Məhkəmə qərarları › İş №2(014)-33/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-33/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-33/2022 03.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “qətnamə ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “qətnamə ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Şəki Apelyasiya Məhkəməsinin 23 dekabr 2016cı il tarixli 2(107)-1471/2016 saylı qətnaməsi ilə tutulmuş 25007 AZN əsas , 5090 AZN faiz borcu , 2500 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun Cavabdeh1 məxsus 23 sentyabr 2014 – cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və Şəki Apelyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(107)-1471/2016 saylı qətnaməsi ilə tutulmuş cəmi 32597 AZN məbləğində borcun Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin hərracda satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 , Cavabdeh2 və Cavabdeh3 Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 , Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 23 sentyabr 2014-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 60 ay müddətinə 27000 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq, Hac;yev Yaqub Oktay oğlunun mülkiyyətindəki Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi 23 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. “Nikoyl İKB “ ASC ( İddiaçı ASC) 25007 AZN əsas borc , 5090 AZN faiz borcu , 7502 AZN cərimə borcu olmaqla cəmi 37599 AZN məbləğində borcun , 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının borclu Cavabdeh2 tutulması ,tutulacaq məbləğ öhdəliyin təminatı kimi ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakın hərracdan satışdan əldə olunan məbləğ hesabına iddiaçıya ödənilməsi , ipoteka qoyulmuş Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsində qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilərək evdən çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılması üçün Ağdaş Rayon Məhkəməsinə iddia ərizə ilə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli 2(014)-51/2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh2 25007 AZN əsas borc , 5090 AZN faiz borcu , 2500 AZN cərimə borcu olmaqla cəmi 32657 AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının "xxxx" ASC – nin xeyrinə (İddiaçı ASC ) tutulması və Tutmanın Cavabdeh1 məxsus olan Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 23 dekabr 2016-ci il tarixli 2(107)-1471/2016 saylı qətnaməsi ilə tərəfin apellyasiya şikayəti qismən təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin 14 iyun 2016-ci il tarixli 2(014)-51/2016 saylı qətnaməsi Cavabdeh2 bankın xeyrinə 25007 AZN əsas , 5090 AZN faiz borcu , 2500 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmiş, ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmirməmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, Cavabdeh2 Şəki Apelyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(107)-1471/2016 saylı qətnaməsi ilə tutulmuş 25007 AZN əsas , 5090 AZN faiz borcu , 2500 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun Cavabdeh1 məxsus 23 sentyabr 2014 – cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və Şəki Apelyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(107)-1471/2016 saylı qətnaməsi ilə tutulmuş cəmi 32597 AZN məbləğində borcun Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 , Cavabdeh2 və Cavabdeh3 Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 , Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron qaydada ərizə göndərərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçrilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə baxışı iclasında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmişlər, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2014-cü il 23 sentyabr tarixli 5-G-1-0-3212-14 (İ) nömrəli "xxxx" İKB ASC-i ilə Cavabdeh1 arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi 2014-cü il 23 sentyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 25.09.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ******* seriyalı, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən məlum olur ki, Ağdaş şəhər, B. Vahabzadə küçəsi 60 saylı fərdi yaşayış evi 0.08 ha torpaq sahəsi ilə birlikdə 23.09.2014-23.09.2019 tarixdə 60 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC tərəfindən verilmiş 23 sentyabr 2014-cü il tarixli 5-G-1-0-3212-14 (i) saylı ipoteka müqaviləsindən məlum olur ki, Cavabdeh2 qızı, Cavabdeh1 ilə "xxxx" ASC arasında ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23.08.2021-ci il tarixli 2(014)- 1310/2021 saylı qiymətləndirmə ekspertizasının təyin edilməsi haqqında qərardaddan məlum olur ki, iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «qətnamə ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Ağdaş şəhəri, B.vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi 57.85 kv.m yaşayış, 146.72 kv. m köməkçi sahəsindən 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin hazırki bazar və likvid dəyərinin müəyyən edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, Cavabdeh2 tərəfindən verilmiş 20 sentyabr 2014-cü il tarixli ərizədən məlum olur ki, əri Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.08 ha torpaq sahəsinin ipoteka qoyulmasına razılıq vermişdir. Yuxarıda göstərilən ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda tutduğu fərdi yaşayış evini könüllü boşatlmağı və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş, Cavabdeh3 tərəfindən verilmiş 20 sentyabr 2014-cü il tarixli ərizədən məlum olur ki, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.08 ha torpaq sahəsinin ipoteka qoyulmasına razılıq vermişdir. Yuxarıda göstərilən ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda tutduğu fərdi yaşayış evini könüllü boşatlmağı və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş, "xxxx" MMC tərəfindən verilmiş 01 oktyabr 2021-ci il tarixli PRE/07/2021 saylı qiymətləndirmə rəyindən məlum olur ki, Cavabdeh1 qızına məxsus ünvan 2 ünvanında yerləşən 2 otaqlı 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış, 146.72 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin bazar dəyəri 57 535 (əlli yeddi min beş yüz otuz beş) manat, likvid dəyəri 51 782 (əlli bir min yeddi yüz səksən iki) manat, 0.08 ha torpaq sahəsinin bazar qiyməti 7725 manat, likvid dəyəri 6565 manat təşkil edir. İş materiallarına əlavə edilmiş, "xxxx" MMC tərəfindən verilmiş müşayiət məktubundan məlum olur ki, Ağdaş rayon məhkəməsinin 23.08.2021-ci il tarixli 2(014)-1310/2021 saylı qərardadı üzrə, 1(bir) adda əmlakların qiymətləndirilməsinin xərci, yəni hər bir əmlaka 500 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışın surətindən görünür ki, Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi Cavabdeh1 məxsus Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi Nikoyl İKB-nin xeyirinə 2014-cü il 23 sentyabr tarixli 5-G-1-0-3212-14 (İ) nömrəli müqavilə əsasında ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində 24.09.2019-cu ildə qeydiyyata alınmışdır. İş materiallarında olan 02 aprel 2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Cavabdeh1 ünvanlanmış bildirişin surətindən görünür ki, Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmeti olan qeyri-yaşayış binasına yönəltməyə başlamaqları barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 09 aprel 2021-ci il tarixli Nikoyl İKB ASC-i tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Yevlax Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli 2(014)- 51/2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh2 25007 AZN əsas borc , 5090 AZN faiz borcu , 2500 AZN cərimə borcu olmaqla cəmi 32657 AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının "xxxx" ASC – nin xeyrinə (İddiaçı ASC ) tutulması və Tutmanın Cavabdeh1 məxsus olan Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 23 dekabr 2016-ci il tarixli 2(107)- 1471/2016 saylı qətnaməsi ilə tərəfin apellyasiya şikayəti qismən təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin 14 iyun 2016-ci il tarixli 2(014)-51/2016 saylı qətnaməsi Cavabdeh2 bankın xeyrinə 25007 AZN əsas, 5090 AZN faiz borcu, 2500 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmədə müəyyən edildi ki, "xxxx" ASC-i ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi əsasında, sonuncu Bankdan 27000 manat məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Kreditin təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evinin və 0.08 ha torpaq sahəsi 2014-cü il 23 sentyabr tarixli 5-G-1-0-3212-14 (İ) nömrəli ipoteka müqaviləsilə yüklü edilmişdir. İş üzrə iddiaçı Nikoyl İKB ASC-i həmin məbləğdə pulu Cavabdeh2 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh2 bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bu səbəbdən də iddiaçı bank məhkəməyə müraciət etmiş və ipoteka bildirişinin qeydə alınması düzgün aparılmadığından Şəki Apelyasiya Məhkəməsinin 23 dekabr 2016-ci il tarixli 2(107)-1471/2016 saylı qətnaməsi ilə tərəfin apellyasiya şikayəti qismən təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin 14 iyun 2016-ci il tarixli 2(014)-51/2016 saylı qətnaməsi Cavabdeh2 bankın xeyrinə 25007 AZN əsas , 5090 AZN faiz borcu, 2500 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia qismən təmin edilmiş, lakin iddianın tutmanın ipoteka predmetinə yönəldiməsi hissəsi isə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2 maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.4 maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə görə İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməs ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir Azərbaycan Respublikası Mülki Məcəllənin 296-cı maddəsinə əsasən Girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməli, 298ci maddəsinə əsasən satışdan götürülmüş məbləğdən Girovsaxlayanın tələbləri, ö cümlədən Girov saxlayanın bununla bağlı çəkdiyi və ya çəkəcəyi bütün xərclər ödənilməlidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 39.3 və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin tutmaya yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə(mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətindəki Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evinə və 0.08 ha torpaq sahəsinə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərracda satılmalı , Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evinin və 0.08 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiyməti fərdi yaşayış evi üçün 51782 (əlli bir min yeddi yüz səksən iki) manat, 0.08 ha torpaq sahəsi üçün isə 6565 (altı min beş yüz altmış beş) manat müəyyən edilməlidir. Fərdi yaşayış evi və torpaq sahəsi satılmalı və ondan əldə ediləcək vəsait Şəki Apellyaisya Məhkəməsinin 23.12.2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh2 tutulmalı olan borcunun və iddia verilərkən dövlət büdcəsinə keçirilmiş rüsumun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh1 Oktya oğluna qaytarılmalı, borc məbləği qeyd olunan qətnamənin icrasına kifayət etmədikdə qalıq borc məbləğinin ümumi qayda da icra olunaraq Cavabdeh2 tutulmalıdır. Fərdi yaşayış evi və torpaq sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər oranı tərk etməli və cavabdehlərin qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsinə istifadə hüququnun itirilmiş hesab olunmalı, cavabdehlər fərdi yaşayış evindən çıxarılaraq, həmin fərdi yaşayış evi boşaldılmalı və banka təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir . Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddia təmin edilməli, Cavabdeh2 Şəki Apelyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(107)-1471/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş 25007 AZN əsas, 5090 AZN faiz borcu, 2500 manat cərimə borcu və 30 manat dövlət rüsumunun tutulması Cavabdeh1 məxsus 23 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış qiyməti 51782 (əlli bir min yeddi yüz səksən iki) manat, 0.08 ha torpaq sahəsinin ilkin satış qiyməti 6565 (altı min beş yüz altmış beş) məbləğində müəyyən olunmalı, Şəki Apelyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(107)-1471/2016 saylı qətnaməsi ilə tutulmuş cəmi 32597 AZN məbləğində borc və 30 manat dövlət rüsumu Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin hərracda satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməli, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh1 qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli,tutma Cavabdeh1 məxsus olan Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 , Cavabdeh2 və Cavabdeh3 Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə olan istifadə hüquqları itirilmiş hesab edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılaraq, həmin fərdi yaşayış evi boşaldılmalı və banka təhvil verilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri dəyəri - 500 (beş yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 Şəki Apelyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(107)-1471/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş 25007 AZN əsas, 5090 AZN faiz borcu, 2500 manat cərimə borcu və 30 manat dövlət rüsumunun tutulması Cavabdeh1 məxsus 23 sentyabr 2014cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evinə və 0.08 ha torpaq sahəsinə yönəldilsin, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərracdan satılsın, fərdi yaşayış evinin ilkin satış qiyməti 51782 (əlli bir min yeddi yüz səksən iki) manat, 0.08 ha torpaq sahəsinin ilkin satış qiyməti 6565 (altı min beş yüz altmış beş) məbləğində müəyyən olunsun. Şəki Apelyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(107)-1471/2016 saylı qətnaməsi ilə tutulmuş cəmi 32597 AZN məbləğində borc və 30 manat dövlət rüsumu Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin hərracda satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilsin. Satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh1 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Tutma Cavabdeh1 məxsus olan Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 , Cavabdeh2 və Cavabdeh3 Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə olan istifadə hüquqları itirilmiş hesab edilsin, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılaraq, həmin fərdi yaşayış evi boşaldılsın və banka təhvil verilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri dəyəri - 500 (beş yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar