Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-495/2025 14.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X5, məhkəmə iclasının katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işi Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, *5 noyabr *956-cı ildə Ağdaş rayonu, Sadavat kəndində doğulmuş atası X3 0* oktyabr 202*-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi və ölümün Maraqlı şəxsndə rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, *5 noyabr *956-cı il tarixdə doğulmuş atası X7 0* oktyabr 202*-ci il tarixdə Ağdaş rayonu, Sadavat kəndində ölmüş və kənd qəbiristanlığında dəfn olunmuşdur. Atası ev şəraitində, pensiya yaşına belə çatmamışdan ölmüş və onun ölümündən sonra qanunla müəyyən edilmiş qaydada və müddətdə atasının ölüm faktının müvafiq icra orqanında qeydə alınması üçün tərəflərindən müraciət olunmamışdır. Tərəflərindən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə müraciət olunduqda orada ölüm faktından xeyli vaxt keçməsi səbəbindən ölümün qeydiyyata alınması mümkün olmadığından həmin faktın yalnız məhkəmə qaydasında müəyyən edilə bilinəcəyi onlara bildirilmiş və ölüm sənədinin verilməsindən imtina olunmuşdur. Qeyd olunan ölüm faktının başqa qaydada müəyyən edilməsi və ya atasının ölümü ilə əlaqədar sənədin başqa qaydada əldə edilməsi mümkün deyildir. Ölüm faktın məhkəmə qaydasında müəyyən edilməsi ona vərəsəlik işi ilə əlaqədar lazımdır. Ərizəçi nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ərizədə Maraqlı şəxs kimi nəzərə alınmasını və *5 noyabr *956-cı ildə Ağdaş rayonu, Sadavat kəndində doğulmuş X3 0* oktyabr 202*-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Maraqlı şəxs rəisi Teymur Mustafayev məhkəməyə ərizə göndərərək *5 noyabr *956-cı ildə Ağdaş rayonu, Sadavat kəndində doğulmuş X3 ölümünü təsdiq edən sənəd olmadığı üçün ölümün qeydə alınmasının mümkün olmadığını bildirmiş, məhkəmə iclasının Qeydiyyat şöbəsinin əməkdaşının iştirakı olmadan keçirilməsini və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək bildirdi ki, mərhum X7 onun əri olmuşdur. Aydın Kərimovun ürəyində problemlər olmuş və o, Göyçay rayon mərkəzi xəstəxanasında müalicə almışdır. 0* oktyabr 202*-ci il tarixdə Ağdaş rayonu, Sadavat kəndində ölmüş və həmin vaxt həkim çağırmalarına baxmayaraq ölüm xəstəxana tərəfindən qeydiyyata alınmamışdır. Vərəsəlik işi ilə əlaqədar olaraq müraciət etdikləri zaman sistemdə yoxlanılmış və Aydın Kərimovun ölümünün qeydə alınmadığı müəyyən olunmuşdur. Bundan sonra oğlu ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, qeyd olunanların nəzərə alınıb ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahat verərək bildirdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi atası X*4 rayonu, Sadavat kəndində yaşayırdı və ürəyində problemlər olduğundan infarkt keçirmişdir. Xəstə olduğu zaman ziyarət etməsə də, Aydın Kərimov ölərkən dəfnində və yas mərasimində iştirak etmişdir. Aydın Kərimov 202*-ci il tarixdə ölmüş və Sadavat kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahat verərək bildirdi ki, mərhum Aydın Kərimovla qonşuluqda yaşayırdı. Oğlu Xəyal isə Ağdaş rayonu, Sadavat kəndinvə və Bakı şəhərində yaşayır. Aydın Kərimovun ürəyində problemlər var idi. Aydın Kərimov 202*-ci il tarixdə Ağdaş rayonu, Sadavat kəndində yaşadığı evdə ölmüş və həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. Dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahat verərək bildirdi ki, Aydın Kərimov onunla qohum olmaqla qonşuluqda yaşayırdı. X*4 rayonu, Sadavat kəndində yerləşən evində xəstə oğlu ilə birlikdə yaşayırdı. Aydın Kərimovun ürəyində problemlər var idi və o, 202*-ci il tarixdə yaşadığı kənddə ölmüş və həmin kəndin qəbiristanlığında da dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-*6-5/5-K-*5-**90/24 saylı, 0* oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, X3 ölümünü təsdiq edən sənəd olmadığından n ölümün dövlət qeydiyyatına alınması Qqeydiyyat şöbəsi tərəfindən mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən Ərizəçi ünvanlanmış *8-*-22/2-K-*9-42/*/2024 saylı, *0 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, vətəndaşın ölümündən uzun müddət keçdiyi üçün tərəflərindən ölüm qeydiyyata alına bilmir və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ağdaş rayon İcra Hakimiyyəti başçısının Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32-*2/2-28*/2024 saylı, *2 iyun 2024-cü il tarixli arayışdan görünür ki, mərhum X7 həqiqətən 0* oktyabr 202*-ci il tarixdə olmuş və ölən günədək Ağdaş rayonu, Sadavat kəndində yaşamışdır. Mərhumu oğlu Ərizəçi Ağdaş rayonu, Sadavat kənd qəbiristanlığında dəfn etmişdir. Ağdaş rayon Polis Şöbəsi tərəfindən 05 may 20*9-cu il tarixdə verilmiş AA04*0709 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 *5 noyabr *956-cı il tarixdə Ağdaş rayonu, Sadavat kəndində doğulmuşdur. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş 2 ədəd fotoşəkildən görünür ki, mərhum X*, adı, atasının adı, doğum və ölüm tarixi əks edilmiş qəbir mövcuddur. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 nömrəli qərarının 9.*-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, *5 noyabr *956-cı il tarixdə Ağdaş rayonu, sadavat kəndində doğulmuş X3 0* oktyabr 202*-ci il tarixdə ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.* və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 2*7.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. *5 noyabr *956-cı ildə Ağdaş rayonu, Sadavat kəndində doğulmuş X3 0* oktyabr 202*-ci il tarixdə ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X3 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №2(014)-495/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-495/2025
14.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver