Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-448/2024 29.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, Ərizəçi, Cavabdeh Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı “Mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilərək məcburi icraya yönəldilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “Mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilərək məcburi icraya yönəldilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından doğulmuş 17 yanvar 2009-cu il təvəllüdlü X5 və 1 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin ödənilməsinə dair 17 iyun 2023-cü il tarixli barışıq sazişi imzalamışlar və Maraqlı şəxs uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü aliment öhdəliyini icra etmir. Hazırda Ərizəçi həmin barışıq sazişinin icra edilməsi ilə əlaqədar problemlərlə qarşılaşır. Maraqlı şəxs ona aliment verməkdən imtina edir. Bununla da, mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin şərtlərini yerinə yetirmir. Qeyd olunanlara əsasən Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 17 iyun 2023-cü il tarixli barışıq szişinin təsdiq edilərək məcburi icraya yönəlməklə, birgə nikhadan doğulmuş 17 yanvar 2009-cu il təvəllüdlü X5 və 1 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Maraqlı şəxs ilə aralarında qeyd edilmiş nikah pozulduqdan sonra uşaqları onu yanında qalmışdır. Hazırda o, iki uşağı ilə birlikdə kirayə tutduğu evdə yaşayır. Uşaqları azyaşlı olmaqla, eyni zamanda məktəblidirlər və gündən-günə uşaqlar böyüdükcə tələbatları da artır və tək qadın olaraq uşaqların saxlanılmasına gücü çatmır. Bu səbəbdəndə Maraqlı şəxs ilə mediasiya sessiyasında alimentlə bağlı razılağa gələrək hər ay hər uşaq üçün 150 manat olmaql, cəmi 300 manat məbləğində aliment ödənilməsini Maraqlı şəxs öhdəsinə götürmüşdür. Lakin o, üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün alimentlə bağlı məsələni məhkəmə qaydasında həll etmək qərarına gəlmişdir. Bundan başqa bildirdi ki, Maraqlı şəxs onun övladlarının atasıdır və istənilən vaxt övladlarını görə və ünsiyyətdə ola bilər. Odur ki, qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs izahat verərək bildirdi ki, aliment məbləği yüksək olduğundan ödəyə bilməmişdir. Belə ki, onun borcları və kredit ödənişləri vardır. Buna görə də alimentin məbləğinin azaldılmasını istədi. Lakin sonradan fikrini dəyişərək mediasiya prosesində təyin edilmiş alimentin təmin edilməsinə razı olduğunu, həmçinin aralarında olan barışıq sazışinin təsdiq olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin materiallarında olan 26 may 2009-cu il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 273566 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 17 yanvar 2009-cu il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İşin materiallarında olan 14 fevral 2012-ci il tarixdə Ağdaş RİHB-nın Orta Ləki kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 803722 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 1 fevral 2012-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1360/2023 nömrəli, 6 oktyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək Maraqlı şəxs ilə Ərizəçi arasında 07 may 2008-ci il tarixdə Ağdaş RİHB-nın Orta Ləki kənd İƏV üzrə nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 17 yanvar 2009-cu il təvəllüdlü X5 və 01 fevral 2012-ci il təvəllüdlü X6 anası Ərizəçi yanında saxlanılması qət edilmişdir. İşin materiallarında olan 9 yanvar 2024-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 471903 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında qeydə alınmış nikah Ağdaş Rayon Məhkəməsinin 2(014)-1360/2023 nömrəli, 6 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, 26 dekabr 2023-cü il tarixdə akt qeydləri kitabında 214 nömrəli akt qeydi ilə qeydə alınmış və nikah pozulduqdan sonra qadına Tağıyeva soyadı verilmişdir. İşin materiallarında olan 17 iyun 2023-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər, X3 aşağıda qeyd olunanlar müəyyən edilmişdir; aralarında qeyd edilmiş nikahlarının məhkəmə qaydasında pozulması barədə razılığa gəlmişlər. Tərəflərin birgə nikahlarından doğulmuş 17 yanvar 2009-cu il təvəllüdlü X5 və 1 fevral 2012-ci il təvəllüdlü X6 birinci tərəf Ərizəçi himayəsində saxlanılmışdır. İkinci tərəf Maraqlı şəxs övladlar 17 yanvar 2009-cu il təvəllüdlü X5 və 1 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimenti birinci tərəf Ərizəçi hər ayın 25-dən 30-dək ödəməyi öhdəsinə götürür. Birinci tərəf Ərizəçi övladları 17 yanvar 2009-cu il təvəllüdlü X5 və 1 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək ataları, yəni ikinci tərəf Maraqlı şəxs ilə hər iki tərəfə uyğun olan vaxtda həftədə 2 gün gecə qalmaq şərti ilə görüşüb ünsiyyətdə olmasına şərait yaradacağını öhdəsinə götürür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında 17 iyun 2023-cü il tarixdə tərəflər arasında barışıq sazişi bağlanmış və barışığa əsasən Maraqlı şəxs birgə nikahlarından 17 yanvar 2009-cu il təvəllüdlü X5 və 1 fevral 2012-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşaq üçün 150 manat, cəmi 300 manat məbləğində alimenti Ərizəçi ödəməsinə dair razılığa gəlmişlər. Lakin Maraqlı şəxs barışıq sazişi imzalandıqdan sonra sazişin şərtlərini icra etmədiyindən Ərizəçi Maraqlı şəxs qarşı “Mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilərək məcburi icraya yönəldilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində maraqlı şəxs barışıq sazişi ilə müəyyən edilmiş alimenti ödəməmişdir. Halbuki barışıq sazişinin şərtinə görə Maraqlı şəxs barışıq sazişi bağlandıqdan sonra könüllü olaraq hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Odur ki, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə AMaraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞM/MT032/2023/01013 nömrəli Barışıq sazişi təsdiq edilsin. Tərəflərin birgə nikahından doğulmuş 17 yanvar 2009-cu il təvəllüdlü X5 və 1 fevral 2012-ci il təvəllüdlü X2 ilə bağlı hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə 17 iyun 2023-cü il tarixli barışıq sazişi məcburi icra üçün təsdiq edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-448/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-448/2024
29.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver