Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-529/2025 13.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Ərizəçi Maraqlı şəxs qarşı “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, birinci tərəf olduğu X11 ilə ikinci tərəf olan Maraqlı şəxs ilə aralarında mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/16/2023-00280, xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin aliment ilə bağlı olan hissəsində- birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixindən etibarən hər ay 300 manat aliment ödəyəcəyi ilə razılığa gəlinmişdir, həmin şərtlərin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o-Ərizəçi, Maraqlı şəxs ilə xx.xx.2009-cu ildə ailə münasibətlərinə daxil olaraq rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 adını verdikləri övladları anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yaranmışdır. Bir ailə kimi yaşamaqları qeyri-mümkündür. Hal-hazırda münasibətləri formal xarakter daşıyır, onunla bir ünvanda yaşamır. Odur ki, nikahın pozulması, uşağın onun himayəsində qalması və alimentin tutulması tələbi ilə bağlı mübahisənin həll edilməsi üçün mediatora müraciət etməli olmuşdur. Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə “Mediasiya Haqqında” AR Qanunun 33-cü maddəsinə əsasən aşağıdakı məzmunda barışıq sazişi imzalanmışdır: -xx.xx.2009-cu il tarixli 118 saylı qeydiyyat nömrəsi ilə bağlanan nikahın məhkəmə qaydasında pozulması ilə bağlı cavabdeh tərəfindən etirazın olmaması və o tərəfindən nikahın pozulması ilə bağlı məhkəməyə müraciət olunacağı ilə bağlı öhdəlik götürməyi, - birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X4 ananın himayəsində qalmağı ilə bağlı maraqlı şəxs tərəfindən etiraz etməməsi və razı olması, - birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X7 xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixindən etibarən hər ay 300 manat aliment ödəyəcəyi ilə razılığa gəlmişdirlər. Göründüyü kimi, aralarında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Nikahın pozulması ilə bağlı məsələ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin müvafiq qətnaməsi öz müsbət həllini tapıb. Lakin maraqlı şəxs ilə arasında xx.xx.2023-cü il tarixində bağlanmış sazişin 4-cü bəndində (aliment ilə bağlı olan hissə) qeyd edilmiş razılıq maraqlı şəxs tərəfindən 21 aydan çox müddət keçməsinə baxmayaraq maraqlı şəxs alimenti vermir və verməyəcəyini bildirir. Bu səbəbdən də tərəfindən sazişin aliment olan hissəsinin məcburi icrası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən ərizəçi və maraqlı şəxsin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin materiallarında olan 21 iyul 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 458830 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında qeydə alınmış nikah Suraxanı Rayon Məhkəməsinin 2xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, 21 iyul 2023-cü il tarixdə akt qeydləri kitabında 432 nömrəli akt qeydi ilə qeydə alınmış və nikah pozulduqdan sonra qadına Əliyeva soyadı verilmişdir. İşin materiallarında olan 17 fevral 2009-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 230215 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 06 dekabr 2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İşin materiallarında olan 12 yanvar 2019-cu il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 239165 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 09 dekabr 2018-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İşin materiallarında olan 11 aprel 2012-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 832538 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 09 mart 2012-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər, X6 aşağıda qeyd olunanlar müəyyən edilmişdir; aralarında qeyd edilmiş nikahlarının məhkəmə qaydasında pozulması barədə razılığa gəlmişlər. Tərəflər qərarı məhkəmənin mülahizəsinə buraxır. İkinci tərəf Maraqlı şəxs xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X4 birinci tərəfin yəni anası Ərizəçi himayəsində saxlanılmışdır. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəfə Ərizəçi hər ay 300 manat alimenti ödəməyi öhdəsinə götürür. Alimentin ödənilməsi xx.xx.2023-cü il tarixdən hesablanacaqdır. Aliment hər ayın 1-dən 10-dək 2-ci tərəfin bank hesabına və ya kart hesabına ödəniləcəkdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə tərəflər arasında barışıq sazişi bağlanmış və barışığa əsasən Maraqlı şəxs birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay 300 manat məbləğində alimenti Ərizəçi ödəməsinə dair razılığa gəlmişlər. Lakin Maraqlı şəxs barışıq sazişi imzalandıqdan sonra sazişin alimentlə bağlı şərtlərini icra etmədiyindən Ərizəçi Maraqlı şəxs qarşı “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində maraqlı şəxs barışıq sazişi ilə müəyyən edilmiş alimenti ödəməmişdir. Halbuki barışıq sazişinin şərtinə görə Maraqlı şəxs barışıq sazişi bağlandıqdan sonra könüllü olaraq hər ay 300 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Odur ki, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-00280 nömrəli Barışıq sazişi təsdiq edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X2 ilə bağlı hər ay 300 (üç yüz) manat alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə xx.xx.2023-cü il tarixli barışıq sazişi məcburi icra üçün təsdiq edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-529/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-529/2025
13.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver