Məhkəmə qərarları › İş №2(014)-53/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-53/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-53/2022 31.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X2, Cavabdeh1 (həmçinin digər cavabdehlərin nümayəndəsi) iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə evdə yaşayanların və qeydiyyatda olanların istifadə hüquqlarının itirilməkİə evdən çıxarılmaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə evdə yaşayanların və qeydiyyatda olanların istifadə hüquqlarının itirilməkİə evdən çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh1 İddiaçı BOKT MMC-dən 2020-ci il 28 yanvar tarixli CAAgdl40841/20 №-li kredit müqaviləsinə əsasən illik 20 faizlə 36 ay müddətinə 37000 AZN borc almışdır. Bu borcun təminatı olaraq, AR ƏMDK yanında DƏDRX-nin Ağdaş rayon Ərazi İdarəsində 7 №-li reyestr kitabının 33 №-li vərəqində qeydiyyata alınan ünvan 1 ünvanında yerləşən Cavabdeh2 mülkiyyətindəki 0,05 ha torpaq sahəsində yerləşən 86,0 kv.m yaşayış, 54,59 kv.m yardımçı, 140,59 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı; 2020-ci il 28 yanvar tarixli CAAgd 140841 №-li sonrakı ipoteka müqaviləsilə yüklü edilmişdir. Sonrakı ipoteka müqaviləsi təsdiq edilmiş, dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 KAAgd 140841 №-li, 28 yanvar 2020 tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh1 zaminlik öhdəliyi götürmüşdür. Kredit müqaviləsinə 1 saylı əlavəyə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalıdır. Gecikdirilən hər gün üçün borclu kreditora kreditin əsas məbləğinin 1 faiz həcmində dəbbə pulu tələb edilir. 15 iyul 2021-ci il tarixdə Cavabdeh1 "KredAqro” BOKT MMC-yə 2020-ci il 28 yanvar tarixli CAAgdl40841/20 №-li kredit müqaviləsi üzrə 28415,07 AZN əsas, 3615,03 AZN hesablanmış faiz, 6170,90 AZN dəbbə pulu, cəmi 38201 AZN borcu vardır. Cavabdehlər xəbərdar edilmələrinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırırlar. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X3 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, işinin olmaması ilə əlaqədar olaraq gəlirləri olmamış və buna görə də öhdəliyini vaxtında icra edə bilməmişdir. Hazırda faiz və cərimə silinəcəyi təqdirdə qalan borcunu hissə-hissə olmaqla ödəyəcəyindən, iddia tələbinin qismən təmin edilməsini, eyni zamanda ipoteka predmeti olan mənzilin qiymətinin 150000 manat kimi nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında baglanmış xx.xx.2020-ci il tarixli, № CAAgd140841/20 saylı kredit müqaviləsinə əsasən MMC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 20% ödəmək şərtilə 37000 (otuz yeddi min) manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, № kAAgd140841/20 saylı zaminlik müqaviləsinə əsasən zamin kreditorla borcalan arasında bağlanmış xx.xx.2020-ci il tarixli, № CAAgd140841/20 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli, № CAAgd140841/20 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək hər ay 1382 manat, xx.xx.2023-cü il tarixdə isə 1077,56 manat kredit ödənişi etməli idi. İşin materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında baglanmış xx.xx.2022-ci il tarixli, № CAAgd140841/20 saylı sonrakı ipoteka müqaviləsinə əsasən ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140,59 kv.m. olan 3 otaqlı fərdi yaşayış evi tam mülkiyyət üzrə ipoteka yüklü edilmişdir. İşin materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli, 65 saylı arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixədək CAAgd137514/19 saylı kredit müqaviləsi üzrə, əsas borc üzrə 1553,58 manat, faiz borcu üzrə 625,91 manat, cərimə borcu üzrə 1758,87 manat, ümumilikdə 3938,36 manat borcu vardır. İşin materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2, ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunmuşlar. İşin materiallarında olan **********721 saylı ərizədən görünür ki, Cavabdeh3 ipoteka müqaviləsinin şərtləri ilə tanışdır tutmanın ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140,59 kv.m. olan 3 otaqlı fərdi yaşayış evinə yonəldilməsinə razıdır. Bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdəsinə götürmüşdür. İşin materiallarında olan **********722 saylı ərizədən görünür ki, Cavabdeh1 ipoteka müqaviləsinin şərtləri ilə tanışdır tutmanın ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140,59 kv.m. olan 3 otaqlı fərdi yaşayış evinə yonəldilməsinə razıdır. Bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdəsinə götürmüşdür. İşin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 96 saylı rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 140.59 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri 62000 (altmış iki min) manat, likvid dəyəri isə 55000 (əlli beş min) manat müəyyən edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8422 saylı rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, CAAgd 140841/20 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 28438,92 manat, faiz borcu üzrə 3823,46 manat. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında baglanmış xx.xx.2020-ci il tarixli, № CAAgd140841/20 saylı kredit müqaviləsinə əsasən MMC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 20% ödəmək şərtilə 37000 (otuz yeddi min) manat məbləğində kredit verilmiş, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, № kAAgd140841/20 saylı zaminlik müqaviləsinə əsasən zamin kreditorla borcalan arasında bağlanmış xx.xx.2020-ci il tarixli, № CAAgd140841/20 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərinə götürmüşdür, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında baglanmış xx.xx.2022-ci il tarixli, № CAAgd140841/20 saylı sonrakı ipoteka müqaviləsinə əsasən ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140,59 kv.m. olan 3 otaqlı fərdi yaşayış evi tam mülkiyyət üzrə ipoteka yüklü edilmiş, cavabdehlər üzərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka qarşısında öhdəlikləri yaranmışdır. Cavabdeh3 və Cavabdeh1 ipoteka müqaviləsinin şərtlərinə əsasən ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140,59 kv.m. olan 3 otaqlı fərdi yaşayış evinin bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək xx.xx.2020-ci il tarixli, № CAAgd140841/20 saylı kredit razılaşması üzrə cərimə borcu 300 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş iqtisadi böhranı, həmçinin cavabdehlərin maliyyə vəziyyətini nəzərə alır. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3-cü maddəsinin tələbinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 59.3-cü maddəsinin tələbinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd edilir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadının 20-ci bəndinə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mübahisəli məsələ ilə bağlı təqdimat vermiş məhkəmə tərkibi ilə razılaşaraq hesab edir ki, “İpoteka haqqında” Qanunun tələbi baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, ekspertiza nəticəsində ipoteka predmetinin likvid dəyəri 55000 manat müəyyən edilsə də, iddiaçı öz iddia tələbində əmlakın ilkin satış qiymətinin 65000 manat kimi, Cavabdeh1 (digər cavabdehlərin nümayəndəsi) isə həmin məbləğin 150000 manat kimi nəzərə alınmasını xahiş etmişlər. Belə olan halda isə məhkəmə hesab edir ki, ekspert rəyi həm iddiaçı, həm də cavabdeh tərəfin maraqlarına uyğun olmadığından və cavabdeh tərəfin əmlakın daha yüksək likvid dəyərə malik olmasına dair sübutları olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti iddia tələbində göstərildiyi kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, № CAAgd140841/20 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28415,07 (iyirmi səkkiz min dörd yüz on beş manat, yeddi qəpik) manat əsas, 3615,03 (üç min altı yüz on beş manat, üç qəpik) manat faiz, 300 (üç yüz) manat cərimə olmaqla, ümumilikdə 32330,10 (otuz iki min üç yüz otuz manat, on qəpik) manat məbləğində borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməli, tutma Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140,59 kv.m. olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140,59 kv.m. olan 3 otaqlı fərdi yaşayış evi açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilməli, vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsi Cavabdeh2 qaytarılmalı, ipoteka predmetinin hərracda satışından əldə olunmuş vəsait kredit borcunun tam ödənilməsi üçün kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 65000 (altmış beş min) manat məbləğində müəyyən edilməli, Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140,59 kv.m. olan 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140,59 kv.m. olan 3 otaqlı fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilməli, onlar həmin evdən çıxarılmalı və ev boşaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, № CAAgd140841/20 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 28415,07 (iyirmi səkkiz min dörd yüz on beş manat, yeddi qəpik) manat əsas, 3615,03 (üç min altı yüz on beş manat, üç qəpik) manat faiz, 300 (üç yüz) manat cərimə olmaqla, ümumilikdə 32330,10 (otuz iki min üç yüz otuz manat, on qəpik) manat məbləğində borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilsin. Tutma Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140,59 kv.m. olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140,59 kv.m. olan 3 otaqlı fərdi yaşayış evi açıq hərracda satılsın və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilsin, vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsi Cavabdeh2 qaytarılsın. İpoteka predmetinin hərracda satışından əldə olunmuş vəsait kredit borcunun tam ödənilməsi üçün kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh1 ümumi qaydada tutulsun. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 65000 (altmış beş min) manat məbləğində müəyyən edilsin. Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140,59 kv.m. olan 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140,59 kv.m. olan 3 otaqlı fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilsin, onlar həmin evdən çıxarılsınlar və ev boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar