Məhkəmə qərarları › İş №2(014)-413/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-413/2022

04.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-413/2022 04.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X6 onun doğma qardaşı olmuşdur. X3 04 noyabr 1960-cı ildə Ağdaş rayonu, Şəkili kəndində anadan olmuşdur. X3 07 iyul 1982-ci ildə Rusiya Federasiyasının Kazan şəhərində vəfat etmişdir. Belə ki, X3 1981-ci ildə Rusiya Federasiyasının Kazan şəhərinə getmişdir. O, Kazan şəhərində həm işləyir, həm də oxuyurdu. 07 iyul 1982-ci il tarixdə onlara xəbər gəlmişdir ki, X3 avtomobil bakının partlaması nəticəsində vəfat etmişdir. X4 meyidini Azərbaycana gətirib Ağdaş rayonu, Şəkili kənd qəbiristanlığında el qaydasında qonşuların və qohum-əqrabaların iştirakları ilə dəfn etmişlər və onun yas mərasimlərini vermişlər. Qohum-əqraba və qonşular eyni zamanda qardaşının yas mərasimlərində iştirak etmişlər. O, mərhum X3nun ölüm qeydinin aparılması ilə bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Lakin Maraqlı şəxs X3nun ölümü haqqında Maraqlı şəxsndə qeydiyyat aparılmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. X2 ölümün təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan faktın müəyyən edilməsi ona vərəsəlik hüququnun əmələ gəlməsi ilə əlaqədar lazımdır. Odur ki, mərhum X3nun 07 iyul 1982-ci ildə partlayış nəticəsində ölməsi faktının müəyyən edilməsinə və Maraqlı şəxsndə müvafiq ölüm faktının ölüm akt qeydləri kitabında qeydə alınması barədə qətnamə çıxarılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid X13 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur və onlar 3 qardaş olmuşlar. Ərizəçi X3 07 iyul 1982-ci ildə Rusiya Federasiyasında vəfat etmiş, meyidi gətirib Ağdaş rayonu, Şəkili kəndində dəfn etmişlər və yas mərasimində iştirak etmişdir. İş üzrə şahid X8 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi ilə həmkəndlidir. X7 tanıyır. Onlar 3 qardaş olmuşlar. Qardaşlardan 1-i X10 vəfat etmiş və meyidi gətirib Ağdaş rayonu, Şəkili kəndində dəfn edilib. İş materialları ilə müəyyən edilir ki, X6 04 noyabr 1960-cı ildə Ağdaş rayonu, Şəkili kəndində anadan olmuşdur. X1 Bəhman Firqələm oğlunun qardaşıdır. X6 07 iyul 1982-ci ildə Rusiya Federasiyasında vəfat etmiş və Ağdaş rayonu, Şəkili kənd qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04 noyabr 1960-cı ildə Ağdaş rayonu, Şəkili kəndində anadan olmuş X4 07 iyul 1982-ci ildə Rusiya Federasiyasında ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar