Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-347/2021 27.01.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 qarşı əqdin etibarlı hesab edilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 qarşı əqdin etibarlı hesab edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN:0003 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına (kod 90303038) əsasən Ağdaş rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli 03 saylı qərarı ilə və qeydiyyat kitabında xx xxxx 1999-cu il tarixdə 1971 sayı ilə qeydiyyata alınmış akta əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətinə verilmiş Ağdaş rayonunun Yenikənd kəndindən 4,91 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlərlə aralarında alqı-satqıya dair əqdin etibarlı hesab edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək məhkəmə iclasında göstərdi ki, Ağdaş rayonu Yenikənd kəndində yaşayan Cavabdeh1 və ailə üzvləri həmin kənddə özlərinə məxsus pay torpaqlarını satırdılar. O da həmin vaxt torpaq almaq istəyirdi. Cavabdeh1 və ailə üzvləri ilə həmin torpağı almaq barədə razılığa gəldilər və cavabdehlərə o, 3.000.000 (üç milyon) manat (üç yüz şirvan) vermişdir. Bu barədə Ağdaş RİHB-nın Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin möhürü ilə təsdiqlənmiş xx xxxxxx 2005-ci il tarixli AKT yazmışlar, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və o, həmin vaxt cavabdehlər ilə alqı-satqını rəsmiləşdirmək üçün Notariat ofisinə gədəcəklərini bildirmişlər. Lakin bir müddət sonra notariusa gəlməkdən imtina etmişlər. Cavabdehlər bildirdilər ki, onlar torpağı satıb pulunu almışlar, ondan heç bir tələbləri yoxdur, özü gedib alıq-satqını edə bilər. O, cavabdehlərə hər iki tərəfin notariusa getməli olduğunu bildirsə də onlar hər dəfə bir bəhanə ilə bundan yayındılar. Cavabdehlər mexseti türkləri olduqları üçün hazırda Ağdaş rayonundan köçüb gediblər və harada yaşadıqlarını bilmir. Onların sonuncu yaşayış yeri Ağdaş rayonu, Yenikənd kəndi olmuşdur. Cavabdehlərin ona verdiyi JN:0003 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına (kod 90303038) əsasən Ağdaş rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli 03 saylı qərarı ilə və qeydiyyat kitabında xx xxxx 1999-cu il tarixdə 1971 sayı ilə qeydiyyata alınmış aktda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Ağdaş rayonunun Yenikənd kəndindən 4,91 hektar olmaqla üç müxtəlif ərazidən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin vaxtdan o, faktiki olaraq cavabdehlərdən aldığı həmin torpaq sahəsi üzərində qanunla müəyyən olunmuş qaydada sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Yuxarıda qeyd etdiyi kimi cavabdehlərə dəfələrlə torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirməyi təklif etsə də, onlar dolayısı ilə notariat kantoruna gəlməkdən boyun qaçırdıqları üçün aralarında olan alqı-satqını notariat kontorunda rəsmiləşdirmək mümkün olmamışdır. Torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar qarşılıqlı iddia üzrə cavabdehlərlə aralarında yaranmış mübahisəli hüquq münasibətləri xx xxxxxx 2005-ci ildə yarandığından həmin dövrdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəməyə daxil olmuş yazılı məlumatdan görünür ki, iş üzrə cavabdehlər qeydiyyatda olduğu Ağdaş rayonu,Yenikənd kəndində yaşamadıqları üçün məhkəmə bildirişini onlara təqdim etmək mümkün olmamışdır. Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iş üzrə cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və iş üzrə şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə şahid X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o,2000-ci ildən kənd bələdiyyəsinin müavinidir. Mübahisəli torpaq sahəsi cavabdehlərin ümum birgə mülkiyyətində olmuşdur,cavabdehlər mesxeti türkləridir. Cavabdehlər Yenikənd kəndində yerləşən 4,91 hektar torpaq sahəsini iddiaçıya pul müqabilində təxminən 2005-ci ildən də öncə satmışlar,lakin aralarında 2005-ci ilin fervral ayında alqı-satqı müqaviləsi bağlamışlar. Hazırda uzun müddətdir ki,cavabdehlər kənddən çıxıb getmişlər. Həmin torpaq sahəsini iddiaçı əkib-becərir, yəni torpaq sahəsi 2005-ci ildən də öncə iddiaçının istifadəsindədir. İş üzrə şahid Orucov Vidadi Göyüş oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, iddiaçının qardaşıdır. İddiaçı 2005-ci ilin fevral ayında cavabdehlərlə alqı-satqı müqaviləsi bağlayaraq torpaq sahəsini öz mülkiyyətinə əldə etmişdir,həmin torpaq sahəsi müqabilində cavabdehlərə ******* manat pul vermişdir. Hazırda torpaq sahəsindən iddiaçı istifadə edərək,həmin torpaqda əkin-biçinlə məşğul olur. Qeyd etmək istəyir ki, qardaşı olan iddiaçı cavabdehlərlə notarial qaydada alıq-satqı müqaviləsi bağlamaq istəsə də,cavabdehlər müxtəlif bəhanlərlə alqı-satqını rəsmiləşdirməmişlər. İş materialları ilə müəyyən olundu ki, Ağdaş rayon X1 xx xxxxxx 1998-ci il tarixli, 03 saylı qərarı ilə JN – 0003 (kod 90303038) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 mülkiyyətinə verilmiş Ağdaş rayonunun Yenikənd kəndi ərazisində cəmi 4,91 hektar torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətçisi olan cavabdehlər ilə xx xxxxxx 2005-ci ildə iddiaçı arasında olan qarşılıqlı razılaşma əsasında alqı-satqı şərtlərinə tam əməl etməklə, yəni iddiaçı tərəfindən ******* manat əvəz ödəməklə cavabdehlərə məxsus 4,91 hektar torpaq sahəsini satın almış, cavabdehlər isə pulu iddiaçıdan alaraq torpaq sahəsini iddiaçıya təhvil vermişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olmuş, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 940-İİQD nömrəli qanunu ilə çıxarılmış Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır.Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, belə ki, tərəflər arasında mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olmuş, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 940-İİQD nömrəli qanunu ilə çıxarılmış Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Ağdaş rayon X1 xx xxxxxx 1998-ci il tarixli, 03 saylı qərarı ilə JN – 0003 (kod 90303038) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 mülkiyyətinə verilmiş Ağdaş rayonunun Yenikənd kəndi ərazisində cəmi 4,91 hektar torpaq sahəsinin iddiaçıya satılmasına dair əqd etibarlı hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Ağdaş rayon X1 xx xxxxxx 1998-ci il tarixli, 03 saylı qərarı ilə JN – 0003 (kod 90303038) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 mülkiyyətinə verilmiş Ağdaş rayonunun Yenikənd kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 4,91 hektar torpaq sahəsinin İddiaçı satılmasına dair əqd etibarlı hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-347/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-347/2021
27.01.2021 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver