Məhkəmə qərarları › İş №2(014)-27/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-27/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-27/2022 16.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 111.LN.2102.220415.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 25 (iyirmi beş) faiz ödənilmək şərti ilə ilə 18000 (on səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə 111.LN.2102.220415.00001 saylı kredit müqaviləsi bağlanarkən Cavabdeh2 ilə bank arasında 22 aprel 2015-ci il tarixli, 111.CL.220415.00001/c saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh1 ilə 111.LN.2102.220415.00001 saylı kredit müqaviləsi bağlanarkən Cavabdeh3 ilə Bank arasında 22 aprel 2015-ci il tarixli, 111.CL.220415.00001/d saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflər arasında imzalanmış 22 aprel 2015-ci il tarixli 111.CL.220415.00001/b saylı ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Ağdaş şəhəri, Soltan Hacıbəyov küçəsində yerləşən 0,1006 ha torpaq sahəsi və üzərində olan 4 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin 5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 oğluna borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********437 saylı, xx.xx.2021-ci il tarixli xəbərdarlığın və **********438 saylı, xx.xx.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Cavabdehlər onlara veilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar. Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 23737 (iyirmi üç min yeddi yüz otuz üç) ABŞ dolları təşkil edir. Bundan 10521 (on min beş yüz iyirmi bir) ABŞ dolları əsas, 1266 (bir min iki yüz altmış altı) ABŞ dolları faiz, 10476 (on min dörd yüz yetmiş altı) ABŞ dolları cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1474 (min dörd yüz yetmiş dörd) ABŞ dolları faiz borcu təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış İpoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Göstərilənlərə əsasən Cəmi 23737 (iyirmi üç min yeddi yüz otuz yeddi) ABŞ dolları - bundan 10521 (on min beş yüz iyirmi bir) ABŞ dolları əsas, 1266 (min iki yüz altmış altı) ABŞ dolları faiz, 10476 (on min dörd yüz yetmiş altı) ABŞ dolları cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1474 (min dörd yüz yetmiş dörd) ABŞ dolları faiz borcunun və ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Ağdaş şəhəri, Soltan Hacıbəyov küçəsində yerləşən 0,1006 ha torpaq sahəsi və üzərində olan 4 saylı fərdi yaşayış evinə yönəlməsi, - yuxarıdakı əmlakın ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin boşaldılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, ona hesablanmış cərimə və faizlərlə, eyni zamanda evin dəyəri ilə bağlı müəyyən edilmiş qiymətlə razı olmadığını, banka olan borcunu ödəyəcəyini bildirdi. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 111.LN.2102.220415.00001 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 25% ödəmək şərtilə 18000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşin materiallarında olan xx.xx.2015-ci il tarixli, № 111.LN.2102.220415.00001 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 xx.xx.20215-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixədək hər ay 715,68 ABŞ dolları xx.xx.2018-ci il tarixdə isə 715,51 ABŞ dolları kredit ödənişi etməli idi. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 111.LN.2102.220415.00001 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il il tarixli əlavə razılıq müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli, № 111.LN.2102.220415.00001 saylı kredit müqaviləsi üzrə öhdəliklər restrukturizasiya edilmiş, öhdəliyin müddəti 26 ay müəyyən edilmişdir. İşin materiallarında olan xx.xx.2015-ci il tarixli, № 111.LN.2102.220415.00001 saylı kredit müqaviləsinə 2 saylı əlavədən görünür ki, Cavabdeh1 xx.xx.20216-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixədək hər ay 219,06 - 472 ABŞ dolları kredit ödənişi etməli idi. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 111.CL.2102.220415.00001/c saylı zaminlik müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli, № 111.LN.2102.220415.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 111.CL.2102.220415.00001/d saylı zaminlik müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli, № 111.LN.2102.220415.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 111.CL.2102.220415.00001/b saylı ipoteka müqaviləsindən görünür ki, ipotekasaxlayan və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 111.LN.2102.220415.00001 saylı kredit müqaviləsi və ona əlavə edilmiş, və ya əlavə ediləcək üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə ipotekaqoyan əmlakı ipoteka qoymuş, eləcə də ona olan hüquq və maraqları ipotek saxlayana vermişdir. İşin materiallarında olan xx.xx.2015-ci il tarixli, RX seriyalı, № ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 məxsus reyestr nümrəsi **********09-10301 olan Ağdaş şəhəri, Soltan Hacıbəyov küçəsi, 4 saylı fərdi yaşayış evi, 0,1006 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmiş, ipoteka ilə yüklü edilmənin müddəti 36 ay xx.xx.2018-ci il tarixədək müəyyən edilmişdir. İşin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Ağdaş şəhəri, Soltan Hacıbəyov küçəsi, 4 saylı fərdi yaşayış evinin, 0,1006 ha torpaq sahəsi ilə birlikdə qiyməti 27.000 (iyirmi yeddi min) manat müəyyən edilir. İşin materiallarında olan xx.xx.2015-ci il tarixli, № 111.CL.2102.220415.00001/b saylı saylı ipoteka müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 məxsus reyestr nümrəsi **********09-10301 olan Ağdaş şəhəri, Soltan Hacıbəyov küçəsi, 4 saylı fərdi yaşayış evinin, 0,1006 ha torpaq sahəsi ilə birlikdə qiyməti 40.000 (qırx min) manat müəyyən edilir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 22 aprel 2015-ci il tarixli 111.LN.2102.220415.00001 saylı kredit müqaviləsinin və həmin müqavilənin əsasında imzalanmış xx.xx.2016-cı il tarixli 1 nömrəli əlavə razılaşmanın qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2018-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan ümumi borcu 14.672,55 ABŞ dolları məbləğində xx.xx.2021-ci il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan ümumi borcu isə 13.363,92 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2018-ci il tarixə olan borcu üzrə: əsas borc üzrə - 12472,20 ABŞ dolları, faiz borcu üzrə - 2200,34 ABŞ dolları. xx.xx.2021-ci il tarixə olan borcu üzrə: əsas borc üzrə - 10827,20 ABŞ dolları, faiz borcu üzrə - 2536,72 ABŞ dolları. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 22 aprel 2015-ci il tarixli 111.LN.2102.220415.00001 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh1 cərimə borcu hesablanmadı. İşin materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka ümumilikdə 23737 (iyirmi üç min yeddi yüz otuz yeddi) ABŞ dolları borcu qalmışdır. İşin materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 111.LN.2102.220415.00001 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 25% ödəmək şərtilə 18000 ABŞ dolları məbləğində kredit verilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 111.LN.2102.220415.00001 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il il tarixli əlavə razılıq müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli, № 111.LN.2102.220415.00001 saylı kredit müqaviləsi üzrə öhdəliklər restrukturizasiya edilmiş, öhdəliyin müddəti 26 ay müəyyən edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 111.CL.2102.220415.00001/c saylı zaminlik müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli, № 111.LN.2102.220415.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bank qarşısında öz üzərinə məsuliyyət götürmüş, Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 111.CL.2102.220415.00001/d saylı zaminlik müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli, № 111.LN.2102.220415.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bank qarşısında öz üzərinə məsuliyyət götürmüş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 111.CL.2102.220415.00001/b saylı ipoteka müqaviləsindən görünür ki, ipotekasaxlayan və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 111.LN.2102.220415.00001 saylı kredit müqaviləsi və ona əlavə edilmiş, və ya əlavə ediləcək üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə ipotekaqoyan əmlakı ipoteka qoymuş, eləcə də ona olan hüquq və maraqları ipotek saxlayana vermiş, xx.xx.2015-ci il tarixli, № 111.CL.2102.220415.00001/b saylı ipoteka müqaviləsinin Ağdaş şəhəri, Soltan Hacıbəyov küçəsi, 4 saylı fərdi yaşayış evinin, 0,1006 ha torpaq sahəsi ilə birlikdə qiyməti 40.000 (qırx min) manat müəyyən edilmiş, cavabdehlər üzərlərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onların banka ümumilikdə 23737 (iyirmi üç min yeddi yüz otuz yeddi) ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 10476 ABŞ dolları dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyindən cavabdeh-zamin bank qarşısında heç bir məsuliyyət daşımır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədiyindən, zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanmalıdır. Əsas öhdəliyin icrası vaxtı isə xx.xx.2018-ci ildir. Beləliklə, əsas öhdəliyin icrası vaxtından məhkəməyə müraciət olunan vaxtadək artıq 3 ildən artıq müddət keçmiş və zaminliyə xitam verilmişdir. Qeyd olunmalıdır ki, zaminlik müqaviləsinin 4.1-ci bəndi zaminliyin verilmə müddəti kimi qəbul edilə bilməz. Həmin bənddə göstərilmişdir ki, bu müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildyi vaxta qədər qüvvədə olacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə müvafiq olaraq müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Maddənin məzmunundan göründüyü kimi müddət 3 qaydada müəyyənləşdirilə bilər: - dəqiq təqvim tarixi ilə; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə; - hökmən baş verməli olan hadisənin göstərilməsi ilə. Zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndində müddət, öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə uyğun deyildir. Belə ki, öhdəliklərin tam icra olunması hökmən baş verməli olan hadisə kimi qiymətləndirilə bilməz. Hökmən baş verməli olan hadisənin göstərilməsi yolu ilə müddətin müəyyən olunmasının xüsusiyyəti ondan ibarətdir ki, mülki hüquq münasibətlərinin iştirakçıları belə müddətin çatmasının dəqiq tarixini qabaqcadan bilmirlər. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir. Ona görə də müddətlər öhdəliyin icra edilib-edilməməsi ilə müəyyən oluna bilməz. Bundan başqa, zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndi hüquqi müəyyənlik prinsipinə zidd müddəa kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3-cü maddəsinin tələbinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 59.3-cü maddəsinin tələbinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd edilir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadının 20-ci bəndinə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mübahisəli məsələ ilə bağlı təqdimat vermiş məhkəmə tərkibi ilə razılaşaraq hesab edir ki, “İpoteka haqqında” Qanunun tələbi baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, № 111.LN.2102.220415.00001 saylı kredit müqaviləsi üzrə 10521 (on min beş yüz iyirmi bir) ABŞ dolları əsas borc, 1266 (min iki yüz altmış altı) ABŞ dolları faiz, 500 (beş yüz) ABŞ dolları cərimə, 1474 (min dörd yüz yetmiş dörd) ABŞ dolları müqavilə müddətindən sonra 5%-lə hesablanmış (Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli qərarına uyğun olaraq) faiz, olmaqla, cəmi 13761 (on üç min yeddi yüz altmış bir) ABŞ dolları məbləğində borc, 30,40 manat ödənilmiş dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma Cavabdeh1 məxsus olan Ağdaş şəhəri, Soltan Hacıbəyov küçəsində yerləşən 0,1006 ha torpaq sahəsinə və 4 saylı fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti olan Cavabdeh1 məxsus Ağdaş şəhəri, Soltan Hacıbəyov küçəsində yerləşən 0,1006 ha torpaq sahəsi və 4 saylı fərdi yaşayış evi açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilməli, vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsi Cavabdeh1 qaytarılmalı, ipoteka predmetinin hərracda satışından əldə olunmuş vəsait kredit borcunun tam ödənilməsi üçün kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh1 tutulmalı, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 40000 (qırx min) manat məbləğində müəyyən edilməli, Cavabdeh1 məxsus olan Ağdaş şəhəri, Soltan Hacıbəyov küçəsi, 4 saylı fərdi yaşayış evinə, 0,1006 ha torpaq sahəsi ilə birlikdə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Ağdaş şəhəri, Soltan Hacıbəyov küçəsi, 4 saylı fərdi yaşayış evinə 0,1006 ha torpaq sahəsi ilə birlikdə olan istifadə hüquqları itirilmiş hesab edilməli, onlar həmin evdən çıxarılmalı və ev boşaldılmalı, iddia qalan hissədə təmin edilməməli, Cavabdeh1 150 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməli və Cavabdeh1 350 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASCnin İnşaatçılar filialı; Kodu 201360; VÖEN **********; Müxbir hesab AZ37NABZ013501**********1944; SWİFT AİİBBAZ2X; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ53AİİB400600C**********226) ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-in 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli, № 111.LN.2102.220415.00001 saylı kredit müqaviləsi üzrə 10521 (on min beş yüz iyirmi bir) ABŞ dolları əsas borc, 1266 (min iki yüz altmış altı) ABŞ dolları faiz, 500 (beş yüz) ABŞ dolları cərimə, 1474 (min dörd yüz yetmiş dörd) ABŞ dolları müqavilə müddətindən sonra 5%-lə hesablanmış (Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına uyğun olaraq) faiz, olmaqla, cəmi 13761 (on üç min yeddi yüz altmış bir) ABŞ dolları məbləğində borc, 30,40 manat ödənilmiş dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh1 məxsus olan Ağdaş şəhəri, Soltan Hacıbəyov küçəsində yerləşən 0,1006 ha torpaq sahəsinə və 4 saylı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus Ağdaş şəhəri, Soltan Hacıbəyov küçəsində yerləşən 0,1006 ha torpaq sahəsi və 4 saylı fərdi yaşayış evi açıq hərracda satılsın və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilsin. Vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsi Cavabdeh1 qaytarılsın. İpoteka predmetinin hərracda satışından əldə olunmuş vəsait kredit borcunun tam ödənilməsi üçün kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh1 tutulsun. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 40000 (qırx min) manat məbləğində müəyyən edilsin. Cavabdeh1 məxsus olan Ağdaş şəhəri, Soltan Hacıbəyov küçəsi, 4 saylı fərdi yaşayış evinə, 0,1006 ha torpaq sahəsi ilə birlikdə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Ağdaş şəhəri, Soltan Hacıbəyov küçəsi, 4 saylı fərdi yaşayış evinə 0,1006 ha torpaq sahəsi ilə birlikdə olan istifadə hüquqları itirilmiş hesab edilsin, onlar həmin evdən çıxarılsınlar və ev boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 150 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Cavabdeh1 350 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC-nin İnşaatçılar filialı; Kodu 201360; VÖEN **********; Müxbir hesab AZ37NABZ013501**********1944; SWİFT AİİBBAZ2X; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ53AİİB400600C**********226) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar