Məhkəmə qərarları › İş №2(014)-358/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-358/2022

10.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-358/2022 10.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı orqan Ağdaş rayon Notariat ofisinə qarşı “qohumluq və mirasın qəbulu faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə Ağdaş rayon məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Ağdaş rayon Notariat ofisinə qarşı “qohumluq və miras qəbulu faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X5nın qohumluq yəni bibisi olması faktının müəyyən edilməsi, həmçinin mirasın kütləsinə daxil olan Ağdaş rayon AİK-nın 09 aprel 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X12 adına verilmiş, Ağdaş rayon Aşağı Qəsil kəndində yerləşən 0.11 ha və 0.18 ha torpaq sahələrini miras əmlak kimi faktiki olaraq qəbul etməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, X10 1936-cı ildə nənəsi X23 və babası Hüseynov Salik ilə birgə nikahlarından doğulmuşdur. Həmçinin X5 da 1929-cu ildə nənəsi X22 və Hacıyev Zeynal ilə birgə nikahından doğulmuşdur. X5 ailə həyatı qurmamışdır. X10 21.02.1986-cı ildə vəfat etmişdir. 2012-ci ildən etibarən X5 Ağdaş rayonu Aşağı Qəsil kəndində yerləşən şəxsi mülkiyyətində onunla birlikdə yaşamışdır. X5 05.12.2016-cı ildə Aşağı Qəsil kəndində ateroskleroz xəstəliyindən qəflətən vəfat etmişdir. Mərhum X5 vəfat etdiyi günədək Ağdaş rayon Aşağı Qəsil kəndində onunla birlikdə yaşamışdır. Bu günədək mərhum bibisinə məxsus torpaq sahələrinin torpaq vergisi onun tərəfindən ödənilmişdir. Mərhumun ölümündən sonra müəyyən səbəblərdən vərəsəliklə bağlı heç bir orqana müraciət edilməmişdir. Hazırda mərhum X5nın mülkiyyətinə dair vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət etmişdir. Mərhum X5nın yeganə vərəsəsi o olduğu müəyyən edilmişdir. Lakin qohumluq münasibətlərini təsdiq edən mərhum X10nun və X5nın doğum haqqında şəhadətnamələrini Qeydiyyat şöbəsindən və arxiv idarəsindən əldə etmək mümkün olmamışdır. Mərhum X5 ilə qohumluq münasibətlərini təsdiq edən sənədi başqa formada əldə etmək mümkün olmadığından doğum haqqında şəhadətnamələri almaq mümkün deyildir. Bu səbəbdən də mərhum X10 ilə X5nın ana bir ata ayrı bacı qardaş olmaları və onunla qohumluq münasibətlərinin yəni bibisi olması faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Mərhum bibisi ölən günə kimi onunla yaşamışdır. Mərhumun da hazırda ondan başqa yaşayan qohumu yoxdur. Sözügedən miras mərhumun ölümündən bu günədək onun tərəfindən istifadə edilmişdir. Kommunal xərcləri və vergiləri də onun tərəfindən ödənilmişdir. Həmçinin qeyd etdiklərinə əsasən də mirasın qəbulu faktının təsdiq edilməsinə dair tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək ərizəsinin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı orqanın nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, Ərizəçi onun həmkəndlisi və qonşusudur. Mərhum X2 Şahin Sail oğlunun doğma bibisi olmuşdur. X20 05.12.2016-cı ildə Aşağı Qəsil kəndində ateroskleroz xəstəliyindən qəflətən vəfat etmişdir. X6, Ərizəçi övladlığa götürmüş, vəfat etdiyi günədək Ağdaş rayon Aşağı Qəsil kəndində Ərizəçi ilə birlikdə bir ünvanda yaşamışdır. Bugünədək mərhuma məxsus torpaq sahələri Ərizəçi tərəfindən idarə olunmuş, torpaq vergisi də onun tərəfindən ödənilmişdir. Mərhumun dəfn və yas mərasimi də Ərizəçi tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, Ərizəçi onun doğma qardaşıdır. X6 onun doğma bibisi olmuşdur. X20 05.12.2016-cı ildə Aşağı Qəsil kəndində ateroskleroz xəstəliyindən qəflətən vəfat etmişdir. X6 qardaşı Ərizəçi övladlığa götürmüş, vəfat etdiyi günədək Ağdaş rayon Aşağı Qəsil kəndində qardaşı Ərizəçi ilə birlikdə bir ünvanda yaşamışdır. Bugünədək mərhuma məxsus torpaq sahələri qardaşı Ərizəçi tərəfindən idarə olunmuş, torpaq vergisi də onun tərəfindən ödənilmişdir. Mərhum bibisinin dəfn və yas mərasimi də qardaşı Ərizəçi tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, Ərizəçi onun doğma qardaşıdır. X6 onun doğma bibisi olmuşdur. X20 05.12.2016-cı ildə Aşağı Qəsil kəndində ateroskleroz xəstəliyindən qəflətən vəfat etmişdir. X6 qardaşı Ərizəçi övladlığa götürmüş, vəfat etdiyi günədək Ağdaş rayon Aşağı Qəsil kəndində qardaşı Ərizəçi ilə birlikdə bir ünvanda yaşamışdır. Bugünədək mərhuma məxsus torpaq sahələri qardaşı Ərizəçi tərəfindən idarə olunmuş, torpaq vergisi də onun tərəfindən ödənilmişdir. Mərhum bibisinin dəfn və yas mərasimi də qardaşı Ərizəçi tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, Ərizəçi onun həmkəndlisi və qonşusudur. Mərhum X2 Şahin Sail oğlunun doğma bibisi olmuşdur. X20 05.12.2016-cı ildə Aşağı Qəsil kəndində ateroskleroz xəstəliyindən qəflətən vəfat etmişdir. X6, Ərizəçi övladlığa götürmüş, vəfat etdiyi günədək Ağdaş rayon Aşağı Qəsil kəndində Ərizəçi ilə birlikdə bir ünvanda yaşamışdır. Bugünədək mərhuma məxsus torpaq sahələri Ərizəçi tərəfindən idarə olunmuş, torpaq vergisi də onun tərəfindən ödənilmişdir. Mərhumun dəfn və yas mərasimi də Ərizəçi tərəfindən götürülmüşdür. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahid ifadələrini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Ağdaş rayon İcra hakimiyyəti başçısının Qulbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli 71 saylı arayışdan məlum olur ki, mərhuma X20 vəfat edən günə kimi Ağdaş rayon Aşağı Qəsil kəndində Ərizəçi ilə birgə ev təsərrüfatında yaşamışdır. İş materiallarında olan Ağdaş rayon Notariat Ofisi tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli 570 saylı məktubda göstərilir ki, Ağdaş rayon notariat ofisinə ünvanladığınız ərizədə 05.12.2016-cı il tarixdə vəfat etmiş bibiniz X9 miras qalmış Ağdaş rayonu Aşağı Qəsil kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə sizə çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişiniz. Qanunvericiliyin qeyd edilən müddəalarına uyğun olaraq sizdən miras qoyanla qohumluq münasibətinizi təsdiq edə biləcək, miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa əsas olabiləcək sübut təqdim etməyiniz tələb edilmiş, lakin bunlarla bağlı tərəfinizdən notariat ofisinə hər hansı sənəd təqdim edilməmişdir. Qeyd olunanlara əsasən X20 ilə qohumluq münasibəti faktının və mirasın qəbulu faktını təsdiq edilməsi ilə bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarında olan Ağdaş rayon İcra hakimiyyəti başçısının Qulbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 iyun 2021-ci il tarixli 137 saylı arayışdan məlum olur ki, X20 1929-cu ildə anası X22 ilə atası Hacıyeva Zeynalın nikahından doğulmuş, X27 1936-cı ildə anası X22 ilə, atası Hüseynov Salik ilə birgə nikahından doğulmaqla, X20 ilə X27 ana bir, ata ayrı olmaqla bacı və qardaşdırlar. İş materiallarında olan Ağdaş rayon Qulbəndə kəndi tərəfindən verilmiş 14.06.2021ci il tarixli aktdan məlum olur ki, həqiqətən də X20 ilə mərhum X27 ana bir, ata ayrı olmaqla bacı qardaşdırlar. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.04.2021-ci il tarixli 899 saylı arayışdan məlum olur ki, Azərbaycan Respublikasının vətəndaşı 1929-cu il tarixdə Ağdaş rayon Qəsil kəndində anadan olmuş və ölüm akt qeydində sonuncu yaşayış yeri Ağdaş rayon Aşağı Qəsil kəndi qeyd olunmuş mərhumə X12 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 02.04.2021-ci ildək aparılmış və məlumat aşkar edilməmişdir. İş materiallarında olan Ağdaş rayon Qulbəndə bələdiyyəsi tərəfindən verilmiş 11.06.2021-ci il tarixli 29 saylı arayışdan məlum olur ki, X1 bələdiyyə tərəfindən hesablanmış bütün tədiyyələr Ağdaş rayon Aşağı Qəsil kənd sakini Ərizəçi tərəfindən tam ödənilmişdir. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli 1204 saylı ölüm haqqında arayışdan məlum olur ki, X27 08.02.1986-cı ildə vəfat etmişdir. Ölüm haqqında 21.02.1986-cı ildə Ağdaş rayon Qulbəndə kənd İ/N tərəfindən 182 saylı akt qeydi saxlanılır. İş materiallarında olan Ağdaş rayon Qulbəndə kənd İ/N tərəfindən verilmiş 01 may 2021-ci il tarixli AZ-İİ 170399 saylı ölüm haqqında şəhadətnamədən məlum olur ki, X4 15.01.2011-ci ildə vəfat etmişdir. Ölüm haqqında 21.01.2011-ci ildə Ağdaş rayon Qulbəndə kənd İ/N tərəfindən 01 saylı akt qeydi saxlanılır. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli 1234 saylı nikah haqqında arayışdan məlum olur ki, X25 ilə X8 arasında 26.10.1962-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Ağdaş rayon İHB-nın Qulbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 dekabr 2016-cı il tarixli AZ-İ 837575 saylı ölüm haqqında şəhadətnamədən məlum olur ki, X20 05.12.2016-cı ildə vəfat etmişdir. Ölüm haqqında 09.12.2016-cı ildə Ağdaş rayon İHB-nın Qulbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 saylı akt qeydi saxlanılır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1998-ci il tarixli 08 saylı qərar ilə və qeydiyyat kitabında qeydiyyata alınmış “Torpağa Mülkiyyət Hüququna” dair JN:004B saylı (kod ********) şəhadətnaməyə əsasən X7 rayonun Aşağı Qəsil kəndi ərazisində 0.11 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1998-ci il tarixli 08 saylı qərar ilə və qeydiyyat kitabında qeydiyyata alınmış “Torpağa Mülkiyyət Hüququna” dair JN:004A saylı (kod ********) şəhadətnaməyə əsasən X14 Ağdaş rayonun Aşağı Qəsil kəndi ərazisində 0.18 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 mart 2022-ci il tarixli 516 saylı araryışdan məlum olur ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1929-cu il tarixdə Ağdaş rayonu Qəsil kəndində anadan olmuş X12 nikah haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə 09.02.1967-ci ildən 05.12.2016-cı ilədək “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlama aparılmış X12 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Ağdaş rayon Qəsil kənd soveti tərəfindən verilmiş 18 dekabr 1964-cü il tarixli AЗ 741068 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X26 1.12.1964-cü il tarixdə Ağdaş rayon Aşağı Qəsil kəndində anadan olmuşdur. X10, anası X3r. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxsin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.1-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları miras qoyanın ikinci növbə vərəsələri sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi, X6nın qardaşı oğludur, yəni X20 ərizəçinin bibisidir. Leyla Hacıyeva adına Ağdaş rayonu Aşağı Qəsil kəndində yerləşən 0.11 ha və 0.18 ha torpaq sahələri vardır. Həmin torpaq sahələrinə sahiblik və faktiki idarəçilik ərizəçi tərəfindən həyata keçirilmişdir.Ərizəçi bibisindən miras qalmış əmlaka vərəsəlik işi açdırmaq istəsə də, qohumluq faktını müəyyən edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi “qohumluq və mirasın qəbulu faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi əsaslıdır və X6nın onun bibisi olması faktı, habelə Ağdaş rayon AİK-nın 09 aprel 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Ağdaş rayon Aşağı Qəsil kəndində yerləşən X14 verilmiş 0.11 ha və 0.18 ha torpaq sahələrini miras əmlak kimi faktiki olaraq qəbul etməsi müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05.12.2016-cı ildə ölmüş X12 Ərizəçi bibisi olması faktı müəyyən edilsin. Ərizəçi Ağdaş rayon AİK-nın 09 aprel 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X14 verilmiş, Ağdaş rayon, Aşağı Qəsil kəndində yerləşən 0.11 ha və 0.18 ha torpaq sahələrini miras əmlak kimi faktiki olaraq qəbul etməsi müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar