Məhkəmə qərarları › İş №2(014)-483/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-483/2024

25.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-483/2024 25.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X39, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktın müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "ölümün qeyd edilmə faktın müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 0* mart *967-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş X** *5 may *967-ci il tarixdə Ağdaş rayonunun Bəylik kəndində vəfat etməsi faktının müəyyən edilməsinə və ölümünün maraqlı orqan Maraqlı şəxsndə qeydə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum valideyinləri X34 ilə X*9 birgə nikahlarından ** nəfər uşaqları *5.02.*962-ci ildə Abdullayeva (Hümmətova) Möhübbət Əlhüseyn qızı, *8.03.*963-cü ildə Abdullayeva (Həsənova) Məlahət Əlhüseyn qızı, 0*.03.*967-ci ildə X28, *7.05.*968-ci ildə X40, 28.08.*969-cu ildə X20, *8.07.*97*-ci ildə Abdullayeva (Cahangirova) Əmanət Əlhüseyn qızı, 08.02.*973-cü ildə X35, 06.05.*974-cü ildə X36, 28.08.*975-ci ildə Abdullayeva (Çetin) Nəzakət Əlhüseyn qızı, xx.xx.*978-ci ildə o (iddiaçı) yəni Ərizəçi Əlhüseyn oğlu və 0*.04.*979-cu ildə isə X2* anadan olmuşlar. X2 22.*2.*985-ci ildə X66 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Nikah bağlandıqdan sonra Hümmətova soyadını qəbul etmişdir. X2 07.09.20*8-ci ildə vəfat etmişdir. X6 xx.xx.2006-cı ildə X5* ilə rəsmi nikah qeyd etdirərək evlənmişdir. Nikah bağlandıqdan sonra Cahangirova soyadını qəbul etmişdir. X4 23.0*.20*7-ci ildə Türkiyə Respublikasının vətəndaşı Çetin Necati ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Nikah bağlandıqdan sonra Çetin soyadını qəbul etmişdir. X*0 0*.**.2009-cu ildə, anası X4* 28.08.20*8-ci ildə, 0*.03.*967-ci il təvəllüdlü bacısı X28 *5.05.*967-c ildə, 28.08.*969-cu il təvəllüdlü bacısı X28 20.*2.*970-ci ildə, qardaşı X35 20.07.*973-cü ildə, bacısı X30 isə 06.*2.*974-cü ildə vəfat etmişlər. Mərhumların hamısı Ağdaş rayonu, Bəylik kənd qəbirstanlığında dəfn olnumuşlar. Mərhum bacısı X28 yaşadıqları evdə vəfat etdiyinə görə ona ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Mərhum bacısı X*4 ölümündən sonra mərhum valideyinləri tərəfindən ona məlum olmayan səbəblərdən adına ölüm haqqında şəhadətnamə alınmamışdır. Mərhum valideyinlərinin ölümündən sonra vərəsəliyin açılamsı ilə əlaqədar mərhum bacısı X*4 ölümünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından adına ölüm haqqında şəhadətnamə almaq mümkün deyildir. Ona görə də mərhum bacısı X*4 ölümünün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Belə ki, o mərhum bacısı X*4 adına ölüm haqqında şəhadətnamə verilməsi xahişi ilə maraqlı orqan Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı orqan Maraqlı şəxs ölüm faktını təsdq edən ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə mərhumun ölümünün qeydə alınmasının mümkün olmadığını bildirmiş, mübahisənin həlli məqsədilə aidiyyati üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Mərhum bacısı X*4 ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə dair ərizə ilə Ağdaş rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə müraciət etmişdir. Ağdaş rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs 22 yanvar 2024-cü il tarixli *8-22/2A-47-42-*6/2024 saylı məktubla bildirilmişdir ki, bacısı X28 *5.05.*967-ci il tarixdə Bəylik kəndində vəfat etdiyindən, yəni onun ölümündən uzun müddət keçdiyi üçün tərəfindən qeydiyyata alına bilmir. Bu səbəbdən Ağdaş rayon Məhkəməsinə müraciət etməyi tövsiyyə olunmuşdur. Göründüyü kimi o mərhum bacısı qeyd edilən tarixdə vəfat etməsini təsdiq edən sənədləri başqa formada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan ölümün qeyd edilmə faktının müəyyən edilməsi ona vərəsəlik hüququnun əmələ gəlməsi ilə əlaqədar lazımdır. Məhkəmə iclasında Ərizəçi Əlhüseyn oğlu ərizədə yazılanlara uyğun izahat verərək, ərizəsini müdafə etdiyini, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X42 bildirdi ki, X28 onun dogma bacısıdır. Bacısı Reyhan ondan balaca olmuş, iki aylıq olarkən anidən vəfat etmişdir. X83 rayon, Bəylik kəndində babasının yanında dəfn olunmuşdur. Valideylərinin üç uşağı bir neçə aylıq olarkən rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X59 bildirdi ki, Ərizəçi Əlhüseyn oğlu onun qonşusudur. X7 gözəl bir uşaq idi, mərhum Reyhanın rəhmətə getməsində orda olduğunu, Reyhanın çoxdan rəhəmətə getdiyin bildirdi. Mərhum X* qəbirstanlığında babasının yanında basdırılmışdır. İş materiallarında olan Ağdaş Rayon Qülbəndə Bələdiyyəsinin 23 yanvar 2024-cü il tarixli *3 nömrəli arayışından görünür ki, X28 0*.03.*967-ci il tarixdə anadan olmuş, *5 may *967-ci il tarixdə vəfat etmişdir. Hal şahidlərinin dediklərinə görə X7 ünvan 2 qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş *9 yanvar 2024-cü il tarixli 3- *6-5/8-A-62/2024 saylı məktubundan görünür ki, X*4 ölüm haqqında şəhadətnaməsinin verilməsinə dair ərizəsinə ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi bildirilərək imtina cavabı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası TƏBİB PHŞ “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X8* 22 yanvar 2024-cü il tarixli, *8-*-22/2-A-47-42-*6/2024 nömrəli məktubundan görünür ki, X*2 *5 may *967-ci il tarixdə vəfat etdiyi bildirilmişdir. Vətəndaşın ölümündən uzun müddət keçdiyi üçün tərəflərindən qeydiyyata alına bilmir. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli, 05/09İS/0679*2-23 saylı arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X*6 aid 24 yanvar 2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: X3* – XX.XX. *940-cı il təvəllüdlü (0* noyabr 2009-cu ildə ölüb). Arvadı – X4* (0*.0*.*940) vəfat edib. X24 qızı (*5.02.*962) vəfat edib. X37 qızı (*8.03.*963). X25 qızı (0*.03.*967). Oğu-X40 (*7.05.*968). X25 qızı (28.08.*969) vəfat edib. X26 qızı (*8.07.*97*) Oğu-X35 (08.02.*973) vəfat edib. X27 qızı (06.05.*974) vəfat edib. X52 qızı (28.08.*975) Oğlu-Ərizəçi Əlhüseyn oğlu (xx.xx.*978) X*8 qızı (0*.04.*979) İşin materiallarında olan Ağdaş rayon Notariat Ofisi tərəfindən Ərizəçi Əlhüseyn oğluna ünvanlanmış 07 dekabr 2023-cü il tarxili, 856 nömrəli məktubundan görünür ki, Ərizəçi Əlhüseyn oğlunun mərhum atası X*3 miras qalmış ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahələrindən çatası paya görə ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə mirasın bölgüsündə digər vərəsələrlə aralarında mübahisə olduğundan verilə bilməmiş və ona mirasın bölüşdürülməsi ilə bağlı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materallarında olan 23.0*.2024-cü il tarixli aktdan görünür ki, Qülbəndə Bələdiyyəsinin sədri X74, kənd sakini X76, kənd sakini X23, kənd sakini X43, kənd sakini X9 iştrakları ilə tərtib edilmiş aktdan görünür ki, ünvan 2 sakinləri olmuş mərhum X34 və X*9 birgə nikahlarından 30 mart *967-ci l tarixdə anadan olmuş X28 təxminən bir il *0-** aylıq yaşında olarkən vəfat etmişdir. Həmin vəfat etmiş uşaq X28 həmin vaxt Ağdaş rayonu Bəylik kənd qəbristanlığında dəfn olunmuşdur və indi də dəfn olunduğu yerin tanındığını bildirmişlər. İş materiallarında olan * ədəd fotoşəkildən görünür ki, X** qəbirin üzərində heç bir tanıdıcı lövhə yoxdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 0* mart *967-ci ildə Ağdaş rayonunda anadan olmuş X*4 *5 may *967-ci ildə vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi Əlhüseyn oğlunun ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 0* mart *967-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş X*4 *5 may *967-ci il tarixdə ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi X7nın ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar