki, Ərizəçi xx.xx.1961-cı il tarixdə Ağdaş rayon Sadavat kəndində anadan olmuşdur. X6r. Bu barədə 10.03.1961-cı il tarixdə 32 saylı Ağdaş rayon Şəmsabad kənd İ/N-yi tərəfindən akt qeydi tərtib olunmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Xosrov bələdiyyəsi tərəfindən verilmiş 08.07.2019-cu il tarixli 30 saylı arayışdan məlum olur ki, mərhumə X13 14.07.2015-ci ildə vəfat etmişdir və Ağdaş rayon Sadavat kənd qəbristanlığında dəfn edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiqi edilən Maraqlı şəxs4 tərəfindən verilmiş 27 iyun 2019-cu il tarixli 1320 saylı məktubdan məlum olur ki, X12, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 syalı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktının təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın, yəni X8 ölü hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədi təqdim edə bilmədiyini nəzərə alınaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmadığından, ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiqi edilən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli 1766 saylı məktubdan məlum olur ki, Ərizəçi Ağdaş rayonu Sadavat kənd sakini, 23.09.1966-cı il təvəllüdlü X8 ölümünün vaxtından uzun müddət keçdiyi üçün (14.07.2015) onun ölümünü qeydiyyata ala bilmədiklərindən Ağdaş rayon Məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Mülki işdə olan və məhkəmə iclasında tədqiqi edilən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 09 fevral 2022-ci il tarixli 184 saylı məktubdan məlum olur ki, Ağdaş rayonu Sadavat kənd sakini, 23.09.1966-cı il təvəllüdlü X8 14.07.2015-ci il tarixdə vəfat etməsi haqqında ağdaş RMX PHŞ-də hər hansı bir sənəd mövcud deyil. Mülki işdə olan və məhkəmə iclasında tədqiqi edilən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 2 saylı X29 filialı tərəfindən verilmiş 03 fevral 2022-ci il tarixli **********6 saylı məktubdan məlum olur ki, Ağdaş rayonu Sadavat kənd sakini, 23.09.1966-cı il təvəllüdlü X13 filialdan heç bir növ pensiya, sosial müavinət və təqaüd almamışdır. Sosial sığorta ödəyicisi kimi qeydiyyatda olub-olmaması barədə məlumatı DSMF-nın Mərkəzi Sosial sığorta və Fərdi Uçot idarəsinə müraciət edə biləcəyi bildirilmişdir. Beləliklə məhkəmədə aydın oldu ki, Ərizəçi mərhum X5 23.09.1966-cı ildə Ağdaş rayonu Sadavat kəndində anadan olmuş və 14 iyul 2015-ci il tarixdə Ağdaş rayonu, Sadavat kəndində vəfat etmişdir. Ərizəçinin bacısının ölüm faktı ilə bağlı vaxtında müvafiq orqanlara müraciət etmədiyindən ölümün qeydiyyatı başqa formada mümkün olmadığından rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında ifadə verən şahidlər ölüm faktını təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23.09.1966-cı ildə Ağdaş rayonu Sadavat kəndində anadan olmuş X13 14 iyul 2015-ci il tarixdə Ağdaş rayonu, Sadavat kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxs4nə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar