Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-39/2020 02.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiаçı İddiaçı ASC-nin cаvаbdеhlər Cavabdeh2, Cavabdeh3, və Cavabdeh1 qаrşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı ASC-nin cаvаbdеhlər Cavabdeh2, Cavabdeh3, və Cavabdeh1 qаrşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ləğv prosesində olan “İddiaçı" ASC-in xeyrinə 2014-cü il 18 fevral tarixli, BK-14/20-AZN Baş kredit müqaviləsi və ona bağlanmış 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı kredit müqaviləsi üzrə 25970,88 manat əsas borc, 4482,15 faiz borcu, 1771,51 manat cərimə borcu olmaqla ümumilikdə 32224,54 manat məbləğində borcun və 26295,55 ABŞ dolları əsas borc, 5614,46 ABŞ dolları faiz borcu, 479,36 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 32389,37 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumun tutulması;Tutmanın Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m, yaşayış sahəsi 49,3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət olan və Cavabdeh1 məxsus olan ünvan 2 A ünvanında yerləşən ümumi sahəsi 138,46 kv.m yaşayış 91.01 kv.m olan, 1 mərtəbəli, 4 otaqdan ibarət olan fərdi yaşayış evlərinə yönədilməsi, həmin evlərin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə yönəldilməsi və boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 18 fevral tarixli, BK-14/20-AZN Baş kredit müqaviləsinə əsasən Cavabdeh2 Ağdaş filialından illik 36%-dən çox olmamaq şərti ilə 72 ay müddətinə 200 000 manat və valyuta ekvivalenti məbləğində dövriyyə və əsas vəsaitlərinin artırılması məqsədi ilə kredit xətti ayrılmışdır. 2014-cü il 18 fevral tarixli, BK-14/20-AZN Baş kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 ilə bağlanmış 2014cü il 18 fevral tarixli, ZM-1-14/20 AZN saylı zaminlik müqaviləsi və 2014-cü il 18 fevral tarixli, İP-14/20-AZN saylı İpoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m, yaşayış sahəsi 49,3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evi yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 05 avqust tarixli əlavə sazişinə uyğun olaraq İP-33/20 saylı xx.xx.2015-ci il tarixli İpoteka müqaviləsi bağlanmış, və həmin İpoteka müqaviləsinə əsasən 2014-cü il 18 fevral tarixli. BK-14/20-AZN Baş kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 ilə bağlanmış 2014-cü il 18 fevral tarixli zaminlik müqaviləsi, Cavabdeh3 məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m, yaşayış sahəsi 49,3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yasayiş evi və Cavabdeh1 məxsus olan ünvan 2 A ünvanında yerləşən ümumi sahəsi 138,46 kv.m yaşayış sahəsi 91,01 kv.m olan, 1mərtəbəli. 4 otaqdan ibarət fərdi yaşayış evi yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı-kredit müqaviləsinə əsasən Cavabdeh2 Ağdaş filialından illik 19 % (faktiki faiz 20,28) şərtilə 24 ay müddətinə 100000 manat kredit verilmişdir. 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 38 faiz dərəcəsi ilə, aylıq isə 3,17 faiz dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənir. 2015-ci il 05 avqust tarixli, 33/20 USD saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 Ağdaş filialından illik 20% faiz (faktiki faiz 20,3) şərtilə 48 ay müddətinə 35000 ABŞ dolları kredit verilmişdir. 2015-ci il 05 avqust tarixli, 33/20 USD saylı kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 40 faiz dərəcəsi ilə, aylıq isə 3,33 faiz dərəcəsi ilə faiz hesablanır vəborcalan tərəfindən kreditora ödənir. 2015-ci il 05 avqust tarixli, 33/20 USD saylı kredit müqaviləsinin 2016-cı il 10 mart tarixli, 2 nömrəli əlavə sazişinə uyğun olaraq kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 31501.22 ABŞ dolları təşkil etmiş və əlavə saziş imzalandığı tarixdən etibarən faiz dərəcəsi 14 faiz dərəcəsi təşkil etmişdir. 2015-ci il 05 avqust tarixli, 33/20 AZN saylı kredit müqaviləsinin 2017-ci il 07 avqust tarixli 3 nömrəli əlavə sazişinə uyğun olaraq kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 26295,55 ABŞ dolları əsas borc 1822,29 ABŞ dolları faiz borcu və 448,25 ABŞ dolları cərimə borcu təşkil etmiş, əlavə saziş imzalandığı tarixdən etibarən faiz dərəcəsi illik 14 faiz dərəcəsi təşkil etmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixinə qədər uzadılmışdır. 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı kredit müqaviləsinin 2017-ci il 07 avqust tarixli 1 nömrəli əlavə sazişinə uyğun olaraq kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 25970,88 manat təşkil etmiş, əlavə saziş imzalandığı tarixdən etibarən faiz dərəcəsi illik 19 faiz dərəcəsi təşkil etmiş, kreditin müddəti xx.xx.2018-ci il tarixinə qədər uzadılmışdır. 2018-ci il iyul ayının 4-dək cavabdehlərin ləğv prosesində olan İddiaçı ASC-yə 25970.88 manat əsas borc, 4482,15 faiz borcu, 1771,51 manat cərimə borcu olmaqla ümumilikdə 32224,54 manat məbləğində borcu vardır. 2018-ci il iyul ayının 4-dək cavabdehlərin ləğv prosesində olan İddiaçı ASC-yə 26295,55 ABŞ dolları əsas borc, 5614,46 ABŞ dolları faiz borcu, 479,36 ABŞ dolları cərimə olmaqla ümumilikdə 32389,37 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilsin. İş materiallarına əlavə edilmiş, İddiaçı ASC tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli **********632 saylı maliyyə arayışından məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə yaranmış tələb: 26295,55 ABŞ dolları əsas borc, 5614,46 ABŞ dolları faiz borcu, 479,36 ABŞ dolları cərimə olmaqla ümumilikdə 32389,37 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş, İddiaçı ASC tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli **********677 saylı maliyyə arayışından məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə yaranmış tələb: 25970.88 manat əsas borc üzrə, 4482.15 manat faiz borcu üzrə, 1771.51 manat cərimə borcu, ümumlikdə 32224.54 manat borcu vardır. İş materiallarına əlavə edilmiş, İddiaçı ASC tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli BK-14/20-AZN saylı baş kredit müqaviləsinə əsasən Cavabdeh2 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş, İddiaçı ASC tərəfindən verilmiş xx/xx.2015-ci il tarixli 32/20 AZN saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş, İddiaçı ASC tərəfindən verilmiş xx/xx.2015-ci il tarixli 33/20 USD saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş, İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ZM-1-14/20 AZN saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş, İddiaçı ASC tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli İP-14/20ZN saylı ipoteka müqaviləsindən məlum olur ki, Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı ASC arasında ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş, İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli BK-14/20 AZN saylı xx xxxxxx 2014-cü il tarixli Baş Kredit Müqaviləsinə 03 saylı əlavə sazişdən məlum olur ki, Cavabdeh2 ilə BK 14/20 AZN saylı, “18” fevral 2014-cü il tarixli Baş Kredit Müqaviləsinə dəyişiklərin edilməsi barədə razılaşmaya gəlinmişdir. İş materiallarına əlavə edilmiş, İddiaçı ASC tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 32/20 AZN saylı, xx xxxxxx 2015-ci il tarixli Kredit Müqaviləsi üzrə 01 saylı Əlavə Sazişdən məlum olur ki, Cavabdeh2 ilə 32/20 AZN saylı, xx xxxxxx 2015-ci il tarixli Kredit Müqaviləsinə dəyişiklərin edilməsi barədə razılaşmaya gəlinmişdir. İş materiallarına əlavə edilmiş, İddiaçı ASC tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 33/20 USD saylı, xx xxxxxx 2015-ci il tarixli Kredit Müqaviləsi üzrə 03 saylı Əlavə Sazişdən məlum olur ki, Cavabdeh2 ilə 33/20 USD saylı, xx xxxxxx 2015-ci il tarixli Kredit Müqaviləsinə dəyişiklərin edilməsi barədə razılaşmaya gəlinmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, seriya MA, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən məlum olur ki, ünvan 2A-da yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh1, evin yerləşdiyi 0.04712 hektar yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi isə mülkiyyət hüququ əsasında Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən məlum olur ki, ünvan 1 –də yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh3, evin yerləşdiyi 0.0923 hektar yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi isə mülkiyyət hüququ əsasında Cavabdeh3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən məlum olur ki, Hüququ yüklü edilən şəxs Cavabdeh3 məxsus Yüklü edilən əmlak Ağdaş şəhəri, Xətai küçəsi, 11 saylı fərdi yaşayış evi və 0.0923 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə ipoteka yüklü edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, Hüququ yüklü edilən şəxs Cavabdeh1 məxsus yüklü edilən əmlak Ağdaş şəhəri, H.Aslanov küçəsi, 19 A saylı fərdi yaşayış evi və 0.04712 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə ipoteka yüklü edilmişdir. xx xxxxx 2018-ci il tarixli **********236 saylı xəbərdаrlıq və bildiriş məktublаrındаn görünür ki, İddiaçı ASC prеtеnziyа qаydаsınа riаyət еdərək, cаvаbdеhlərdən bоrcu ödəmələrini tələb еtmiş, əks təqdirdə məhkəməyə mürаciət оlunаcаğı bаrədə оnları хəbərdаr еtmişdir. İş materiallarına əlavə edilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2017-ci il tarixli bildirişdən məlum olur ki, Cavabdeh2 öz öhdəliklərini yerinə yetirmədiyi üçün tutmanın ipoteka predmeti olan, Cavabdeh1 məxsus olan ünvan 2A ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət edəcəkləri haqda bu bildirişi göndərməklə ipoteka predmetinə tutmanın yönəltməyə başlayacaqları barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2017-ci il tarixli bildirişdən məlum olur ki, Cavabdeh2 öz öhdəliklərini yerinə yetirmədiyi üçün tutmanın ipoteka predmeti olan, Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət edəcəkləri haqda bu bildirişi göndərməklə ipoteka predmetinə tutmanın yönəltməyə başlayacaqları barədə xəbərdar edilmişdir. İş materialları ilə müəyyən edilir ki, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli ********** №-li qeydə alınmışdır. İş materialları ilə müəyyən edilir ki, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli ********** №-li qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş, Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 2(014)-1070/2019 saylı qərardadından məlum olur ki, İddiаçı İddiaçı ASCnin cаvаbdеhlər Cavabdeh2, Cavabdeh3, və Cavabdeh1 qаrşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dar mülki iş üzrə Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132.5 kv.m yaşayış sahəsi 49.3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət olan və Cavabdeh1 məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 91.01 kv.m olan, 1 mərtəbəli, 4 otaqdan ibarət olan fərdi yaşayış evlərinin hazırki bazar qiymətinin müəyyən edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 2-1(103)-3194/17 saylı qərarın surətindən məlum olur ki, Azərbaycan Respublikası Maliyyə X1 ərizəsi təmin edilməsi, İddiaçı ASC müflis elan edilməsi və iflas prosedurana başlanılması, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, AB Consulting MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 026/AQR/20 saylı qiymətləndirmə rəyindən məlum olur ki, Cavabdeh1 məxsus Ağdaş şəhəri, H.Aslanov küçəsində mülkiyyətdə olan 0.04712 ha torpaq sahəsində yerləşən 19A saylı fərdi yaşayış evinin xx xxxxxx 2020-ci il tarixinə olan qiyməti 65 000 (altmış beş min) manat təşkil edir. İş materiallarına əlavə edilmiş, AB Consulting MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 027/AQK/20 saylı qiymətləndirmə rəyindən məlum olur ki, Cavabdeh3 məxsus Ağdaş şəhəri, Xətai küçəsində mülkiyyətdə olan 0.0923 ha torpaq sahəsində yerləşən 11 saylı fərdi yaşayış evinin xx xxxxxx 2020-ci il tarixinə olan qiyməti 75 000 (yetmiş beş min) manat təşkil edir. İş materiallarına əlavə edilmiş, Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 2(014)-1070/2019 saylı qərarından məlum olur ki, İddiаçı İddiaçı ASC-nin cаvаbdеhlər Cavabdeh2, Cavabdeh3, və Cavabdeh1 qаrşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dar mülki işin icraatı qiymətləndiricinin müvafiq rəyi alınanadək dayandırılması qərar verilmişdir. İş materiallarına əlavə edilmiş, 2015-ci il 05 avqust tarixli, 33/20 USD saylı kredit müqaviləsinin 2016-cı il 10 mart tarixli, 2 nömrəli əlavə sazişinə uyğun olaraq kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 31501.22 ABŞ dolları təşkil etmiş və əlavə saziş imzalandığı tarixdən etibarən faiz dərəcəsi 14 faiz dərəcəsi təşkil etmişdir. İş materiallarına əlavə edilmiş, 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı kredit müqaviləsinin 2017-ci il 07 avqust tarixli 3 nömrəli əlavə sazişinə uyğun olaraq kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 26295,55 ABŞ dolları əsas borc 1822,29 ABŞ dolları faiz borcu və 448,25 ABŞ dolları cərimə borcu təşkil etmiş, əlavə saziş imzalandığı tarixdən etibarən faiz dərəcəsi illik 14 faiz dərəcəsi təşkil etmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixinə qədər uzadılmışdır. İş materiallarına əlavə edilmiş, 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı kredit müqaviləsinin 2017-ci il 07 avqust tarixli 1 nömrəli əlavə sazişinə uyğun olaraq kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 25970,88 manat təşkil etmiş, əlavə saziş imzalandığı tarixdən etibarən faiz dərəcəsi illik 19 faiz dərəcəsi təşkil etmiş, kreditin müddəti xx.xx.2018-ci il tarixinə qədər uzadılmışdır. İş materiallarına əlavə edilmiş, 2018-ci il iyul ayının 4-dək cavabdehlərin ləğv prosesində olan İddiaçı ASC-yə 25970.88 manat əsas borc, 4482,15 faiz borcu, 1771,51 manat cərimə borcu olmaqla ümumilikdə 32224,54 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş, 2018-ci il iyul ayının 4-dək cavabdehlərin ləğv prosesində olan İddiaçı ASC-yə 26295,55 ABŞ dolları əsas borc, 5614,46 ABŞ dolları faiz borcu, 479,36 ABŞ dolları cərimə olmaqla ümumilikdə 32389,37 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icraedilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyətdaşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icraedilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyətdaşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsində göstərilir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullurla təmin edilə bilər. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Qanunun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 39.3.3-cü maddəsində qeyd edilir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 59.3-cü maddəsinin tələbinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, 2014-cü il 18 fevral tarixli, BK- 14/20-AZN Baş kredit müqaviləsinə əsasən Cavabdeh2 Ağdaş filialından illik 36%-dən çox olmamaq şərti ilə 72 ay müddətinə 200 000 manat və valyuta ekvivalenti məbləğində dövriyyə və əsas vəsaitlərinin artırılması məqsədi ilə kredit xətti ayrılmışdır. 2014-cü il 18 fevral tarixli, BK-14/20-AZN Baş kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 ilə bağlanmış 2014-cü il 18 fevral tarixli, ZM-1-14/20 AZN saylı zaminlik müqaviləsi və 2014cü il 18 fevral tarixli, İP-14/20-AZN saylı İpoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m, yaşayış sahəsi 49,3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evi yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 05 avqust tarixli əlavə sazişinə uyğun olaraq İP-33/20 saylı xx.xx.2015-ci il tarixli İpoteka müqaviləsi bağlanmış, və həmin İpoteka müqaviləsinə əsasən 2014-cü il 18 fevral tarixli. BK-14/20- AZN Baş kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 ilə bağlanmış 2014-cü il 18 fevral tarixli zaminlik müqaviləsi, Cavabdeh3 məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m, yaşayış sahəsi 49,3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yasayiş evi və Cavabdeh1 məxsus olan ünvan 2 A ünvanında yerləşən ümumi sahəsi 138,46 kv.m yaşayış sahəsi 91,01 kv.m olan, 1mərtəbəli. 4 otaqdan ibarət fərdi yaşayış evi yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı-kredit müqaviləsinə əsasən Cavabdeh2 Ağdaş filialından illik 19 % (faktiki faiz 20,28) şərtilə 24 ay müddətinə 100000 manat kredit verilmişdir. 2015-ci il 05 avqust tarixli, 33/20 USD saylı kredit müqaviləsinin 2016-cı il 10 mart tarixli, 2 nömrəli əlavə sazişinə uyğun olaraq kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 31501.22 ABŞ dolları təşkil etmiş və əlavə saziş imzalandığı tarixdən etibarən faiz dərəcəsi 14 faiz dərəcəsi təşkil etmişdir. 2015-ci il 05 avqust tarixli, 33/20 AZN saylı kredit müqaviləsinin 2017-ci il 07 avqust tarixli 3 nömrəli əlavə sazişinə uyğun olaraq kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 26295,55 ABŞ dolları əsas borc 1822,29 ABŞ dolları faiz borcu və 448,25 ABŞ dolları cərimə borcu təşkil etmiş, əlavə saziş imzalandığı tarixdən etibarən faiz dərəcəsi illik 14 faiz dərəcəsi təşkil etmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixinə qədər uzadılmışdır. 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı kredit müqaviləsinin 2017-ci il 07 avqust tarixli 1 nömrəli əlavə sazişinə uyğun olaraq kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 25970,88 manat təşkil etmiş, əlavə saziş imzalandığı tarixdən etibarən faiz dərəcəsi illik 19 faiz dərəcəsi təşkil etmiş, kreditin müddəti xx.xx.2018-ci il tarixinə qədər uzadılmışdır. Məhkəmə iddia ərizəsində göstərilən 479,36 ABŞ dolları dəbbə pulunu tənasübsüz surətdə yüksək hesab etdiyindən onu azaltmağı, 40 ABŞ dolları olmasını məqsədə müvafiq hesab edir. İddiaçı tərəfindən edilən xəbərdarlığa baxmayaraq cavabdeh borcunu ödməməmiş, iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sübutların tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdı-rıl-masına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı kredit müqaviləsi üzrə əsаs krеdit bоrcu 25970,88 manat əsas borc, 4482,15 faiz borcu, 1771,51 manat cərimə borcu olmaqla ümumilikdə 32224,54 manat məbləğində borcun və xx xxxxxx 2015-ci il tarixli 33/20 USD saylı kredit müqaviləsi üzrə 26295,55 ABŞ dolları əsas borc, 5614,46 ABŞ dolları faiz borcu, 40 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 31950.01 ABŞ dolları məbləğində borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumun, cəmi 60 manat isə müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya ödənilməli, Tutmanın Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m, yaşayış sahəsi 49,3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət olan və Cavabdeh1 məxsus olan ünvan 2 A ünvanında yerləşən ümumi sahəsi 138,46 kv.m yaşayış 91.01 kv.m olan, 1 mərtəbəli, 4 otaqdan ibarət olan fərdi yaşayış evlərinə yönədilməsi, həmin evlərin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə yönəldilməsi və boşaldılaraq banka təhvil verilməlidir. Cаvаbdеh Cavabdeh2, Cavabdeh3, və Cavabdeh1 700 manat qiymətləndirmə haqqı tutularaq Kodu 503314; VÖEN **********; Müxbir hesab AZ89NABZ********************; SFİFT BİK AMRAAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ40AMRA******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 2014-cü il 18 fevral tarixli, BK-14/20-AZN Baş kredit müqaviləsi və ona bağlanmış 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı kredit müqaviləsi üzrə əsаs krеdit bоrcu 25970,88 manat, 4482,15 faiz borcu, 1771,51 manat cərimə borcu olmaqla ümumilikdə 32224,54 manat məbləğində borcun və 2015-ci il 05 avqust tarixli, 33/20 USD saylı kredit müqaviləsi üzrə əsаs krеdit bоrcu 26295,55 ABŞ dolları, 5614,46 ABŞ dolları faiz borcu, 40 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 31950.01 ABŞ dolları məbləğində borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutmanın Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m, yaşayış sahəsi 49,3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət olan və Cavabdeh1 məxsus olan ünvan 2 A ünvanında yerləşən ümumi sahəsi 138,46 kv.m yaşayış 91.01 kv.m olan, 1 mərtəbəli, 4 otaqdan ibarət olan fərdi yaşayış evlərinə yönədilsin, həmin evlər açıq hərracdan satılsın, satışdan sonra fərdi yaşayış evləri boşaldılsın və satışından əldə olunan vəsait hesabına olan borc ləğv prosesində olan İddiaçı ASC-yə yönəldilsin. İpoteka predmetinin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m, yaşayış sahəsi 49,3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti 65000 manat və ünvan 2 A ünvanında yerləşən ümumi sahəsi 138,46 kv.m yaşayış 91.01 kv.m olan, 1 mərtəbəli, 4 otaqdan ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti 75 000 manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsum, cəmi 60 manat isə müştərək qaydada cavabdehlərdən alınaraq İddiaçı ASC-nin hesabına ödənilsin. Cаvаbdеh Cavabdeh2 700 manat qiymətləndirmə haqqı tutularaq Kodu 503314; VÖEN **********; Müxbir hesab AZ89NABZ********************; SFİFT BİK AMRAAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ40AMRA******************** hesaba ödənilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş Rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-39/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-39/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver