Məhkəmə qərarları › İş №2(014)-538/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-538/2023

25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-538/2023 25.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair işə 25 aprel 2023-cü il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Yuxarı Ləki kəndində yaşamış 08.07.*949-cu ildə anadan olmuş X5 ürək çatışmamazlığından xx.xx.2022-ci ildə ölməsi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mərhum anası X5 08.07.*949-cu il tarixdə Ağdaş rayon Yuxarı Ləki kəndində anadan olmuşdur. Mərhum anası xx.xx.2022-ci il tarixdə ürək çatışmamazlığından vəfat etmişdir. Mərhum anası Ağdaş rayon Yuxarı Ləki kənd qəbirstanlığında xx.xx.2022-ci il tarixdə dəfn etmişlər.Lakin ona müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamışdır.Hazırda mərhum anası X2 ölümünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından ölüm şəhadətnaməsini ala bilmirlər. Qeyd olunan ölümün qeyd edilmə faktının müəyən edilməsi ona vərəsəlik hüuqunun əmələ gəlməsi ilə əlaqədar lazımdır. Ağdaş rayon Yuxarı Ləki icra nümayəndəliyin 528 saylı arayışında öz əksini tapmışdır. Bu səbəbdan məcbur olub məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək məhkəmdən ərizəsinin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı orqanın nümayəndəsi Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən, maraqlı orqanın məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında bildirdi ki, ərizəçi şəxs Ərizəçi onun qonşusudur. X9 08.07.*949-cu ildə Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olmuş və xx.xx.2022-ci ildə Ağdaş rayonu Yuxarı Ləki kəndində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X*0 izahatında bildirdi ki, ərizəçi şəxs Ərizəçi onun bibisi qızıdır. X5 onun bibisidir. X7 08.07.*949-cu ildə Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olmuş və xx.xx.2022-ci ildə Ağdaş rayonu Yuxarı Ləki kəndində vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2*.*2.2022-ci il tarixli 528 saylı arayışdan məlum olur ki, Ərizəçi anası X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir və o Ağdaş rayon Yuxarı Ləki kənd qəbirstanlığında dəfn edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiqi edilən Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli *622 saylı məktubdan məlum olur ki, X* ölüm haqqında şəhadətnaməsinin istənməsi barədə ərizəyə cavab olaraq bildirilir ki, oğluna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3* oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktının təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. X* ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, Qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Ağdaş rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli PHŞ/6.22-2-2022-5*8 saylı ölüm şəhadətnaməsinin verilməsi barədə məktubdan məlum olur ki, X* xx.xx.2022-cü il tarixdə vəfat etdiyini bildirmişsiniz. Vətəndaşın ölümündən uzun müddət keçdiyi üçün tərəflərindən qeydiyyata alına bilmir. Bu səbəbdən Ağdaş rayon Məhkməsinə müraciət etməkləri tövsiyyə olunmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Ağdaş rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 3*.03.2023-cü il tarixli PHŞ-6-22/2-430/2023 saylı məlumatların təqdim edilməsi barədə məktubdan məlum olur ki, Ağdaş rayonu Yuxarı Ləki kənd sakini 08.07.*949-cu il təvəllüdlü X3 yaşadığı ünvandan xx.xx.2022-ci il tarixdə saat 20:*8 radələrində “Ağdaş RMX” PHŞ-nin təxirəsalınmaz təcili tibbi yardım stansiyasının *03 xidmətinə çağırış olmuşdur. TTTY briqadası X4 yaşadığı ünvanda müayinə etmiş, müayinə nəticəsində vətəndaşa “Hipotenziya-İ95” diaqnozu qoyulmuşdur. M.Abdullayeva təcili yardım briqadası tərəfindən yardım edilməsinə baxmayaraq o vəfat etmişdir. Diaqnoz: “Naməlum səbəbli qəfləti ölümlərin digər növləri-R96”. Beləliklə məhkəmədə aydın oldu ki, Ərizəçi mərhum anası X5 08.07.*949-cu il tarixdə Ağdaş rayon Yuxarı Ləki kəndində anadan olmuş, xx.xx.2022-ci il tarixdə ürək çatışmamazlığından vəfat etmişdir. Ərizəçinin anasının ölüm faktı ilə bağlı vaxtında müvafiq orqanlara müraciət etmədiyindən ölümün qeydiyyatı başqa formada mümkün olmadığından rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında ifadə verən şahidlər ölüm faktını təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 2*7.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 2*3, 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 08.07.*949-cu il tarixdə Ağdaş rayon Yuxarı Ləki kəndində anadan olmuş X2 xx.xx.2022-ci il tarixdə Ağdaş rayon Yuxarı Ləki kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar