Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-518/2023 19.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Ağdaş rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi oğlu X6 *7.04.*972-ci il tarixdə Ağdaş rayonunun Pirəzə kəndinə anadan olmuşdur. O, *997-ci il tarixdə Rusiya Fedarasiyasında ölmüş və Azərbaycana gətirilərək Ağdaş rayon Pirəzə kənd qəbiristanlığında (5-32/2- 60/2023 nömrəli Pirəzə kənd İƏDÜN-in arayış və 2 ədəd fotoşəkil) dəfn edilmişdir. Savadsız olduğu üçün oğlunun rəhmətə getməsini dövlət qediyyatına aldıra bilməmişdir. Sonrada maraqlı orqan Ağdaş rayon Qeydiyyat şöbəsinə müraciət edib oğlu *7.04.*972-ci il tarixdə Ağdaş rayonunun Pirəzə kəndinə anadan olmuş X2 ölümünü qeyd etdirmək istəyəndə ona “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən ölümün qeydə alınmasından imtina edilmişdir. Hətta Anarın ölümü ilə bağlı Ağdaş RMX-yə müraciət etsə də, ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, bu məsələnin həllinin ona torpaq sənədlərini düzəltmək üçün lazım olduğunu bildirirək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Ağdaş rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Ağdaş rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin oğlu X6 *997-ci ildə Rusiya Federasiyasında vəfat etmiş, oradan Ağdaş rayon Pirəzə kəndinə gətirilərək, Ağdaş rayon Pirəzə kənd qəbiristanlığında dəfn edilmişdir. Yas mərasimində və dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X*2 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçinin oğlu X6 *997-ci il tarixdə Rusiya Federasiyasında vəfat etmiş, oradan Ağdaş rayon Pirəzə kəndinə gətirilərək, Ağdaş rayon Pirəzə kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 da özündən əvvəl ifadə vermiş şahid X*2 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Ağdaş rayon Pirəzə kənd soveti tərəfindən verilmiş 04 may *972-ci il tarixli, İ-JQ № 3652*0 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 *7 aprel *972-cı il tarixdə Ağdaş rayonunun Pirəzə kəndində anadan olmuş, atası X5, anası isə X*r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 05/Q-65 №-li, 24.0*.2023-cü il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. İşin materiallarında olan Ağdaş rayon Pirəzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlilyi tərəfindən verilmiş 5-32/2-60/2023 №-li, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum X6 vəfat etdikdən sonra *997-ci ildə Ağdaş rayon Pirəzə kənd qəbiristanlıqında dəfn edilmişdir. İşin materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X*4 tərəfindən Ərizəçi ünvanlanmış 25 yanvar 2023-cü il tarixli, HPŞ-6-22/2-4-6-42-7/2023 saylı məktubdan görünür ki, X2 ölümündən uzun müddət keçdiyi üçün qeydiyyata alına bilmir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşin materiallarında olan * ədəd fotoşəkildən görünür ki, mərhum X2 adı və şəkili olan qəbir mövcuddur. Həmin qəbirin daşında ölüm tarixi *5 dekabr *997-ci ildə qeyd edilmişdir. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin oğlu X6 *5 dekabr *997-ci il tarixdə vəfat etmiş və Ağdaş rayon Pirəzə kənd qəbiristanlığında dəfn edilmiş, lakin ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi oğlunun ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi oğlu X2 *5 dekabr *997-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.* və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Ərizəçi oğlu X2 *5 dekabr *997-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-518/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-518/2023
19.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver