Məhkəmə qərarları › İş №2(014)-486/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-486/2024

23.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-486/2024 23.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X*, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Ağaş rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şərayitdə vəfat etməsi faktının üəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı " şəxsin müəyyən vaxtda, müəyyən şərayitdə vəfat etməsi faktının müəyyən edilməsi " tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25.05.*972-ci il tarixdə Ağdaş rayonu, Nehrəxəlil kəndində anadan olmuş X2 24 dekabr 2023-cü il tarixdə Cəbrayıl rayonu, Əmirvarlı kəndi ərazisndə “Kalyon 46” adlanan kampda vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, O, X3 ilə xx.xx.2008-ci il tarixdə nikaha daxil olaraq evlənmişlər. Belə ki, X3 25.05.*972-ci il tarixdə (səxsiyyət vəsiqəsinin surəti) Ağdaş rayonu, Nehrəxəlil kəndində anadan olmuşdur. 2023-cü ilin mart ayının sonlarından Cəbrayıl rayonu, Əmirvarlı kəndi ərazisində “Kalyon 46” adlanan yerdə sürücü vəzfəsində işləmişdir. Məcnun ürək və şəkər xəstəliyindən əziyyət çəkirdi, hətta Bakı şəhəri ərazsində olan Mərkəzi Klinkada ürək nahiyəsinə damar çatışmazlığı ilə əlaqədar stent qoyulmuşdur. Məcnunun ilk dəfə Bakıda olan Gömrük Hospitalında yoxlanışdan keçərkən ürək nahiyyəsinin 3 damarının tutulduğu barədə məlumat almışır. Məcnun Məmmədov xəstəliyi ilə əlaqədar diaqnoz üzrə təyin olunmuş dərmanları qismən qəbul etmişdir. 24 dekabr 2023-cü il tarixdə səhər saatlarında Cəbrayıl rayonu, Əmrvarlı kəndi ərazisndə “Kalyon 46” adlanan kampda yatmaq üçün istifadə olunan konteynerin ikinci mərtəbəsində olan çarpayıda saat 06:20 radələrində işə getmək üçün iş yoldaşları Məcnun Məmmədovu oyadarkən vəfat etdiyini görmüşlər. Məcnunun ölümü ilə əlaqədar Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılmış, lakin onlar cazə vermədiyi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tbb ekspertza və Pataloji Anatomiya Birliyi public hüquqi şəxsinin İmişli rayon şöbəsində Məcnun Məmmədovun meyitinin xaric müayinə aparılmış, lakin daxili müayinəsi aparılmamışdır. Müstəntiq tərəfindən bird aha araşdırma zamanı X2 Cəbrayıl rayonu Əmrvarlı kəndi ərazisndə Kalyon 46 adlanan kampda ölməsi xəstəliyi ilə əlaqədar baş verməklə təbii ölüm hadisəsi kimi hesab olunmaqla, onun ölməsində cinayət hadsəs olmadığından toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.*.*-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məcnun Ağdaş rayonu Nehrəxəlil kənd qəbrstanlıqda (Ağdaş rayon Nehrəxəlil kənd bələdiyyəsinin arayışı) dəfn edilmşdir. Lakin onun ölümünü dövlət qeydyyatına aldırmaq istəyən zaman Ağdaş rayon Qeydyyat Şöbəsindən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən ölümün qeydə alınmasından imtina edilmişdir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini, ərizədə yazılanlara uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Ağdaş rayon Kotanarx bələdiyyəsinin 26 yanvar 2024-cü il tarixli *3 saylı arayışından görünür ki, Ağdaş rayon Nehrəxəlil kənd sakini *972-ci il təvəllüdlü X3 24 dekabr 2023-cü il tarixdə vəfat etmiş və Ağdaş rayon Nehrəxəlil kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli 3-*6-5/8-*03 saylı məktubundan görünür ki, 25.05.*972-ci ildə Ağdaş rayonu, Nehrəxəlil kəndində anadan olan X2 ölümünü təsdiq edən sənədin olmaması nəzərə alınaraq ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyyə olunmuşdur. İş materiallarında olan Ağdaş rayon Mərkəzi Xəstəxanasının 09 fevral 2024-cü il tarixli, *8-*-22/2-M-96-xx-xx/2024 nömrəli ölüm şəhadətnaməsinin verlməsi barədə məktubundan görünür ki, X2 24 dekabr 2023-cü il tarixdə ş yerində vəfat etdiyi bildirilmişdir. Vətəndaşın ölümündən uzun müddət keçdiyi üçün tərəflərindən qeydiyyata alına bilmir. Bu səbəbdən Ağdaş rayon Məhkəməsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Nehrəxəlil kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayıdan görünür ki, Ərizəçi ondan ötrü ki, o, *979-cu ildə anadan olub, Ağdaş rayon Nehrəxəlil kəndində yaşayır və qeydiyyatdadır. Əri- mərhum X3 – 25.*2.2023-cü ildə vəfat etmş, onun yas mərasimini onunla bir təsərrüfatda yaşayan arvadı Ərizəçi çəkmişdir. İş materiallarında olan qəbir daşındakı şəkildə olan doğum və ölüm tarixlərindən görünür ki, X2 doğum tarixi 25 may *972-ci il, ölüm tarixi isə 25 dekabr 2023-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan 22.0*.2024-cü il tarixli, 23-3-2-2-4**-5453-7 qeydiyyat nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 ürək tutmasından vəfat etməsinə dair toplanmış 23-3-2-2-4**-5453 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının 23 aprel 2024-cü il tarixli 22* saylı məktubundan görünür ki, X2 cənazəsi Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının morquna gətirilmiş, Cəbrayıl rayon prokurorluğunun əməkdaşları ilə məhkəmə tibbi eksperti tərəfindən müayinə olunduqdan sonar mərhumun yaxınlarına təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 25 may *972-ci ildə Ağdaş rayonu Nehrəxəlil kəndində anadan olmuş X3 25 dekabr 2023-cü ildə vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25 may *972-ci il tarixdə Ağdaş rayonu Nehrəxəlil kəndində anadan olmuş X2 25 dekabr 2023-cü il tarixdə ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X2 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar