Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-314/2024 18.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 04 oktyabr *962-ci il tarixdə Ağdaş rayonu, Kükəl kəndində doğulmuşdur. X4 Ərizəçi ilə 23 may *983-cü il tarixdə evlənmişlər. X2 22 fevral 2022ci il tarixdə ölmüşdür. X2 öldüyü günədək birgə Ağdaş rayonu, Ərəb kəndində ərizəçi ilə birgə nikahda olmuşlar. X* ölümünə səbəb ağır sürən xəstəliyi səbəb olmuşdur. X9 rayonu, Ərəb kənd qəbiristanlığında qonşu və qohumlarının iştirakı ilə dəfn edilmişdir. Lakin həmin vaxt müəyyən səbəblərdən ölüm haqqında şəhadətnamə alınmamış, bununla bağlı heç bir orqana müraciət edilməmişdir. Hazırda mərhum arvadının ölümünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından ölüm haqqında şəhadətnaməni almaq mümkün olmamış, ona görə də mərhum arvadı X3 ölümünün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Qeyd olunanlara əsasən 04 oktyabr *962-ci il tarixdə doğulmuş X3 22 fevral 2022-ci il tarixdə Ağdaş rayonu, Ərəb kəndində ölməsi faktının müəyyən edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək mərhum arvadı X3 ölməsinə dair sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid* ifadə verərək göstərdi ki, X2 onun bacısıdır. X8 xəstə idi. Belə ki, insult keçirmişdir. İki ilə əvvəl, yəni 22 fevral 2022-ci il tarixdə Ağdaş rayonu, Ərəb kəndində ölmüş, Ağdaş rayonu, Kükəl kəndində isə dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 və Şahid3 da özlərindən əvvəl ifadə vermiş Şahid* ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış *0*5 №-li, *9 may 2023-cü il tarixli məktubdan görünür ki, X3 ölümünün qeydə alınması üçün zəruri olan ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşin materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən Ərizəçi ünvanlanmış 607 №-li, ** may 2023-cü il tarixli məktubdan görünür ki, vətəndaşın ölümündən uzun müddət keçdiyi üçün tərəflərindən ölüm qeydiyyata alına bilmir və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşin materiallarında olan 23 may *983-cü il tarixdə Ağdaş rayon Kükəl kənd soveti tərəfindən verilmiş İİİ-ЖГ № 2774*5 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 23 may *983-cü il tarixdə *3 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Məhərrəmov, arvada Məhərrəmova soyadı verilmişdir. İşin materiallarında olan 28 dekabr 2023-cü il tarixdə Ağdaş rayon İcra Hakimiyyəti baçısının Ərəb kənd inzibati ərazi dairəsi üzrə nüməyəndliyi tərəfindən verilmiş 5-32-*2/2-M- 358/2023 №-li, 28 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum arvadı Ağdaş rayonu, Ərəb kənd sakini olmuş 04 oktyabr *962-ci il təvəllüdlü X4 ölən günədək Ağdaş rayonu, Ərəb kəndində yaşamışdır. X2 qəbiristanlıqda yerləşən baş daşına əsasən 22 fevral 2022-ci il tarixdə Ağdaş rayonu, Ərəb kəndində ölmüşdür. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin arvadı, 04 oktyabr *962-ci il tarixdə Ağdaş rayonu, Kükəl kəndində doğulmuş X4 22 fevral 2022-ci il tarixdə ölmüş və Ağdaş rayonu, Kükəl kənd qəbiristanlığında dəfn edilmiş, lakin ərizəçi arvadının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi arvadının ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi arvadı, 04 oktyabr *962-ci il tarixdə Ağdaş rayonu, Kükəl kəndində doğulmuş X3 22 fevral 2022-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.* və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi arvadı, 04 oktyabr *962-ci il tarixdə Ağdaş rayonu, Kükəl kəndində doğulmuş X3 22 fevral 2022-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-314/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-314/2024
18.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver