Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-452/2021 26.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı Ölümün qeyd edilmə faktın müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əri X2 xx xxxxxx 2020-ci ildə ölməsi faktının müəyyən edilməsinə və ölümün Maraqlı şəxsndə qeydə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, əri X5 xx xxxx 1940-cı ildə Ağdaş rayon Ləki kəndində anadan olmuşdur. O, X5 ilə xx xxxxxx 1967-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından 6 uşağı olmuşdur. Mərhum əri X5 xx xxxxxx 2020-ci ildə evlərində vəfat etmişdir. Mərhum əri X3 Ağdaş rayon Orta Ləki kənd qəbirstanlığında dəfn etmişlər. Lakin mərhum əri X4 müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamışdır. Hazırda ərinın ölmünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından ölüm şəhadətnaməsini almaq mümkün deyildir. Ona bu faktın təsdiqi vərəsəliklə bağlı lazımdır. Ona görə də mərhum ərinin ölümünün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Odur ki, ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçi onun anasıdır. Həmçinin bildirdi ki, Ərizəçi əri X5, yəni atası xx xxxxxx 2020-ci ildə vəfat etmişdir, lakin ona ölüm haqqında şəhadətnamə alınmamışdır. İş üzrə şahid X9 məhkəmə iclasında ifadə verərək Ərizəçi əri X2 xx xxxxxx 2020-ci ildə öldüyünü və Ağdaş rayonu Orta Ləki kəndində yerləşən qəbirstanlıqda dəfn edildiyini təsdiq etdi. İş materialları və fotoşəkillərlə müəyyən edilir ki, Ərizəçi X5 ilə xx xxxxxx 1967-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. X5 xx xxxxxx 2020-ci ildə evlərində vəfat etmişdir. X3 Ağdaş rayon Orta Ləki kənd qəbirstanlığında dəfn etmişlər. X4 müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxx 1940-cı ildə Ağdaş rayonu, Ləki kəndində anadan olmuş X2 xx xxxxxx 2020ci ildə Ağdaş rayonu, Orta Ləki kəndində ölməsi faktı müəyyən edilsin və Maraqlı şəxsnə müvafiq ölüm faktının ölüm akt qeydləri kitabında qeydə alınması tapşırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-452/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-452/2021
26.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver