Məhkəmə qərarları › İş №2(014)-411/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-411/2022

10.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-411/2022 10.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu, Ağzıbir kəndində anadan olmuş 10 dekabr 1984-cü il təvəllüdlü X7 və 02 iyul 1986-cı il təvəllüdlü X4 08 may 1993-cü ildə və 17 yanvar 1995-ci ildə qan xəstəliklərindən ölmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 07 noyabr 1981-ci ildə X8 ilə ailə həyatı qurmuşdur. Mərhum övladları 10 dekabr 1984-cü il təvəllüdlü X7 və 02 iyul 1986-cı il təvəllüdlü X2 rayon Ağzıbir kəndində anadan olmuşlar. Hər iki övladları Ağdaş rayon Ağzıbir kənd ərazisində yerləşən qəbristanlığında dəfn olunmuşdur. Qızı Zülalə anadan olandan sonra yəni 08 may 1993-cü ildə rəhmətə getmiş, qızı Gülşən isə 17 yanvar 1995ci ildə rəhmətə getmişdir. 08 dekabr 2021-ci il tarixli Ağdaş rayon Ağzıbir kənd Bələdiyyəsinin 80,81 saylı arayışlarında öz əksini tapmışdır. Lakin övladlarına müəyyən səbəblərdən ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda övladları X7 və X4 ölümlərini təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X16 bildirdi ki, Ərizəçi onun qonşusudur. 10 dekabr 1984-cü il təvəllüdlü X7 və 02 iyul 1986-cı il təvəllüdlü X2 rayon Ağzıbir kəndində anadan olmuşlar. X7 08 may 1993-cü ildə, X9 isə 17 yanvar 1995-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 bildirdi ki, Ərizəçi onun qardaşının yoldaşıdır. Vəfat edən şəxslərin əmisidir. 10 dekabr 1984-cü il təvəllüdlü X7 və 02 iyul 1986-cı il təvəllüdlü X2 rayon Ağzıbir kəndində anadan olmuşlar. X7 08 may 1993cü ildə, X9 isə 17 yanvar 1995-ci ildə vəfat etmişdir. Hər ikisinin yas mərasimində və vəfatında iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və şahid ifadələrini nəzərə alıb, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Pirəzə kənd soveti tərəfindən verilmiş 07 noyabr 1981-ci il tarixdə İİ-ЖГ 383331 saylı nikahın bağlanması haqqında şəhadətnamənin sürətindən məlum olur ki, X8 ilə X11 nikahlarını 07 noyabr 1981-ci ildə qeydə aldırmışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 noyabr 1981-ci il tarixli 31 saylı qeyd aparılmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu Pirəzə Bələdiyyəsi tərəfindən verilmiş 08.12.2021-ci il tarixli 80 saylı arayışdan məlum olur ki, Ərizəçi qızı Zülalə Məhərrəmova 10.12.1984-cü ildə anadan olmuş, 08.05.1993-cü ildə rəhmətə getmiş və Ağzıbir kənd qəbirstanlığında dəfn edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu Pirəzə Bələdiyyəsi tərəfindən verilmiş 08.12.2021-ci il tarixli 81 saylı arayışdan məlum olur ki, Ərizəçi qızı Gülşən Məhərrəmova 02.07.1986-cı ildə anadan olmuş, 17.01.1995-ci ildə rəhmətə getmiş və Ağzıbir kənd qəbirstanlığında dəfn edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Pirəzə kənd XDS İcraiyyə komitəsi tərəfindən verilmiş 14 dekabr 1984-cü il tarixli X ЖГ -323179 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X7 10.12.1984-cü il tarixdə Ağdaş rayon Ağzıbir kəndində anadan olmuşdur. X3, anası Ərizəçidır. Bu barədə 14.12.1984-cü il tarixdə 81 saylı akt qeydi tərtib olunmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Pirəzə kənd soveti tərəfindən verilmiş 05 iyul 1986-cı il tarixli Xİ ЖГ -323990 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X9 02.07.1986-cı il tarixdə Ağdaş rayon Ağzıbir kəndində anadan olmuşdur. X3, anası Ərizəçidır. Bu barədə 05.07.1986-cı il tarixdə 63 saylı akt qeydi tərtib olunmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiqi edilən Maraqlı şəxs tərəfindən verilmiş 17.11.2021-ci il tarixli 3242 saylı məktubdan məlum olur ki, Ərizəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 syalı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktının təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın, ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. X1 və X4 ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alınaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmadığından, ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Beləliklə məhkəmədə aydın oldu ki, Ərizəçi mərhum övladları 10 dekabr 1984-cü il təvəllüdlü X7 və 02 iyul 1986-cı il təvəllüdlü X2 rayonu Ağzıbir kəndində anadan olmuş, 10 dekabr 1984-cü il təvəllüdlü X7 08 may 1993-cü il tarixdə və 02 iyul 1986-cı il təvəllüdlü X9 isə 17 yanvar 1995-ci il tarixdə Ağdaş rayonu, Ağzıbir kəndində vəfat etmişdir. Ərizəçinin övladlarının ölüm faktı ilə bağlı vaxtında müvafiq orqanlara müraciət etmədiyindən ölümün qeydiyyatı başqa formada mümkün olmadığından rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında ifadə verən şahidlər ölüm faktını təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Ərizə qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 10 dekabr 1984-cü ildə Ağdaş rayonu Ağzıbir kəndində anadan olmuş X5 08 may 1993-cü il tarixdə Ağdaş rayonu, Ağzıbir kəndində və 02 iyul 1986-cı ildə Ağdaş rayonu, Ağzıbir kəndində anadan olmuş X4 17 yanvar 1995-ci il tarixdə Ağdaş rayonu, Ağzıbir kəndində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar