Məhkəmə qərarları › İş №2(014)-392/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-392/2024

16.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-392/2024 16.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "ölümün qeyd edilmə faktının müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu, Abad kəndində yaşamış, *9 dekabr *96*-ci il tarixdə anadan olmuş arvadı X4 25 noyabr 2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X7 *9 dekabr *96*-ci il tarixdə Ağdaş rayonu, Abad kəndində anadan olmuşdur. X* ilə 25 dekabr *980-ci ildə nikah bağlayaraq ailə həyatı qurmuşdur. X* 25 noyabr 2023-cü il tarixdə infaktdan vəfat etmişdir. Mərhum həyat yoldaşı X7 vəfat etdiyi gün Ağdaş rayon Abad kənd qəbirstanlığında dəfn edilmişdir. Mərhum həyat yoldaşı X4 vəfatından 40 gün keçməmiş qardaşı arvadının da vəfat etdiyi üçün X*3 ölüm haqqında şəhadətnamə alınmamışdır. Bundan sonra Maraqlı şəxsnə müraciət edib *9 dekabr *96*-ci il tarixdə Ağdaş rayonu, Abad kəndində andan olmuş X4 ölümünü qeyd etdirmək istəyəndə ona “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci müddəasına əsasən ölümün qeydə alınmasından imtina edilmişdir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Həyat yoldaşının 25 noyabr 2023-cü il tarixdə vəfat etməsini kənd sakinləri təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi iddia tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, X7 onun dogma bacısıdır. Bacısı ilə qonşuluqda yaşayır. X** 25 noyabr 2023-cü il tarixdə ani olaraq ürək tutmasında vəfat etmiş və Ağdaş rayon Abad kənd qəbirstanlığında dəfn edilmişdir. Meyitinin yuyulmasında şəxsən iştirak etdiyini xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, ərizəçi onun qonşusudur, evlərinin arasında bir çəpər var. Ərizəçinin həyat yoldaşı 25 noyabr 2023-cü il tarixdə infaktdan rəhmətə getmiş, Ağdaş rayon Abad kənd qəbirstanlığında dəfn edilmişdir. O, həmçinin X4 dəfn mərasimində iştirak etmişdir. X4 məzarı Ağdaş rayon Abad kənd qəbirstanlığındadır. İş materiallarında olan Ağdaş rayon Abad bələdiyyəsinin *8 yanvar 2024-cü il tarixli 03 saylı arayışından görünür ki, X7 25 noyabr 2023-cü il tarixdə vəfat etmiş və Ağdaş rayon Abad kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş *9 yanvar 2024-cü il tarixli 3- *6-5/8-6*/2024 saylı məktubundan görünür ki, X6 ölüm haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi bildirilərək imtina cavabı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası TƏBİB PHŞ “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X*7 *5 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, X4 25 noyabr 2023cü il tarixdə vəfat etdiyi bildirilmişdir. Vətəndaşın ölümündən uzun müddət keçdiyi üçün tərəflərindən qeydiyyata alına bilmir. İş materiallarında olan nikahın bağlanması hqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx *957-ci ildə anadan olmuş Ərizəçi ilə *9 dekabr *96*-ci anadan olmuşdur X2 RİHB-nın Abad kənd icra nümayəndəliyində 25 dekabr *980-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. İş materiallarında olan qəbir daşındakı şəkildə olan doğum və ölüm tarixlərindən görünür ki, X4 doğum tarixi *9 dekabr *96*-ci il, ölüm tarixi isə 25 noyabr 2023-cü il kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, *9 dekabr *96*-ci ildə Ağdaş rayonu, Abad kəndində anadan olmuş X4 25 noyabr 2023cü ildə vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *9 dekabr *96*-ci il tarixdə Ağdaş rayonu, Abad kəndində anadan olmuş X4 25 noyabr 2023-cü il tarixdə ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi X*nın ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar